• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
7-07-2021, 14:54

Mətbuat haqqında yeni qanun medianı, jurnalistləri daha rahat kontrol etmək, yönəltmək, niyyətindən xəbər verir”

Mətbuat haqqında yeni qanun medianı, jurnalistləri daha rahat kontrol etmək, yönəltmək, niyyətindən xəbər verir”


Yanvarın 12-də Prezident İlham Əliyev Azərbaycanda media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Fərmanda “Media haqqında” Qanununun layihəsinin iki aya hazırlanması nəzərdə tutulmuşdu. Rəsmi qurumlar qanunun artıq hazır olduğunu bildirir. Lakin həmin qanun layihəsi hələ də ictimaiyyətə təqdim olunmayıb.
Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədov “Turan”a bildirib ki, qurumun da daxil olduğu İşçi qrupun hazırladığı layihə müvafiq prosedurlardan keçdikdən sonra dərc olunacaq: “Hazırda qanun layihəsi ilə əlaqədar hazırlanmalı, dəyişdirilməli və ya ləğv edilməli normativ hüquqi aktların siyahısı tərtib olunur. Qanunvericiliyə əsasən, “Media haqqında” Qanun layihəsi Milli Məclisə təqdim olunacaq, gündəliyə salınıb parlamentin saytında yerləşdiriləcək və sonra əsas müddəaların müzakirəsi, qanun layihəsinin ümumi konsepsiyasına qiymət verilməsi üçün oxunuşlar başlanacaq”.
R.Əhmədov qeyd edib ki, hazırda media sənayesi təmsilçilərinin bütün təklif və tələbləri qeydə alınaraq ümumiləşdirilmə aparılır. O əlavə edib ki, Media Reyestri haqqında əsas məlumatlar qanunun 8-ci fəslində yer alıb: “Qanunda qeyd olunur ki, Media Reyestri Azərbaycan Respublikasında media subyektlərinə və onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə yaradılır. Reyestr “audiovizual media subyektləri”, “çap mediası subyektləri”, “onlayn media subyektləri”, “informasiya agentlikləri” və “jurnalistlər” bölmələrindən ibarət olacaq”.
Reyestrdə
Agentlik rəsmisinin sözlərinə görə, audiovizual media subyekti barədə məlumatları MEDİA-ya qanunda şərti olaraq Audiovizual Şura adlandırılan qurum (MTRŞ) təqdim edəcək: “Çap mediası və ya onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər isə Media Reyestrinə daxil edilmək üçün özləri Agentliyə müraciət edəcəklər. Reyestrdə media subyektinin adı, loqotipi, hüquqi və faktiki ünvanları, təsisçisi haqqında məlumatlar, onlayn media subyektinin domen adının sahibi haqqında məlumat, jurnalistlərin siyahısı, onların… müqaviləsi, qəzetlərin dövriliyi, birdəfəlik tirajı, məzmunu haqqında statistik məlumatlar yer alacaq”.
O vurğulayıb ki, Media Reyestrinə daxil edilmiş media subyektinə şəhadətnamə, jurnalistlərə isə jurnalist vəsiqəsi veriləcək. R.Əhmədov əlavə edib ki, qanunda Media Reyestrinə daxil edilmək üçün xüsusi tələblər müəyyənləşdirilib: “Media subyektlərinin fəaliyyəti davamlı olmalı, hüquqi şəxsdirsə dövlət reyestrində qeydiyyatda, fiziki şəxsdirsə mütləq fərdi sahibkar kimi vergi uçotunda olmalıdır”.
“Ali təhsili olmayan…”
Qurumun təmsilçisi vurğulayıb ki, jurnalistlər də xüsusi tələblərə cavab verməlidir: “Ali təhsili olmayan və, məsələn, ictimai mənəviyyat əleyhinə cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər Reyestrə daxil edilməyəcək. Eyni zamanda, jurnalistin əmək müqaviləsi olmalıdır və işlədiyi media subyekti Media Reyestrinə daxil edilməlidir. Bundan əlavə, jurnalistika sahəsi üzrə üç ildən az olmayaraq iş stajı olmalı və ya elmi, pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərməlidir”.
Onun sözlərinə görə, üstəlik, şəxs jurnalist kimi fəaliyyət göstərdiyi müddətdə peşə etikası (etik davranış) qaydalarına riayət etməlidir. R.Əhmədov bildirib ki, müraciət etmiş media subyektləri və jurnalistlər tələblərə cavab vermədikdə onların Reyestrə daxil edilməsindən imtina edilir: “Eyni zamanda, qanunvericiliyin tələbləri pozularsa, Media Reyestrinə daxil edilmiş media subyektləri və jurnalistlər Reyestrdən çıxarıla bilər”.
“Bu o demək deyil ki…”
O qeyd edib ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə xüsusi jurnalist vəsiqəsi veriləcək: “Bu o demək deyil ki, MEDİA-dan jurnalist vəsiqəsi almayan şəxs jurnalist hesab edilməyəcək. Sadəcə, həmin şəxs yalnız öz redaksiyasının təqdim etdiyi vəsiqəni daşıyacaq”.
R.Əhmədov əlavə edib ki, jurnalist vəsiqəsinin etibarlılıq müddəti üç ildir: “Bu vəsiqələr yalnız yerli jurnalistlərə veriləcək. Xarici jurnalistlərə vəsiqə verilmir. Onlar əvvəlki qaydada Xarici İşlər Nazirliyi tərəfindən razılıq verildikdən sonra Azərbaycanda fəaliyyət göstərə bilərlər”.
“…Hökumət onun işinə nəzarətçiləri özü seçsin”
Media hüquqçusu Xalid Ağalıyev isə AzadlıqRadiosuna deyib ki, layihənin hazırlanmasına beynəlxalq, özəlliklə də Avropa Şurası ekspertlərinin cəlb edilməməsi xeyli şübhələr yaradır.
Vahid vəsiqə qaydasının tətbiqinə toxunan X.Ağalıyev deyir ki, media, jurnalistika hökumətin fəaliyyətinə ictimai nəzarəti həyata keçirir: “Bu qayda imkan verir ki, hökumət onun işinə nəzarətçiləri özü seçsin. İnformasiya əldə etmək, hazırlamaq, yaymaq Konstitusiya ilə, Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrlə yalnız jurnalistlərə verilən haqq deyil, hər bir vətəndaş bu haqqa sahibdir”.
Onun sözlərinə görə, vahid vəsiqə qaydasını əlavə imkan yaradılması adı ilə tətbiq etmək doğru deyil.
Televiziya və radiolardakı kimi, internet televiziyalarının da lisenziya almaq qaydasına tabe etdirilməsini ifadə azadlığı hüququna uyğun saymayan ekspert daha sonra da deyib: “2005-ci ildən bütün dövlət qurumlarının üzərinə vəzifə qoyulub ki, informasiya reyestrlərini yaratsınlar. Məncə, hökumət, Media Agentliyi jurnalistlərə yardımçı olmaq istəyirsə, 16 ildir icra edilməyən bu vəzifələrini dövlət orqanlarına xatırlatmalıdırlar. Bütün mediaların reyestrinin yaradılması, reyestrə daxil olanların jurnalist sayılması kimi qaydalar ayrıseçkilikdir”.
O qeyd edib ki, texniki məsələ olaraq, mediaların reyestri onsuz da mövcuddur, hökumətin əlindədir: “Belə olan halda, əlahiddə bir reyestrin yaradılması medianı, jurnalistləri daha rahat kontrol etmək, yönəltmək, sıxma-boğmaya salmaq niyyətindən xəbər verir”.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az