• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
23-06-2021, 09:23

MIRƏLƏMOVUN “MÜQƏDDƏS” SIĞALI, NAĞDƏLIYEVIN HIMAYƏSI EKOLOGIYAMIZI TƏHDID EDIR

MIRƏLƏMOVUN “MÜQƏDDƏS” SIĞALI, NAĞDƏLIYEVIN HIMAYƏSI EKOLOGIYAMIZI TƏHDID EDIR


Belə dayının da Aqil Sucayev kimi bacısı oğlu olar



Hirkan Milli Parkında baş vermiş qanunsuzluqlar barədə “Dəryaz” qəzetində və eyni adlı saytda gedən “Aqil “ibn” Sucayev – Hirkan Milli Parkini xaraba qoyan “milli ərəbimiz”” sərlövhəli məqalədə ehtiva olunan məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladılımız məktub aidiyyəti üzrə araçşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. Nazirlikdən redaksiyamıza daxil olan 21 may 2021-ci il tarixli 1009 saylı cavab məktubunda ETSN əməkdaşlarının yerində apardıqları araşdırmanın nəticəsi sadalanmışdır.



Gəlin, həmin məktubda sadalananların sırasına birlikdə göz ataq: “Araşdırma zamanı 10-14 yanvar 2021-ci il tarixlərində Hirkan Milli Parkının Astara rayonunun inzibati ərazisində olan Şindan meşəbəyliyinin 10 saylı dolayının sərhədboyu zolağında yerləşən hissəsində baş vermiş yanğın nəticəsində quru xəzəlin, kol-kosun, kökündən aşmış, çürüməkdə olan oduncaq qalıqlarının yandığı və həmin ərazidə 5 ədəd ağacın qanunsuz olaraq kəsilməsi faktı aşkar edilmişdir. Təqsirkar şəxslərin müəyyən edilib barələrində qanunvericiliyə uyğun qaydada tədbir görülməsi üçün tərtib edilmiş sənədlər hüquq-mühafizə orqanlarına göndərilmişdir ”. – Nə gözəl! Yanğın tanrıçası necə də rəhmli imiş! Elə yanmalı olanı yandırıb.



Davam edirik: “”Xanbulan” gölünün ətrafındakı meşə ərazisində “çayxanaların qanunsuz fəaliyyət göstərməsi” məlumatı araşdırılarkən, Nazirlər Kabinetinin 21.04.2015-ci il tarixli 114 nömrəli Qərarına əsasən Hirkan Milli Parkı ilə fiziki şəxslər arasında “təbiət istifadəçilərinə xidmətin göstərilməsi üçün müvəqqəti iaşə obyektinin yerləşdirilməsi” barədə müqavilələrin bağlandığı müəyyən edilmişdir”. – Fars demişkən, “xob!” Məsələ aydındır, “araşdırmaçılar” and içə bilərlər ki, Parkda fəaliyyət göstərən çayxanalar arasında müqavilə ilə işləyənlər də var. Müqaviləsiz işləyənləri isə onlar “görməyiblər”. Bir də axı 114 saylı qərarın qəbul edildiyi 2015-ci ildə pandemiya yox idi. Koronavirusun tüğyan etdiyi 2020-ci ildə Nazirlər Kabineti çayxanaların fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərarlar qəbul edib, hansı ki, son vaxtlara kimi qüvvədə olub. Belə çıxır, hörmətli ETSN “araşdırmaçıları” infeksiyanın güclü yayıldığı dönəmdə Park ərazisində işləyən çayxanaların fəaliyyətini qanuni hesab edib?







Davam edirik: “Araşdırma müddətində “Xanbulan” gölünə və ətrafına keçirilən baxış zamanı torpaqların zəbt edilməsi, qanunsuz ağac kəsilməsi, balıq və quşların ovlanması hallarına rast gəlinməmişdir”. – Bunu da anladıq, torpaq zəbtkarları, qanunsuz ağac kəsənlər, balıq və quş ovlayan brakonyerlər ETSN əməkdaşları ərazidə “araşdırma” apardıqları müddətdə əl saxlayıblar, çıxıb getmələrini gözləyiblər.







Davam edirik: ““Milli Park İdarəsinin Lənkəranda özəl iş adamının şəxsi binasına köçürülməsi və işçilərdən icarə haqqı üçün pul yığılması barədə” məlumat araşdırılarkən, Hirkan Milli Parkının inzibati binası qəzalı vəziyyətdə olduğu üçün, xüsusi mülkiyyətdə olan, əvvəllər idarə binası kimi istifadə olunmuş binanın sahibi ilə Milli Park arasında bağlanmış əvəzsiz müqaviləyə əsasən fəaliyyətlərini davam etdirdiyi məlum olmuşdur. Eyni zamanda idarənin əməkdaşları izahatlarında onlardan hər hansı məqsəd üçün pul tələb olunmadığını bildirmişlər”. – Heyrətamiz arqumentlərdir, deyilmi? İlin — günün bu vaxtı hardaydı o alicənab sahibkar ki, öz mülkünü hökumətə istifadəyə versin, icarə haqqı almasın? Bir sual daha açıq qalıb: Əgər o bina əvvəllər idarə binası kimi istifadə olunubsa, niyə sahibkara satılıb? Yaxud, qəzalı vəziyyətdə olan əsas binanı təmir etmək üçün hökumətin pulu yoxmu?

Davam edirik: “Araşdırma müddətində Haftoni meşəbəyliyinin bir neçə dolayında meşələrin qorunub mühafizə olunması vəziyyətinə keçirilən baxış zamanı 2 ədəd ağacın budaqlarının qanunsuz olaraq naməlum şəxslər tərəfindən kəsilməsi və 8 baş iribuynuzlu mal-qaranın sahibsiz otlaması faktı aşkar edilmiş və Milli Parka dəymiş zərər ödənilmişdir”. – Budaqkəsənlərdə və malotaranlarda həyasızlığa bir bax! “Araşdırmaçılar” yerində baxış keçirdikləri müddətdə də onlar işdəycələrindən qalmayıblar. Gör, EDTSN əməkdaşları orada olmayanda nə oyun çıxarırlar?

Davam edirik: “Milli Parkda nizam-intizamın aşağı səviyyədə olması, Rauf Əliyev adlı işçinin işə gəlməməsi barədə” məlumat araşdırılmış və onun səhhətində yaranmış problemlər ilə əlaqədar müxtəlif vaxtlarda müalicə üçün qısa müddətə icazə aldığı və hazırda növbəti əmək məzuniyyətində olduğu məlum olmuşdur” – Allah şəfa versin. Rauf Əliyev adlı həmin şəxsin özü bizə telefonla zəng edib dedi ki, onun işə çıxamaması haqda deyilənlər ağ yalandır, Yasamalda yaşasa da, hər gün Lənkərana işə gedib-gəlir. Və üstəlik, yenə də məhz Yasamal sakini olmağı səbəbə “Azərbaycan” Nəşriyyatının səmtini yaxşı tanıdığını, onun haqda bir də tənqidi yazılar dərc edəcəyimiz halda bizi asanlıqla tapıb başımıza oyun açacağı ilə hədələdi. Şübhəmiz qalmadı ki, o, doğrudan da özünün dediyi kimi, Zeynal Nağdəliyevin qohumudur, ona nəinki Hüseynbala Mirəlləmovun “müqəddəs” əlindən sığal görmüş idarə rəisi Aqil Sucayevin, heç yeri gəlsə, nazir Muxtar Babayevin də gücü çatmaz.

Bu da Rauf Əliyevin cinayət əmllərinə görə məhkəmənin çıxardığı hökm




Sözardı: “Facebook” sosial şəbəkəsində “ecofront” səhifəsi yazır ki, bir neçə gün öncə Lerikdə Piran kəndində 10 kuba yaxın qanunsuz meşə materialının Məmmədov Hafiz daşdəmir oğlu adlı şəxsin həyətində olması ilə bağlı “102” qaynar xəttinə şikayət edilib və ETSN-in vəzifəli şəxsinə məlumat verilib: “Lerikdə meşə talanı mafiyanın (ekologiya işçiləri, polis başda olmaqla, bütün icra strukturlarının) himayəsi altında baş verir və gözlənilən kimi oldu. Gecə şikayət edilən kimi yerli ekologiya işçiləri brakonyerə xəbər verir ki, materialı qaçırt, polis qəsdən vaxtında getmir və yalandan baxış keçirdiyi həyətdə heç nə tapılmadığını deyir…

Həmin səhifəd yer alan başqa məlumata görə, bir neçə gün öncə 27 nəfər təbiət qoruyucuları Lənkəranda “Xanbulan” gölündə 96 kisə, ertəsi gün isə 4 nəfərlə 22 kisə zibil toplayıblar: “Burda vəziyyət pisdir. Axı bura su anbarıdır. Lənkəranın içməli su mənbəyidir. Bu qədər zibil, gölün ətrafında kafelərin ayaqyoluları, antisanitar vəziyyət… Belə olmaz! Turizm – Rekreasiya işini düzgün təşkil edə bilirsinizsə, edin. Edə bilmirsinizsə, su anbarının ətrafında kütləvi turizmi dayandırın. Su anbarı, üstəgəl Milli Park. Bu qədər zibillik



P.S. Bu qədər faktların qarşılığında Ekologiya nazirliyi yalan danışırs vəya bu haqsızlığı görə bilmirlərsə, gedib göz həkiminə müraciət etsinlər.

Mövzunu davam etdirəcəyik (deryaz.az)



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az