• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
25-06-2021, 10:51

“Qaçqınkom” NİYƏ LƏĞV OLUNMUR?.. - AKTUAL

“Qaçqınkom” NİYƏ LƏĞV OLUNMUR?.. - AKTUAL

Struktur islahatları və dövlət büdcəsinin yükünün azaldılması istiqamətində görüləcək işlər çərçivəsində bəzi fəaliyyətsiz, izafi qurumların ləğvi də gözlənilirdi. Torpaqlarımız azad edildikdən və “böyük qayıdış” proqramı başladıqdan sonra buraya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) da əlavə olundu. Belə ki, “Qaçqınkom” və digər “büdcəyə yük” komitələrin ləğvi ləngiyir. Azad edilən torpaqlarımızın təmizlənməsindən və orada təhlükəsizliyin bərpa edilməsindən sonra 1 milyondan artıq məcburi köçkünün ata yurduna qayıtması prosesi, həmin təbəqənin məcburi köçkün statusunun ləğvi də gözlənilir. Onlar üçün tikilən binalar isə artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. Qarabağ və ətraf rayonlardakı tikinti-bərpa prosesinə isə Prezidentin xüsusi nümayəndələri nəzarət edir. Prinsipcə, “Qaçqınkom”un adı və ya funksiyası dəyişə bilər. “Qaçqınkom” isə hələ də tenderlər keçirir, vergi borcu olan şirkətlə müqavilə imzalayır, medianın şübhəsini çəkən satınalmalar həyata keçirir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti təkcə 2021-ci ildə toplam maliyyə dəyəri 1 211 341.85 AZN olan 10 satınalma müqaviləsi imzalayıb. Son olaraq, müqavilə imzalanan “EVM Group” MMC-nin külli miqdarda vergi borcu olub. Hazırda isə “EMV Group” MMC-nin 2473.37 AZN vergi borcu var. Satınalmalar haqqında mövcud qanunvericilik vergi öhdəliklərinə əməl etməyən hüquqi və fiziki şəxslərin tenderlərdə iştirak etməsini qadağan edir. Büdcə pullarını indiki vəziyyətdə yenidən MMC-lərin, korrupsioner məmurların “yem”i olmasından xilas etmək üçün təkcə “Qaçqınkom”un deyil, bir neçə komitənin ləğvi zaman-zaman gündəmə gəlib, amma hələ ki bu mümkün olmur. Niyə bu proses davam etmədi? “Qaçqınkom” da daxil, digər büdcəyə yük olan komitələr ləğv olunacaqmı?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu komitə kiçildilməli, büdcə və səlahiyyətləri məhdudlaşdırılmalıdır: “”Qaçqınkom"un son açıqlamalarından belə bəlli olur ki, əvvəlcədən nəzərdə tutulmuş işlərin icrası ilə məşğuldurlar. Qaçqınlar üçün tikilən şəhərciklərin, evlərin kommunikasiya xətlərinin yenidən qurulması üçün tenderlər keçirilir və o tenderlərdə qalib olan şirkətlərə pullar ödənilir. Ancaq bu sahədə şəffaflığın olmaması ciddi suallar yaradır. Əgər torpaqlarımızı azad etmişiksə və bundan sonra tikinti-quruculuq işləri həmin torpaqlarda aparılacaqsa, bununla bağlı qərarlar verilibsə, 2,2 milyard manat vəsait ayrılıbsa, o zaman nəyə görə hələ də “Qaçqınkom” tərəfindən tenderlərin keçirilməsi üçün vəsait ayrılmalıdır? Ancaq torpaqlara qayıdış proqramı illər çəkəcək və bəzi prosedur qaydalarının idarə olunması üçün bu komitənin qalması vacibdir. Bununla yanaşı, hansısa siyahıların hazırlanması, sənədlərin toplanması üçün komitənin fəaliyyətinə ehtiyac var, ancaq tenderlərin keçirilməsi səlahiyyətlərinin alınması daha məqsədəuyğun olar. Əgər sırf sənəd işləri üçün komitəyə ehtiyac varsa, o zaman aparat kiçildilməklə saxlanıla bilər. Ancaq indiki səlahiyyətlər və indiki büdcə ilə fəaliyyəti məntiqsizdir. “Qaçqınkom” aparatının kiçildilməsi və ayrılan vəsaitlərin məhdudlaşdırılması daha məntiqli qərar olardı".

İqtisadçı vurğuladı ki, ləğvi labüd olan digər komitələr arasında tikinti sahəsinə nəzarəti həyata keçirən dövlət orqanları da var: “Mənim digər bir iradım tikinti sahəsi ilə bağlıdır. Adında ”dövlət" sözü olan təxminən 14 orqan var ki, tikinti işlərinə müəyyən qədər nəzarət etmə, hansısa qərarların qəbulunda iştirak etmə səlahiyyəti var. Bu pərakəndəliyi də yığışdırmaq lazımdır. Tikinti ilə məşğul olan vahid bir mərkəzin, vahid reystrin olması, həm icazənin “bir pəncərə” sistemi ilə idarə olunması təmin edilməlidir. Tikinti sektorunun “bir pəncərə” sisteminə keçməsinə də ehtiyac var. Bu həm dövlət büdcəsinə qənaət deməkdir, həm də vətəndaşların işini asanlaşdırır. Bu sahədə kifayət qədər ciddi problemlər, narazılıqlar da var. Tikinti sektoru ilə bağlı icazələrin alınması, verginin hesablanması, nəzarət mexanizminin qurulması ilə bağlı bir neçə orqanın fəaliyyət göstərməsi iş adamlarının vəziyyətini də ağırlaşdırır, korrupsiya hallarına da yol açır".

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az