• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
26-06-2021, 12:22

Vüqar Behbudovun “sosial xidmət” bazarlığı - GİLEY

Vüqar Behbudovun “sosial xidmət” bazarlığı - GİLEY

"Qazi və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması qanunla tənzimlənir və 1-ci dərəcə əlilliyi olan şəxslərin mənzillə növbədənkənar təmin edilməsi qanunvericiliyin başlıca tələbidir. Lakin nə mənzil növbəliyini həyata keçirən rayon icra hakimiyyətləri, nə də bu növbəlilik əsasında mənzil təminatını həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyi (SXA) qanunun tələbinə əməl edir. Hətta məhkəmə yolu ilə hüququnu doğrulayanlar da sosial xidmət məmurlarının “bığının altından keçməsə” , mənzil yiyəsi ola bilmirlər". Bu barədə DİA.AZ_a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Qanunvericiliklə əlilliyi olan şəxslərə reabilitasiya mərkəzlərinin , iş yerlərinin, qohumlarının yaşayış yerlərinin yaxınlığında mənzil ayrılması nəzərdə tutulsa da, Bakının mərkəzində işləyən, poliklinikada, reabilitasiya mərkəzlərində qeydiyyatda olanların xeyli qıraqdakı kəndlərdə mənzillər ilə “tısbağa sürəti ilə “ təmin olunmaları başadüşülən deyil. Təsəvvür edin, məcburi köçkünlərə tikilən evlərin şəhid ailələri və qazilərə verilməsi qərara alınıb, amma hazır evlər bayramdan-bayrama 30 ailədən çox olmamaqla verilir. Mirzə Cəlilin kefli İsgəndərinin “ölüdirildən” şeyxə “ölülərin hamısını birdən diriltməyi” təklif etdiyi kimi , bu qazi və şəhid ailələrinin də hamısını birdən mənzillə təmin etmək olmaz? Yox, olmaz! Axı, belədə SXA-nın sədri Vüqar Behbudov və digərləri ayrı-seçkiliklə bölgüdən varlana bilməyəcək!

İlyarımdır Bakının Nizami rayonunda, Çobanzadə küçəsində qazi və şəhid ailələrinə tikilən evin qanunsuz bölgüsünə hüquqi qiymət verilmir. 2013-cü ildən Nərimanov RİH-də mənzil növbəsində dayanan, 2016-cı ildən Bakı İnzibati Məhkəməsinin 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarı ilə növbədənkənar mənzil təminatı hüququ olan, Prezidentin 20.06.2016 tarixli 569 saylı sərəncamı ilə ən geci 2018-ci ildə mənzillə təmin edilməyə haqq edən 1-ci dərəcəli Qarabağ qazisinin 2 elmi işçisi, 2 əlili, biri daun xəstəsi körpə uşaqlı dörd ayrı-ayrı ailədən ibarət on nəfərlik ailəsi hələ də qanundan, məhkəmə qərarının icrasından, prezident sərəncamından kənarda qalıb. Hələ də , Hesablama Palatası, Ombudsman, Məhkəmə Hüquq Şurası, baş prokurorluq və digər hüquq mühafizə orqanları nə evin qanunsuz bölgüsünə qiymət verir, nə də Qarabağ qazisinə qarşı ayrı-seçkiliyə.

2019-cu ilin oktyabrında Milli Məclis rəhbərliyindən ƏƏSM nazirinə telefonla müraciət edilib və nazirin göstərişi ilə ertəsi gün Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət sektorundan (hazırda Sosial Xidmətlər Agentliyi ) qazini çağırıb ərizəsini alıblar ki, Nizami rayonundakı ev bölünəndə üçotaqlı mənzillə təmin olunacaq. Fondun sədri qazi ailəsini qəbul edib və Vüqar Behbudova problemi nəzarətə götürdüyünü bildirib. Hətta Qarabağ qazisindən adına əmlak olmaması haqqında ƏMDX-nın “Əmlak Xidmətləri Məkanı”ndan arayış almasını da deyiblər. Lakin 24.12.2019-cu ildə evin gizli bölgüsü olub və cəmi 5 nəfərə order verilib. Qalan 91 nəfərin kimliyi hələ də açıqlanmır. Çünki 15-20 nəfəri çıxmaqla, qalanları bir neçə əmlakı, villaları olanlardır. Bu ayrı-seçkiliyin başında duran Vüqar Behbudovdur. Təsəvvür edin, qanunvericilik, məhkəmə, icra hakimiyyəti orqanlarının həm yazılı və həm də şifahi göstərişlərini bu sosial məmur qulaqardına vurub. Nazirin, fond sədrinin tapşırığına əməl etməyən şəxsin yeni yaradılan Sosial Xidmətlər Agentliyinə sədr qoyulması anlaşılan deyil. Sosial müdafiə xidmətini sosial mənimsəməyə çevirən şəxsin əlillər barəsində ayrı-seçkilik etməsinin rüşvətdən qaynaqlanması şübhə doğurmur. Ayrı-seçkilik o həddə çatıb ki, öldürücü astmadan əziyyət çəkən qaziyə Naxçıvan “Duzdağ”ında müalicəsinə də bir ildən çoxdur imkan verilmir. Biz hələ 25 ildir Səhiyyə Nazirliyinin rəyi ilə xaricdə müalicəsinin qərəzlə təşkil edilməməsindən, adi yol xərcinin belə ödənilməməsindən danışmırıq.

…Mən də müsəlmanam, a şirvanlılar! “ deyən böyük Sabirin yeri görünür :

BİZ DƏ QARABAĞ SAVAŞININ QAZİLƏRİYİK, AY MƏMURLAR!"

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq..

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az