• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
15-07-2021, 08:30

Dünyada kişilərə qarşı da aqressiya artır - Azərbaycanda vəziyyət necədir?

Dünyada kişilərə qarşı da aqressiya artır - Azərbaycanda vəziyyət necədir?

Psixoloq: “Feminizm və yaxud patriaxal düşüncə nəticədə zorakılığı daha da alovlandırır”


Bir müddətdir cəmiyyətimizdə qadına şiddət məsələsi, bu mövzu ətrafında müzakirələr xeyli aktivləşib. Mətbuatda, mediada məişət zəminində qətlə yetirilən, döyülən, fiziki zorakılığa məruz qalan qadınlar haqda tez-tez informasiyalara rast gəlirik.

Ümumiyyətlə, qadınlara qarşı məişət zorakılığı bütün Azərbaycan ərazisində yayılmış problemdir. Bu faktor daha çox bölgələrdə özünü göstərir. Qadınlar təkcə ərləri tərəfindən deyil, həm də digər ailə üzvləri tərəfindən də, o cümlədən qardaş, qayınana və qayınata, baldız tərəfindən də zorakılığa məruz qalır. Bu zorakılıq təkcə fiziki deyil, həm də iqtisadi, psixoloji zorakılıq qismində olur.

Lakin bu bir faktdır ki, son vaxtlarda çox az təsadüf edilsə də kişilərə qarşı da zorakılıq faktlarına rast gəlinir. Statistikaya görə, ölkədə il ərzində məişət zorakılığına məruz qalanların təxminən 80 faizi qadınlar, 20 faizi kişilərdir. Kişilərin məruz qaldığı 20 faiz məişət zorakılığı hadisələrinin 16 faizi öz həmcinsləri, yalnız 4 faizi qadınlar tərəfindən törədilib.

Həm statistika, həm də müşahidələr onu deyir ki, ölkəmizdə fiziki zorakılığı əsasən kişilər törədir. Qadınlar tərəfindən törədilən fiziki zorakılıq faktları olsa da, bu çox az qisim təşkil edir. Araşdıranda məlum olur ki, daha çox qoca və xəstə kişilər qadınlar tərəfindən fiziki zorakılığa məruz qalır. Gənc ailələrdə demək olar ki, bu cür faktlar çox təsadüfi hallarda baş verir. Gənc ailələrdə qadınlar daha çox məişət zəminində özlərini müdafiə etmək üçün, bəzən isə qısqanclıq ucbatından qarşı cinsə zorakılıq nümayiş etdirir. Ekspertlər də qeyd edir ki, ölkəmizdə kişilər qadınlar tərəfindən əsasən psixoloji zorakılığa məruz qalır.

Amma ümumilikdə götürəndə dünyada kişilərə qarşı aqressiyanın artdığı müşahidə olunur. BMT-nin son illər apardığı araşdırmalara görə, ailədaxili zorakılıq zamanı qurban rolunda kişilərin sayı artmağa başlayıb. Beləliklə, ötən dövrlərlə müqayisədə dünyada get-gedə kişilər daha çox qadın zorakılığına məruz qalır. ABŞ Ədliyyə Departamentinin məlumatına görə, əri tərəfindən döyülən hər 15 qadına, qadın tərəfindən döyülən 8 kişi düşür. Eyni zamanda qadınların ərləri ilə mübahisə zamanı 2,5 dəfə daha çox bıçağa əl atdığı, 2 dəfə çox isə öz partnyorlarına ağır xəsarətlər yetirdiyi bildirilir.

70-ci illərdən başlayaraq ABŞ-da tədqiqatçılar “döyülən kişi sindromu” ifadəsindən istifadə edirlər. Ailə psixoloqu Martin Steynments evli qadınlara nisbətən qeyri-rəsmi nikahda yaşayan qadınların öz partnyorlarını daha sıx öldürdüyünü müəyyən edib. Qadınların zorakılığında əsas motivasiya - emosional yorğunluq, qəzəb, depressiya və qısqanclıq çıxış edir. Zəif cins nümayəndələri cinayəti emosional halda törətdikləri üçün onun nəticələri bəzən çox ağır olur.

Rusiyada və ABŞ-da hazırda həyat yoldaşını öldürən hər 100 kişiyə ərini öldürən 75 qadın düşür. Ekspertlər yaxın onilliklərdə bu nisbətin bərabər olacağını iddia edir. Böyük Britaniyada 2018-ci ildə keçirilən sorğu zamanı rəyi soruşulan 38 faiz qadın və 24 faiz kişi tərəf müqabilinə fiziki şiddət göstərdiyini etiraf edib. Həmçinin 68 faiz qadın və 53 faiz kişi ailədaxili mübahisələrdə bu metoddan istifadə etdiyini bildirib.

Statistikaya görə, 40 milyon əhalisi olan Keniyada 2,1 milyon kişi qadınlar tərəfindən fiziki və psixoloji şiddətə məruz qalır. Keniyalı sosioloq Nidirutu Njoka işsiz və yaşı 40-ı keçmiş kişilərin daha çox istismar edildiyini bildirib. Ölkədə qadınlar ərlərini aldadır, onları ev işlərini görməyə və uşağa baxmağa məcbur edirlər.

Artıq bir çox ölkələrdə kişilərin hüquqlarını müdafiə komitələri və kişi sığınacaqları var. Məsələn, Türkiyədə, İsveçrədə, ABŞ-da, Almaniyada, Kanadada, Niderlandda zorakılığa məruz qalan kişilər üçün xüsusi sığınacaqlar fəaliyyət göstərir. Bu sığınacaqlara hansısa fəlakətdən çətin vəziyyətə düşən, cinsi orientasiyasına görə təzyiqə məruz qalan kişilər də sığına bilir.

Türkiyədə kişilər üçün sığınma evlərinin ən məşhuru Konyada yerləşir. Bura müraciət edənlərin böyük əksəriyyəti həyat yoldaşı və uşaqları tərəfindən zorakılığa məruz qalmış kişilərdir. Bir qeyri-hökumət təşkilatı tərəfindən açılan ev “Zərərçəkənin cinsi olmaz” şüarını deviz seçib. Evdə eyni vaxtda 40-50 kişi sığınacaq tapa bilir. İldə isə ən azı 400-500 nəfər yardım məqsədilə bura müraciət edir, bəziləri isə sığınacağın uzunmüddətli qonağına çevrilir.

Bəziləri iddia edir ki, kişilərə qarşı aqressiya tendensiyası son illər Avropadan ölkəmizə də “ixrac” olunur. Məqsəd kişilərə nifrət aşılamaq, onların cəmiyyətdə, ailədə rollarının azaldılmasına çalışmaq, kişi, ər, ata obrazını, kultunu gözdən salmağa çalışmaqdır.



Elnur Rüstəmov

Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov “Yeni Müsavat”a danışıb:

“Bildiyiniz kimi, zorakılıq deyiləndə ilk düşünülən fiziki və seksual zorakılıqdır. Mediada və sosial şəbəkələrdə də əsasən bu cür zorakılıqlarla bağlı informasiyalar işıqlandırılır. Lakin psixoloji, iqtisadi, hüquqi zorakılıqlar da var. Bu məsələlər isə çox az işıqlandırılır və bunun üçün hansısa konkret bir nəticə olmalıdır. Fiziki zorakılıq elədir ki, şiddəti çəkib göstərmək olur. Həmçinin seksual zorakılığı da bu cür işıqlandırmaq olur. Lakin psixoloji zorakılığı hansı formada göstərmək mümkündür? Həm fiziki, həm də digər zorakılıq prosesində biz psixoloji faktorları görürük. Araşdıranda məlum olur ki, ailədaxili konflikt var, bu isə gətirib fiziki zorakılığa çıxarır. Və yaxud digər zorakılıqla da bağlı görürük ki, səbəb hansısa psixoloji travmadan yaranıb. Tutaq ki, uşaq vaxtı travma alıb, çətin şəraitdə böyüyüb və yaxud özünün hansısa psixoloji pozuntusu var deyə baş verir. Biz daha çox həmin psixoloji faktorlara köklənməyik.

Bəli, son vaxtlar görürük ki, cinslər arasında aqressiya, anlaşılmamazlıq, bunu alovlandıran qüvvələr artıb. Biz qəbul etməliyik ki, bu gün Azərbaycan ailəsində ənənə ilə müasirlik arasında savaş gedir. Bu savaşda ailələr itirir. Müşahidə edirik ki, nəticədə boşanmaların sayı artır və sairə.

Zorakılıq təkcə qadına qarşı olmur, psixoloji səbəblərdən kişilərə qarşı da baş verə bilir. Sadəcə, bizi o cür böyüdüblər ki, kişi həmişə güclü olmalıdır, hər bir problemin öhdəsindən gəlməlidir. Ən azından boşanma ilə bağlı faktları araşdırıb, baxsanız görəcəksiniz ki, ən çox boşanmaya müraciət edən qadındır. Çox az hallarda kişilər boşanma üçün məhkəməyə müraciət edir.

Hesab edirəm ki, ailələrdə maarifləndirmə işi aparılmalıdır. Bu məsələ hələ orta məktəblərdə aşılanmalıdır".

Psixoloq qadınların geyim məsələsinin müzakirəsindən də söz açıb:

“Heç kim kimisə geyiminə görə dəyərləndirib, onu tənqid edə bilməz. Bu məsələni hüquq tənzimləyir. Ümumiyyətlə, geyim əxlaq göstəricisi deyil”.

Elnur Rüstəmov da qeyd edib ki, xarici ölkələrdə kişilərin sığınacağı olsa da hələlik ölkəmizdə belə bir təşkilat yoxdur:

“Təsəvvür edin, bizim cəmiyyətdə belə bir qurum yaransa, sizcə, kişilər müraciət edərmi? Bu məsələ sual altındadır. Lap kişilər müraciət etsə belə, cəmiyyət buna necə baxacaq, bu da sual altındadır. Ona görə də düşünürəm ki, daha çox maarifləndirmə, gender bərabərliyi istiqamətində işlər aparmaq lazımdır. Çünki bu istiqamətdə iş daha çox feminizm istiqamətində gedir. Əlbəttə ki, burada söhbət gender, cinslərin bərabərliyindən gedir. Feminizm və yaxud patriaxal düşüncə nəticədə aqressiyanı daha da alovlandırır”.

Elnur Rüstəmov qeyd edib ki, son vaxtlar Avropadan gələn tendensiya sayəsində cəmiyyətdə kişilərə qarşı aqressiya, onların ailədə rollarının azaldılması uğrunda mübarizə artmaqdadır:

“Bu proses var və davam edir. İlk növbədə milli dəyərlərimizə qarşı çox böyük bir təzyiq mövcuddur. Bunun düşünən, bu istiqamətdə iş aparan insanlar bilirlər ki, bir cəmiyyətdə qarışıqlıq yaratmaq üçün ailədaxili konflikt yaratmaq, dəyərləri sıradan çıxarmaq lazımdır. Bu gün dəyərlərimizə qarşı çox böyük bir təzyiq var. Əgər biz özümüz buna qarşı iş aparmaq istəyiriksə, ilk növbədə dəyərləri möhkəmləndirməliyik. Dəyərlərimizdən imtina edə bilmərik, müasirlik dəyər üzərindən olmalıdır. Azərbaycanda elə yanaşmalar var ki, keçərlidir, amma onlar Avropada qəbul olunmur. O demək deyil ki, Avropa dəyərlərini birbaşa ölkəmizə gətirməliyik. Bəli, Avropanın idarəetmə, iqtisadi - sosial sistemini gətirmək olar, ancaq bunları Azərbaycan dəyərinə uyğunlaşdırmaq, milli-mentalitet etno faktorlar nəzərə alınmalıdır. Söhbət burada insanlardan, insanların yaşam tərzindən gedir”.

Elnur Rüstəmov onu da qeyd etdi ki, Azərbaycanda müxtəlif sektorlarda çalışan qadınların sayı artmaqdadır:

“Bu gün dövlət və qeyri-hökumət təşkilatlarında, o cümlədən digər sahələrdə işləyən, çalışan qadınlarımız var və günü-gündən onların sayı artır. Hesab edirəm ki, hətta gələcəkdə çalışan qadınların sayı kişilərə nisbətən daha çox olacaq. Əlbəttə ki, müəyyən sahələrdə say müxtəlif ola bilər. Məsələn, Ailə, Qadın və Uşaq Problemləri Komitəsində çalışanların əksəriyyəti qadınlardırsa, DİN-də də çalışanların əksəriyyəti kişilərdir. Yəni burada müəyyən fərqliliklər var. Amma ümumilikdə işləyən qadınlarımızın sayı çoxdur. Sadəcə, əgər ailədə iki şəxs işləyərsə, məişət məsələlərində bir-birilərinə güzəştə getməlidirlər”.

Xalidə GƏRAY
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az