• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
15-04-2018, 21:24

Xalis sərvətinizi necə asanlıqla hesablaya bilərsiniz?

Xalis sərvətinizi necə asanlıqla hesablaya bilərsiniz?

Xalis sərvət - iqtisadi vəziyyətinizi və ilbəil ümumi maliyyə artımınızı ölçmək üçün çox vacib bir alətdir. Xalis sərvət sadə şəkildə desək, aktivlərinizlə öhdəlikləriniz arasında olan fərqdir. Başqa sözlə, sizə məxsus evin dəyərindən tutmuş bankdakı pulunuza qədər sahib olduqlarınızı cəmləyirsiniz və bu məbləğdən ipoteka, avtomobil krediti, istehlak krediti və ya digər kreditlər daxil olmaqla bütün borclarınızı çıxırsınız.

Xalis sərvətin hesablanmasının arxasındakı nəzəriyyə

Nyus.Az moneta.az-a istinadən bildirir ki, nəzəri olaraq, xalis sərvətiniz sizə məxsus olan hər şeyi sataraq borclarınızı ödədikdən sonra sizə qalan məbləğdir. Bəzi hallarda, bu rəqəm mənfi ola bilər. Bu da o deməkdir ki, sizin öhdəlikləriniz aktivlərinizdən çoxdur. Bu yaxşı bir vəziyyət olmasa da, universiteti yenicə bitirmiş və ya karyerasında ilk addımları atanlar üçün normal bir şeydir.

Faktiki olaraq, hər hansı ideal xalis sərvət məbləği mövcud deyil, lakin siz xalis sərvət məbləğindən istifadə edərək illik inkişafınızı izləyə (ümid edək ki, hər il artım olacaq) bilərsiniz.

Xalis sərvəti necə hesablayaq?

Xalis sərvəti hesablamaq sadə proses kimi görünsə də, sizin cari aktivlər və öhdəliklərlə bağlı bütün informasiyanı toplamağınız vacibdir. Bir çox maliyyə məsləhətçiləri öz müştərilərinə bütün maliyyə aktivlərini və öhdəliklərini ildə ən azı bir dəfə yeniləməklə bu məlumatları şəxsi komputerlərində saxlamağı məsləhət görürlər.

Bu tipli informasiyanı toplamaq və qaydaya salmaq ilk dəfə sıxıcı bir iş kimi görünsə də, bu sizə istədiyiniz anda lazım olan informasiyanı əldə etməyə imkan verəcək. Xalis sərvəti hesablamaq üçün sadə maliyyə informasiyasına ehtiyac duyulur. Gəlin başlayaq:

Aktivlərinizi hesablayın

Ən böyük aktivlərinizi siyahıya almaqla başlayın. Bir çoxları üçün bu evin dəyəri, hər hansı daşınmaz əmlak və ya avtomobil ola bilər. Biznes sahibi üçün isə, bu siyahıya sahibkarın biznesinin dəyəri (bunu hesablanmaq daha mürəkkəbdir) daxil olacaqdır. Ən son bazar qiymətlərindən istifadə etdiyinizdən əmin olun. Daha sonra, likvid aktivlərlə bağlı məlumatları toplamaq lazımdır. Likvid aktivlərə nağd pul, bankdakı depozitlər və ya broker hesabları kimi investisiyalar daxildir. Son olaraq, dəyərli şəxsi əşyalarınızı siyahıya daxil edə bilərsiniz. Bunlara dəyərli cəvahirat (qızıl, gümüş, brilyant və s.), sikkə kolleksiyaları, musiqi alətləri və s-ni misal göstərmək olar . Hər şeyi siyahıya almağınıza ehtiyac yoxdur, dəyəri 100 manatdan aşağı olanları siyahıya salmasanız da olar. İndi isə, öncəki 3 addımda siyahıda qeyd edilmiş bütün aktivlərin dəyərlərini toplayın. Toplanacaq rəqəm sizə ümumi aktivlərinizi verəcək.

Öhdəlikləri hesablamaq

Yenə də, ipoteka krediti və ya avtomobil krediti kimi əsas borcları siyahıya əlavə etməklə başlayın. Bu borcları siyahıda qeyd edən zaman, onların qalıq dəyərlərini əsas götürün. Daha sonra, kredit kartlarınızdakı balansı, tələbə kreditləri və ya sizin borcunuzun olduğu hər hansı digər borcları qeyd edin. İndi isə, yuxarıda qeyd etdiyiniz bütün öhdəliklərinizi toplayın. Bu rəqəm sizin ümumi öhdəliklərinizdir.

Xalis sərvəti hesablamaq

Xalis sərvəti hesablamaq üçün, ümumi aktivlərdən ümumi öhdəlikləri çıxın. Bu tapşırıq üçün, rəqəmin nə qədər böyük və ya kiçik olmasının fərqi yoxdur. Rəqəmin mənfi olması da sizi narahat etməsin. Xalis sərvətiniz gələcəkdəki maliyyə vəziyyətinizi müqayisə etmək üçün başlanğıc nöqtədir. Bu prosesi heç olmazsa ildə bir dəfə təkrar edin və ötən ildəki rəqəmlə müqayisə edin. İki ili müqayisə etməklə, inkişaf etdiyinizi və ya məqsədlərinizdən geridə qalmağınızı müəyyən edə bilərsiniz.

Xalis sərvətin hesablanması ilə bağlı sonuncu məsləhət:

Aktiv və öhdəliklərinizi qiymətləndirən zaman (əsasən də, ev və avtomobilin qiymətləri ilə bağlı) konservativ olun. Böyük aktivlərin dəyərini lazım olandan artıq şişirtmək kağız üzərində qəşəng görsənə bilər, lakin bu xalis sərvəti düzgün hesablamağa imkan verməyəcək.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az