• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
15-06-2021, 10:38

Qusarın bu kəndi ibtidai-icma şərtləri ilə yaşayır... - Rəsmi qurumlar isə...

Qusarın bu kəndi ibtidai-icma şərtləri ilə yaşayır... - Rəsmi qurumlar isə...


“Meşələri qoruq elan edəndən sonra ordan çır-çırpı da yığa bilmirik. Halbuki, bizi vəziyyətdən çıxaran elə o çır-çırpı idi, yayboyu toplayıb qışa tədarük edirik, ev-eşiyi qızdırırıq. Ötən qışı çox ağır keçirdik. Çünki odun almağa imkan olmadı, maye qaz isə 30 ilə yaxındır ki, yoxdur”.

Bunu Meydan TV-yə Qusarın Nəcəfoba kəndinin sakinləri deyir. Onların sözlərinə görə, son illərdə rayonun bir çox kəndi qazlaşdırılsa da, bir-birinə qonşu olan Nəcəfoba, Gilahoba, Torpaqkörpü, Haçatala, Qaratoba və daha bir neçə kənddə mavi yanacaq yoxdur. Bu isə əsasən də payız-qış mövsümlərində əhaliyə çətinliklər yaradır.

“Ötən qışa odun ala blmədik, əziyyət çəkdik”

“Bura Azərbaycanın şimal bölgəsidir, onsuz da qışmız sərt keçir. Okyabrın ortalarından sərt soyuqlar düşür, evləri isitməli oluruq, ancaq isidə bilmirik. Ötən yay pandemiyaya görə həyətimizin meyvələrini də bazara çıxara bilmədik deyə, qışa odun tədarükü də görə bilmədik. Nəticədə uşaqlar, qocalar soyuqladı, hərəsi bir xəstəlik tapdı”, – kənd sakini deyir.

Eyni şikayətlər Torpaqkörpü kəndindən də gəlir. Bu kəndin sakinləri deyir, başqa kəndlərə çəkilən qaz xətti onların yaxınlığından keçsə də, nədənsə bu kəndi qazlaşdırmaq “yaddan çıxıb”:

“Qazlaşdırılan kəndlərdə parniklər də isidilir, ancaq bizim kənddə insanlar soyuqdan böyrəklərini itirir. Axı bu necə olur, gözümüzün qarşısından qaz xətləri bizdən sonrakı kəndlərə çəkilir, bizim kəndə yox?”

“Odun bahalaşıb, ala bilmirik”

Meşələrdən çır-çırpı yığmaq yasaqlandığından sakinlər odun almaq üçün rayon mərkəzinə getmək məcburiyyətində qalır. Üstəlik, odunun qiyməti də necə deyərlər, ceyran belinə çıxıb:

“Nə qədər ki, adamlar özləri meşədən çırpı gətirə bilirdi, odun da ucuz idi. Son 2-3 ildə odunun da qiyməti 3-4 dəfə qalxıb. Rayon mərkəzinə getməlisən, odun almaqla iş bitmir, maşın tapıb, yükləyib gətirməlisən ki, bu da əlavə xərcdir. Bir qışı odundan nə qədər qənaətlə istifadə etsən də, azı 700-800 manat xərcləməlisən. Üstəlik, elektrik də normal verilmir ki, evləri elektrik cihazlarıyla qızdırasan. Bir neçə aydan sonra yenə qış qapıda olacaq, istədiyimiz odur ki, heç olmasa bu yayı qaz xətti çəkilsin, növbəti soyuqlarda eyni əziyyətləri yaşamayaq”.

“İnkişaf budur?”

Sakinlər qaz xəttinin çəkilməməsini məmur məsuliyyətsizliyi ilə bağlayırlar:

“Prezident insanların işıq, qaz sarıdan əziyyət çəkməməsi üçün göstərişlər verir, ancaq məmurlar bu göstərişləri yerinə yetirmir. Yalnız rayon mərkəzi abadlaşdırılır, su, qaz, işıq problemləri yalnız oralarda həll olunur, kəndlərə gəlib çatmır. Deyirlər, regionlar inkişaf edir. Hanı? Bu qədər kənddə işıq, qaz problemi varsa, hansı inkişafdan danışmaq olar?”

Qusar rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, son on il ərzində dövlət proqramları çərçivəsində rayonun Mucuqoba, Oğuz, Bucaq, Quxuroba, Yuxarı Zeyxur, Nəcəfkənd, Girik, Qələnxur, Zuxul, Piral, Cibir və digər onlarla kəndi qazlaşdırılıb. Nəcəfoba, Gilahoba, Torpaqkörpü, Haçatala, Qaratoba və daha bir neçə kənd isə 2023-cü ilədək tam qazlaşdırılacaq:

“2-3 ilə rayonda qazlaşdırılmamış kənd qalmayacaq. Bu istiqamətdə bütün texniki işlər görülür”, – qurumdan bildirilib.

2020-ci ilin fevralında “Regionların 2019-2023-cü illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının 2019-cu ilin yekunlarına dair” konfrans keçirilmişdi. Həmin konfransda çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, ölkənin demək olar ki, hər yerində qazlaşdırma işləri 96 faiz yerinə yetirilib.

Ötən il isə ölkə ərazisində (əsasən kənd və yeni yaşayış massivləridə) qazlaşdırma işlərinin davam etdirilməsi üçün büdcədən Dövlət Neft Şirkətinə 130 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az