• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
15-06-2021, 11:02

Şəhid ailəsi "Kristal Abşeron"dan Putinə ŞİKAYƏT EDƏCƏK: - "Nəvələrim ana bətnində öldü, gəlinim..."

Şəhid ailəsi "Kristal Abşeron"dan Putinə ŞİKAYƏT EDƏCƏK: - "Nəvələrim ana bətnində öldü, gəlinim..."

“Kristal Abşeron” MTK şəhid ailəsini çıxılmaz vəziyyətə qoyub. Belə ki, Teymur Əzizov şəhid olandan sonra, ailə evin aylıq ödənişini, faizləri vermək vəziyyətində deyil. Şirkət isə, heç bir güzəşt etmək istəmir.

Bu barədə Yenicag.az-a şəhid Əzizov Teymur Əli oğlunun anası Əzizova Lyubov Vyaçeslavovna məlumat verib.

Şəhid anası bildirib ki, 2018-ci ildə şəhid Əzizov Teymur Əli oğlu Sumqayıt şəhər, 10-cu mikrorayonda “Kristal Abşeron” MTK-nın tikdiyi binadan ev alıb. Evin qiyməti 195 min manat dəyərində olub. İlkin ödəniş 31 min 500 manat olub, 22 ay isə aylıq 2725 manat aylıq ödəniş ediblər. Oktyabr ayına qədər, yəni Teymur Əzizovun şəhid olmasına qədər evin ödənişlərində heç bir çətinlik olmayıb. Teymur Əzizovun aylıq qazancı 1500 manatdan çox olub, həyat yoldaşının isə kiçik biznesi olub. Beləcə ailə evin ödənişlərini vaxtlı-vaxtında ödəyiblər. Teymur Əzizov şəhid olduqdan sonra ailə “Kristal Abşeron”a aylıq ödəniş etmə gücündə olmayıb.

Ödənişi edə bilməmələri barədə “Kristal Abşeron”a rəsmi məktubla müraciət edən ailə şirkətdən onlara köməklik göstərilməsini xahiş edib.

Vətəndaşın yazılı müraciətinə ən geci 1 ay müddətinə cavab verilməsilə bağlı prezidentin də göstərişi olmağına baxmayaraq, “Kristal Abşeron” artıq 9 aydır ki, ailənin müraciətinə cavab verməyib.

Şəhidin anası müraciətlərinə cavab ala bilmədiklərini gördükdə Prezident Administrasiyası və Nazirlər Kabinetinə də müraciət ünvanlayıb, lakin oradan da heç bir cavab gəlməyib.

Şəhidin anası Əzizova Lyubov Vyaçeslavovna milliyətcə rusdur. Yaşadıqları çətinliklə bağlı çarəsizlikdən Rusiya prezidenti Vladimir Putinə də müraciət edəcəklərini deyib.

Şəhid ailəsi öncə YAŞAT fondunda olub, daha sonra məsələ ilə bağlı “Kristal Abşeron” MTK-nın Sumqayıt filialının təsisçisi Əliağa adlı şəxslə görüşüblər. Həmin şəxs bildirib ki, “Kristal Abşeron”un direktoru Məhayət Nəbiyev onlara heç bir güzəştin edilməyəcəyini söyləyib.

Əliağa adlı şəxs Məhayət Nəbiyevin sözlərini bu şəkildə çatdırıb:

“Bizə yuxarı instansiyalardan göstəriş verilib ki, heç bir şəhid ailəsinə köməklik etməsinlər. Biz lazımi qədər YAŞAT fonduna pulumuzu ödəyirik. Bu səbəbdən də əlavə güzəştlərdən söhbət gedə bilməz”.

Əzizova Lyubov həmin şəxsə bildirib ki, əgər güzəşt edilmirsə, məktuba rəsmi cavab verilsin. Şirkət isə cavabında, “Sizə 20 min manat köməklik edirik, ancaq məktubu verməyəcəyik”, – deyib. Şəhid ailəsi bununla razı olmayıb. Çünki faizlərdən əlavə, 8 ay pul ödənmədiyi üçün 5 800 manat cərimə yazılıb. MTK-dan bildirilib ki, arayışı verəcəkləri təqdirdə, nəzərdə tutulan 20 min manat güzəşt ləğv ediləcək. Ailə isə məktuba rəsmi cavab verilməsini tələb edir.

Şəhidin anası Lyubov Əzizova bildirib ki, şirkətin onlarla rəftarı yolverilməzdir:

“Şirkət bizimlə kobud şəkildə danışdığı üçün gəlinim qorxuya düşüb. 5 yaşlı nəvəmi hazırlığa aparmağa da qorxur. Oğlum döyüşlərə yollanmamış gəlinim hamilə idi. Əkiz uşaqları olacaqdı. Ancaq bu stresslərdən yaxın günlərdə uşaqlar da ana bətnində öldü“.

Əzizova Lyubov və şəhidin həyat yoldaşı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qəbuluna yazılıb. Onları icra başçısının birinci müavini Teymur Səmədov qəbul edib. Teymur Səmədov “Kristal Abşeron” MTK-nın özəl şirkət olduğu üçün onlardan yalnız xahiş edə biləcəklərini deyib. Ailənin yanında şirkət rəhbərliyi ilə telefonda danışan icra başçısının birinci müavini məsələni şirkətə çatdırıb, RİH adından şəhid ailəsinə köməklik göstərilməsini xahiş edib. Şirkətdən isə bildirilib ki, danışıqlar aparılır. Ancaq konkret cavab verilməyib.

Şəhid ailəsi ilə söhbət zamanı bildirdilər ki, onlar evin bağışlanılmasını istəmirlər. Teymur Əzizov şəhid olmazdan öncə yüksək maaş alıb. Ona görə də, rahat şəkildə evin pulunu ödəyiblər. İndi isə onu ödəmək imkanları yoxdur. Onların tək istəyi cərimənin və faizin götürülməsidir.

Çıxılmaz vəziyyətdə qalan ailə ölkə rəhbərliyindən kömək istəyir.

Qeyd edək ki, “Kristal Abşeron” MTK-nın sahibi millət vəkili Ağalar Vəliyevdir. Əgər bir millət vəkili şəhid ailəsinə güzəşt etmirsə, onun hansı milləti təmsil etdiyi sual altındadır. Ümumiyyətlə, “Kristal Abşeron” MTK barədə saysız-hesabsız şikayətlər var. Ancaq şirkətin rəhbəri Ağalar Vəliyevin toxunulmazlığı, şirkəti də toxunulmaz edir.

Ümid edirik ki, məsələ öz həllini tapacaq və şəhid ailəsinin problemi həll ediləcək.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az