• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
17-06-2021, 10:23

ABŞ-la Rusiyanın “başı bir qazanda qaynayacaqmı” - Bayden-Putin görüşündən gözləntilər...

ABŞ-la Rusiyanın “başı bir qazanda qaynayacaqmı” - Bayden-Putin görüşündən gözləntilər...


ABŞ prezidenti Co Bayden iyunun 16-da Rusiya prezidenti Vladimir Putinlə ilk zirvə görüşü keçirib. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bu məqalə çapa getməzdən öncə Bayden administrasiyasının yüksək səviyyəli bir rəsmisi Putinlə görüşdən çox şey gözləmədiyini demişdi.

Bayden və Putin arasındakı danışıqlar Cenevrə gölünə baxan 18-ci əsrə aid bir villada baş tutub. İsveçrə polisi və hərbçiləri Villa La Qranceni əhatə edən iki parkı bağlayıblar və ətrafına çəpər çəkiblər.

ABŞ administrasiyası Baydenin insan haqları mövzusunu müzakirə etməyi planlaşdırdığını, bununla birlikdə Qərbin taleyindən narahat olduğu Rusiya müxalifət lideri Aleksey Navalnı məsələsinə toxunulacağı ilə bağlı heç nə deməyib. O zaman niyə görüşürlər? Və yaxud niyə çox şey gözlənilmir? ABŞ-la Rusiya arasında böyük anlaşmanın olması mümkün deyilmi?

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo deyib ki, Baydenin rəqibdən 6 və ya 8 fut məsafədə dayanıb, dünyaya nəyi müzakirə etdiyini, nəyin vacib olduğunu, bunun nə üçün vacib olduğunu deyə bilməmək inanılmaz zəiflik nümayişidir. Onun fikrincə, Putinlə mətbuat konfransından imtina etməklə Bayden öz zəifliyini göstərdi.

Görüşün olacağı keçiriləcəyi Cenevrə şəhərində Rusiya siyasətçisi Aleksey Navalnının qraffitisi peyda olub. Bu plakatda Navalnının portreti üzərində fransız dilində “Əsrimizin qəhrəmanı” sözləri yazılıb.

Lakin rəsmi Vaşinqton Navalnı barədə bir kəlmə deməyib. Bununla belə, istisna deyil ki, müzakirə masasında rus müxalifətçinin həbsi də olacaq. Həmçinin rus sülhməramlılarının Qarabağa yerləşməsi, ABŞ-ın 44 günlük müharibədən kənarda qalmasından sonra regiona qayıtmaq üçün Minsk Qrupu formatında fəallığı Baydenlə Putinin söhbətinin mövzusu ola bilər. Ancaq bütövükdə SSRİ dövründən amerikalılarla rusların “soyuq müharibəsi”nin bu görüşlə başa çatacağına uşaq da inanmaz. Odur ki, mütəxəssislər Cenevrə görüşünə pessimist yanaşırlar.

Professor, media eksperti Qulu Məhərrəmli “Yeni Müsavat”a qeyd etdi ki, görüşün keçirilməsi istənilən halda müsbət haldır. Onun sözlərinə görə, Bayden prezident olandan ABŞ-Rusiya arasında psixoloji müharibə pik həddə çatmışdı: “Amerikanın Rusiyaya Navalnı ilə bağlı ciddi iradları var. Amma yenə də prezidentlərin görüşü yaxşı haldır. Güman edirəm ki, gərgin görüş keçəcək. Amma tərəflər arasında diametral şəkildə ciddi fikir ayrılıqları, mövqe fərqləri var. Baydenin Navalnı məsələsi ilə bağlı iqtisadi sanksiyalar dalğasını davam etdirməsi mümkündür. Amma dünyada gedən proseslər var, Baydenlə Putin arasında Suriya, Liviya, Cənubi Qafqazda olan məsələlərin müzakirəsi istisna deyil. ABŞ Rusiyanın keçmiş sovet respublikalarında fəaliyyətindən də xoşhal deyil. Xüsusən Ukrayna məsələsindən narazıdır. Ona görə görüşdə müsbət irəliləyiş olacağını gözləmirəm”.

Bu görüşlə bağlı fikirlərini bölüşən Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev “Yeni Müsavat”a qeyd etdi ki, ABŞ Rusiyanı özünə düşmən elan edib, Bayden isə daha da irəli gedərək Putini “qatil” adlandırmışdı: “Amma onun geri çəkilməsi, Rusiya liderini görüşə çağırması, NATO sammitində Putini ağıllı siyasətçi kimi qələmə verməsi ilə bilindi ki, ona münasibətini dəyişib, rəqibin prinsipiallığını anlayıb. Amerika Rusiyanın Ukrayna, Belarus siyasətini görür, prosesin qarşıdurmaya gətirə biləcəyini anladığı üçün görüş planlaşdırıldı”.

A.Məsiyevin fikrincə, hər iki dövlətin regionda maraqları var və dialoqla problemləri çözməyə hazırlaşırlar: “Bundan əlavə, ABŞ və Böyük Britaniya koronavirusun Çində hazırlandığını ortaya çıxarıblar. ABŞ Rusiya ilə bağlı ortaq razılığa gəlməyə çalışacaq. Amma Rusiya-Çin münasibətləri Vaşinqton-Moskva əlaqələrindən daha əhəmiyyətlidir. Ona görə bu iki dövlət bir-birinə güzəştə getməyəcək”.

Siyasi ekspert Elxan Şahinoğlunun fikrincə, Baydenlə Putin arasındakı görüşdə əsas müzakirə mövzusu Suriya, Ukrayna və digər məsələlərlə bağlı olacaq: “Qarabağ məsələsi də müzakirə mövzusu ola bilər. Lakin bu münaqişənin üzərində çox dayanacaqlarını düşünmürəm. Bu, əslində bizim də marağımızda deyil. Çünki həm ABŞ-da, həm də Fransada və digər Avropa ölkələrində ermənipərəst qüvvələr güclüdür və hadisələrə, prosesə təsir imkanları var. Bu gün regionda əsas oyunçular Rusiya və Türkiyədir. Bu xüsusda hər hansı ciddi dəyişikliklərin olacağını da ehtimal etmirəm”.

E.Şahinoğlunun fikrincə, heç bir ciddi nəticədən söhbət gedə bilməz: “Həm Amerikada, həm də Rusiyada bu görüşdən heç bir gözlənti yoxdur. Hər iki ölkənin mətbuatı, ekspertləri bəyan edirlər ki, bu görüşün, ümumiyyətlə, nəticələri olmayacaq. Nəzərə almaq lazımdır ki, ABŞ istənilən razılaşmanı poza və Rusiyanı Çinlə üz-üzə qoya bilər. Bu ehtimal həmişə mövcuddur. Təbii ki, Rusiya buna getməz və getməyəcək də”.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az