• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
6-07-2021, 09:04

“Sosial ödənişlər və əmək haqları artırılmalıdır, əks halda...” - AKTUAL

“Sosial ödənişlər və əmək haqları artırılmalıdır, əks halda...” - AKTUAL

Azərbaycanda geniş əhali kütləsinin istehlak etdiyi əksər xidmət və məhsulların qiyməti dövlət tərəfindən tənzimlənir. Dünyanın çoxsaylı ölkələrində həyata keçirilən qiymətlərin dövlət tənzimlənməsini bizdə daha çox qiymət artırılması kimi anlayır və elə də tətbiq edirlər. Uzun illərin təcrübəsi göstərir ki, Tarif (Qiymət) Şurası hər hansı kütləvi istehlakçısı olan xidmət və ya məhsulun tarifini artırarkən əhalinin həssas təbəqələrinin sosial müdafiəsi üçün müvafiq addımların atılacağını bəyan edir. Bir çox hallarda bu vəd qismən icra olunur.

Məsələn, bu il yanvarın 5-dən Azərbaycanda “Aİ-92" benzininin və dizel yanacağının qiymətləri artırılıb. Qiymətlər müvafiq olaraq 0,9 manatdan 1 manatadək və 0,6 manatdan 0,8 manatadək çatdırılıb. Həmin vaxt Tarif Şurası yanacağın bahalaşmasının kənd təsərrüfatı və avtomobil nəqliyyatı ilə sərnişindaşıma sahələrinə mənfi təsir etməyəcəyini bildirdi. Şuranın katibi Ceyhun Nəcəfov ölkədə dizel yanacağına olan qiymət artımının kənd təsərrüfatına, həmçinin ictimai nəqliyyatda sərnişindaşıma xidmətlərinə edə biləcəyi mənfi təsirin qarşısını almaq məqsədilə müəyyən qabaqlayıcı tədbirlərin nəzərdə tutulduğunu dedi. Onun sözlərinə görə, təsirin neytrallaşdırması üçün sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə kompensasiya ödənilməsi nəzərdə tutulur: ”Kompensasiya mexanizminin hazırlanması üzrə artıq işlərə başlanılıb və yaxın zamanda İqtisadiyyat Nazirliyində bununla bağlı sahibkarlarla müzakirələr aparılacaq. Sahibkarlıq subyektlərinə kompensasiyanın ödənilməsi sosial həssas qrupların mənafeyinə xidmət edəcək. Belə olan halda ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmayacaq. Bu, dövlətin sosial sahədə apardığı çox mühüm tədbirlər dən biridir".

Tarif Şurasının rəsmisi əlavə edib ki, dizel qiymətinin artımı kənd təsərrüfatı sahəsinə mənfi təsirinin qarşısını almaq üçün aqrar istehsalçılara veriləcək subsidiyanın həcmi artırılacaq.

Şuranın bu vədlərindən birinə əməl olunub. Belə ki, qiymət bahalaşmasından 3 ay sonra - martın 11-də Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə 2021-ci ildə fermerlərə əlavə əkin subsidiyası verilməsi barədə qərar qəbul edib. Əkin əmsallarının artırılması Tarif (Qiymət) Şurasının dizel yanacağının qiymətinə etdiyi dəyişiklik nəticəsində fermerlərin bitkilərin becərilməsi ilə bağlı yaranmış əlavə xərclərini kompensasiya etmək məqsədi daşıyıb. Bu məqsədlə hökumət tərəfindən 2021-ci ilin dövlət büdcəsindən əlavə vəsait ayrılıb.

Fermerlərə yeni əkin əmsalına uyğun artırılmış subsidiya məbləğinin ödənişinin isə cari il ərzində həyata keçirilməsi nəzərdə tutulurdu.

Tarif Şurasının ikinci vədi - sərnişindaşıma ilə məşğul olan şirkətlərə dövlət tərəfindən kompensasiya ödənişi isə hələ də baş tutmayıb: heç müvafiq mexanizm belə hazırlanmayıb.

İqtisadçı-alim Elşad Məmmədovun “Yeni Müsavat”a dediyinə görə, dövlət tərəfindən tənzimlənən qiymətlərdəki artımlar, həmçinin bütövlükdə ölkədə baş verən inflyasiya hökumətin sosial siyasətində mütləq nəzərə alınmalıdır: “Bu artımların, inflyasiyanın əhalinin gəlirlərinə mənfi təsirini sosial ödənişlərini artırmaq, sosial siyasətini genişləndirmək yolu ilə əhalinin problemlərini aradan qaldırmağa nail olmalıdır. Çünki inflyasiyanın sürətlənməsi son illərdə Azərbaycanda sosial siyasətin gücləndirilməsi nəticəsində əldə olunan uğurları heçə endirməməlidir. Tənzimlənən qiymətlərin - istər elektrik enerjisi, istər təbii qaz və sair - artımının ümumi inflyasiyaya sürətləndirici təsir göstərməsi şübhəsizdir. Belə olan halda sosial ödənişlərin artırılması labüddür. Düşünürəm ki, indi də belə olacaq”.

E.Məmmədov 2019-cu ildə ölkədə həyata keçirilən pensiya, müavinət, əmək haqqı artımlarının davam etdirilməsini zəruri hesab edir: “Yaxın illərdə Azərbaycanda əmək haqqı və sosial ödəniş xərclərinin kəskin artırılması baş verməlidir. Bu mexanizm ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmağa xidmət edəcək. Əgər bu addıma gedilməsə, həm ölkə vətəndaşlarının sosial vəziyyətində ciddi mənfi dəyişiklik baş verəcək, həm də ümumu iqtisadi artım sürəti zəifləyəcək. Çünki biz faktiki olaraq istehlak bazarının daralmasının, eyni zamanda əhalinin alıcılıq qabiliyyətinin azalmasının şahidi olacağıq. Anlamaq lazımdır ki, tariflərin artırılması bir tərəfdən səthi baxış nöqteyi-nəzərindən büdcə gəlirlərini artıra, dövlət qurumlarının mənfəət normalarını yüksəldə bilər. Amma unutmayaq ki, bu, alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxaracaq. Alıcılıq qabiliyyətinin azalması isə son nəticədə iqtisadiyyatın daralmasına şərait yaradacaq. Ona görə də mütləq şəkildə sosial ödənişlər artırılmalıdır. Düşünürəm ki, biz bu istiqamətdə müvafiq addımların atılmasının şahidi olacağıq. Son illərin təcrübəsi göstərir ki, belə artımların inflyasiyaya təsirinin qarşısını almaq olur. Buna görə də hökumət qiymət artımlarının əhaliyə mənfi təsirinin qarşısını almaq üçün sosial ödənişlərin artırılmasına getməkdən çəkinməməlidir”.
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az