• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları
  • 16-07-2026 Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
  • 16-07-2026 DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
  • 16-07-2026 Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
  • 15-07-2026 10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
  • 15-07-2026 ABŞ İranın dəniz blokadasını bərpa edib
  • 15-07-2026 FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
  • 15-07-2026 Nəvai Moskvadakı qəzaya görə məhkəməyə verildi
  • 15-07-2026 Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub - Yenilənib
  • 15-07-2026 Pezeşkian: Trampın təxribat xarakterli bəyanatlar verməsi təbiidir
  • 15-07-2026 ABŞ İrana yenidən zərbə endirib
  • 15-07-2026 Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
  • 15-07-2026 "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb
  • 15-07-2026 Abşeron İcra Hakimiyyəti "qanunsuzdur" dedi, amma tikinti dayanmadı-VİDEO

XƏBƏRLƏR

    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
    Argentina millisinin DÇ-dən kənarlaşdırılması ilə bağlı petisiya yaradıldı
14-06-2021, 13:49

“KapitalBank”ın Gəncə filialının HARIN RƏHBƏRLİYİ... - İTTİHAM

“KapitalBank”ın Gəncə filialının HARIN RƏHBƏRLİYİ... - İTTİHAM

Son vaxtlar bəzi banklar və bank olmayan kredit təşkilatları ilə ayrı-ayrı müştərilər arasında əmələ gələn narazılıqlar, məhz ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilməkdədir.
Nyus.Az GundemXeber.Az-a istinadən bildiririk ki, belə bir olayların baş verməsində bir çox amillərin varlığı əsas rol oynayır. Yəni, bəzən adı çəkilən qurum əməkdaşlarının atdıqları addımlar, müştərilərə hiylə gəlmələri və s. tərəflərin üz-üzə gəlmələrinə səbəb olur. Bu da onu söyləməyə əsas verir ki, bank sektorundakı giley-narazılıqlar bu gün də artmaqda davam edir. Məsələn, bugünlərdə redaksiyamıza Gəncə şəhəri, Dəmir Yolunun altı, Şıxlinski küçəsi, ev-2 ünvanında yaşayan 1957-ci il təvəllüdlü Mehdiyeva Cəmilə Hüseyn qızı tərəfindən şikayət ərizəsi daxil olub. Adı çəkilən bu xanım yazdığı şikayət ərizəsində qeyd edir: “Mən bir ay bundan öncə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ərizə ilə müraciət etmişdim. Buna səbəb, “Kapital Bank”ın Gəncə şəhər filialında adıma 2510 manat kreditə pul rəsmləşdirilsə də, mənə 2300 manat pul vermələri olmuşdur. Yəni, 2025-ci ilə qədər Gəncə filialına 5000 manat məbləğində pul ödəməliyəm. Ötən bir il ərzində kredit borcuma görə ödənişi həyata keçirirdim. Bu gün ayda cəmi 130 manat sosial müavinət alıram və başqa bir yerdən gəlirim olmadığından, hazırda “Kapital Bank”a olan kredit borcumu ödəyə bilmirəm. Ona görə də, köməklik göstərilməsi məqsədilə Mehriban xanım Əliyevaya ərizə ilə müraciət etmək qərarına gəldim. Yazdığım ərizəmə verilən cavabda problemin qaydaya salınması üçün məktubumun “Kapital Bank”ın Gəncə şəhər filialına göndərildiyi qeyd olunub. Elə ki, bir neçə gün bundan öncə Gəncə şəhər filialı müdirinin qəbulunda oldum, o halda o, məni olduqca kobud şəkildə qəbul etdi və “Sən Mehribana yazmısan, get problemini Mehriban da həll etsin. Mən bu qədər işçini verdiyimiz kreditlər hesabına saxlaya bilirəm. Get, sənə bir qəpik də olsun belə güzəşt olunmayacaq. Hara gedirsən get, otağı tərk et, pulu vaxtında ödə və çalış özünə problem açma” deyib, məni iş otağından alçadıcı vəziyyətdə qovdu. Belə bir münasibətdən sonra filialın müdirinə dedim ki, mən sənin evinə çörəyə gəlməmişəm. Bura dövlət şirkətidir, ona görə də dərdimizi deməyə gəlmişəm”. Hazırda 64 yaş həddində olan Cəmilə Mehdiyeva hara, kimə müraciət edəcəyini bilmir ki, belə bir dərddən qurtula bilsin.

Düzdür, hər müştəri qanunvericiliyin tələbinə görə banklardan və ya bank olmayan kredit təşkilatlarından kreditə pul götürüb müqavilə sənədini imzaladıqdan sonra, məhz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə borclu olur. Amma, qeyd olunan qurumlarda çalışanların, ələlxüsus rəhbər şəxslərin müştərilərə qarşı qanundankənar formada davranış nümayiş etdirmələri heç cür yolverilməz haldır. Məsələn, “Kapital Bank”ın Gəncə şəhər filialı rəhbərinin 64 yaşlı Cəmilə Mehdiyeva “Sən Mehribana yazmısan, get problemini Mehriban da həll etsin” deməsi, heç bir əndazəyə sığmayan yanaşmadır. Çünki, ən azında filial rəhbəri belə bir yanaşmasını ortaya qoyan zaman dərk etməli idi ki, hörmətli Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidentidir və hazırda ona qarşı ümumxalq məhəbbəti formalaşıb. Bundan əlavə o, ölkəmizin rəhbər şəxslərindəndir və dövlətimizi, xalqımızı təmsil etmək səlahiyyəti olan vəzifə sahibidir. Bu belə olduğu halda sual oluna bilər ki, görəsən “Kapital Bank”ın Gəncə şəhər filialına rəhbərlik edən şəxsin belə bir münasibət bəsləməsinin kökündə nə durur? Deməli, belə bir münasibətin aşkara çıxarılmasına və əksəriyyətin bilmədiyi bir çox həqiqətlərin müəyyən olunmasına ciddi ehtiyac var.

Mövzu diqqətimizdədir.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az