• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
17-06-2021, 09:48

İş adamı kürəkəninin törətdiyi qəzadan danışdı... - ölən 4 nəfərə rəhmət belə diləməyi özünə rəva bilmədi

İş adamı kürəkəninin törətdiyi qəzadan danışdı... - ölən 4 nəfərə rəhmət belə diləməyi özünə rəva bilmədi

Novxanı-Sumqayıt yolunda “Qurtuluş 93" yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kərbalayevin ”Range-Rover" markalı maşınla ağır qəza törətməsi nəticəsində dörd nəfər vəfat edib. “Əlincə” futbol klubunun prezidenti Elşad Kərbalayev qəzadan sonra həbs olunub. Dəhşətli qəza ilə bağlı Məhərrəm Novruzov manşet.az-ın suallarını cavablandırıb.

İş adamı sözünə “hələ ki heç nə bilmirik” deməklə başlayıb, qəza zamanı maşını kimin sürməsindən xəbərsiz olması fikri yaratmağa çalışıb.

“O, ümumiyyətlə, içən adam deyil. Bunu bütün dostları, iş kollektivi, ərafındakı adamlar bilir. Maşını da özü idarə etmirdi. Nə cür baş verib, başa düşə bilmirəm. Allahın işidi, qəzadı da olub. Gərək olmayaydı, olub. Heç kəs belə hadisələrdən siğortalanmayıb”.

İş adamı “qəzadan sonra Elşad Kərbalayev qaçıbmı” sualına belə cavab verib: “Heç hara qaçmayıb. Elə söhbətlər yalandır. Təcili yardım da çağırıblar. Elə evləri də oradadı. Çıxıb evlərinə getmək istəyirmiş, qısa məsafədə belə olub”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov lent.az-a açıqlamasında bildirib ki, qəza zamanı “Range Rover”in sükanı arxasında Elşad Kərbalayev olub. Xidmət rəhbəri sərxoş vəziyyətdə qəza törədən sürücünün həbs edildiyini vurğulayıb.

Elnur Kərbalayevin idarə etdiyi “Range-Rover” markalı avtomobil Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobilə çırpılıb. Nəticədə “Daewoo Damas”ın sürücüsü və sərnişinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.



“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycan Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş avtomobil qəzaları ilə bağlı cinayət əməli ehtiyatsızlıq üzündən törədilən cinayətlər kateqoriyasına aiddir: “Yəni bu qəzalarda baş verə biləcək nəticəni sürücü arzu etmir. Lakin belə nəticənin baş verə biləcəyini görməli olduğu halda görmür. Ehtiyatsızlıq üzündən törədilən cinayət əməllərinin istintaqı zamanı zərərçəkmişin mövqeyi və ona vurulmuş ziyanın ödənilib-ödənilməməyi həm hüquqi, həm mənəvi dəyərlər baxımından mühüm əhəmiyyət kəsb edir”.

Hüquqşünas bildirir ki, əgər sürücü qəza zamanı sərxoş olubsa, qəza zamanı ölənlərin sayı 1-dən artıqdırsa və sürücü hadisə yerindən qaçıbsa, bu halda sürücünü ağır cəza gözləyir: “Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümü ilə nəticələnən yol qəzası törətmə adlanır. Bu halda sürücünü 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Cinayət Məcəlləsinin 264-cü maddəsi yol-nəqliyyat hadisəsi yerindən qaçmanı nəzərdə tutur. Bu halda sürücü 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sürücü sərxoş halda qəza törədərək 2 və ya daha artıq şəxsin ölümünə səbəb olarsa, bu halda həmin şəxsi 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Qeyd etdiyimiz kimi, həmin sürücü 5 il müddətinə sürücülük hüququndan məhrum edilir. Yol qəzalarında avtotexniki ekspertiza təyin olunur. Yol-nəqliyyat hadisəsi ilə bağlı ekspertiza təyin ediləndən sonra ölümlə yol-nəqliyyat hadisəsi arasında səbəblə əlaqənin olması müəyyənləşdirilir. Əgər bu, müəyyən olunursa, xəsarətlər varsa, ölən şəxslər həqiqətən toqquşma nəticəsində ölübsə, bu halda 263-cü maddənin tərkib hissəsi yaranır. Hadisə yerindən qaçma Cinayət Məcəlləsinin 264-cü maddəsidir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələnədək şəxsə kömək etmək halı xaric, istənilən halda hadisə yerindən qaçmaq Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cəzalandırılır. Bu maddə ilə şəxs 2 ilədək azadlıqdan məhrum edilə bilər. Bu məqam həm də qəza törətmiş şəxsin məhkəməyə qədərki dövrdə azadlıqda qalması, barəsində seçiləcək qətimkan tədbirini müəyyən edir. Əgər şəxs hadisə yerindən qaçıbsa, əməli qəsdən törədilən cinayətlər sırasına daxil olur. Bu məqam sonradan şəxsə cəza təyin olunarkən xüsusilə nəzərə alınır və praktika belədir ki, şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olan cəza verilməsində mühüm rol oynayır".

Hüquqşünas deyir ki, baş vermiş qəza ilə bağlı xəbərlər ortada 2 ağırlaşdırıcı halın olmasından xəbər verir: “Xəbərlərdə deyilir ki, sürücü qəza zamanı sərxoş olub və hadisə yerindən qaçıb. Bu, doğrudursa, praktikaya görə ona qanunun ən sərt tərəfi tətbiq olunacaq. Lakin şəxsin əməllini könüllü etiraf etməsi, himayəsində azyaşlı uşaqların olması yüngülləşdirici hal kimi götürülə bilər”.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az