• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
10-06-2021, 07:19

Ermənistan hiylə hazırlayır - Azərbaycanın artıq xəbəri var

Ermənistan hiylə hazırlayır - Azərbaycanın artıq xəbəri var


"Ermənistan ordusunun polkovniki Koryun Qumaşyanın bu açıqlaması özü-özlüyündə ondan xəbər verir ki, onların əlində belə bir xəritələr var".

Bunu Milli.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.



O bildirib ki, Ermənistan hərbi-siyasi rəhbərliyi son açıqlamaları ilə Azərbaycanı şantaj etməyə çalışır:

"Bu açıqlama onu göstərir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin minalanması prosesi mütəşəkkil qaydada aparılırdı. Yəni, indiyənə qədər rəsmi, yaxud qeyri-rəsmi mənbələr məlumat yayırdılar ki, guya ki, Ermənistanda minalanmış ərazilərin heç bir xəritəsi yoxdur və proses xaotik şəkildə gedib. Qumaşyanın açıqlaması bir daha təsdiq etdi ki, bu deyilənlər yalandır. Məntiqi cəhətdən də götürsək, bilirik ki, minalanma prosesi müəyyən qaydalar əsasında aparılır. Burada mina xəritələrinin mövcud olmaması məsələsi özü-özlüyündə bir cəfəngiyatdır. Açıqlama göstərir ki, işğaldan azad edilən ərazilərimizin mina xəritələri var, sadəcə olaraq onlar bizə təqdim olunmurlar.

Məzmununa baxanda, görə bilərik ki, şantaj tərkibli bir açıqlamadır. Bu da onu göstərir ki, Ermənistan tərəfi bizə hansısa şərtlərlə müəyyən siyasi alver nəticəsində bunu edə bilər. Amma bu məsələnin özündə siyasi alver aparılması nə dərəcədə məqsədə uyğundur və nə dərəcədə yolverilən prosesdir? Ermənistan tərəfindən siyasi alver 30 il ərzində də aparılırdı. Yəni, "Siz Qarabağın müstəqilliyi tanıyın, biz sizə sizin öz ərazilərinizi təhvil verək" adı ilə aparılan danışıqlar əslində, siyasi alverə bənzər bir məsələ idi. Biz əlbəttə, onların bu təklifini rədd edirdik, başqa yolla bu məsələninin həllini istəyirdik. İndi yenə də başqa formada erməni tərəfi bizimlə siyasi alver aparmaq niyyətinin olduğunu göstərir. Əlbəttə, mən düşünmürəm ki, bu, polkovnikin öz fikirləridir. Çox güman ki, bu açıqlama daha yüksək rütbəli hərbiçilərin, siyasətçilərin razılığı ilə edilib. Əslində onları əsir düşmüş erməni diversantların taleyi maraqlandırmır. Onları maraqlandıran Azərbaycanı dünya ictimaiyyətinə pis, "işğalçı" kimi göstərmək, münaqişəni yaradan əsas tərəf kimi təqdim etməkdir. Girovlar məsələsi, digər məsələlər bu məqsəd üçün siyasi alver kimi istifadə olunur. Bu da siyasi alverin təzahürüdür. Deyirlər ki, biz sizə xəritələrini verək, siz əsirləri qaytarın. Bilirlər ki, Azərbaycan buna getməyəcək, necə ki, 30 il ərzində bu tip siyasi alverlərə getmədik. Fərz edin ki, biz bu addımı atsaq, deməli onlar doğrudan da terrorçu, diversant deyillər anlamına gələcək. O zaman mahiyyət etibarı ilə biz onları diversant yox, ermənilərin istədiyi kimi - hərbi əsir kimi qəbul etmiş sayılarıq. Ona görə də bunu etməyəcəyik".



Xatırladaq ki, Kəlbəcərdəki hadisələrin geniş müzakirə olunduğu bir vaxtda Ermənistan ordusunun polkovniki Koryun Qumaşyan sensasion açıqlama verərək, ölkəsinin cinayətkar mahiyyətini ifşa edib. Belə ki, o, Laçın və Kəlbəcər rayonları ərazisinə çoxlu sayda mina basdırdıqlarını bildirib:
"Mən və kontingentim Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırmışıq, siz həmin minalara görə, o rayonlarda heç nə edə bilməzsiniz. Hərbi əsirlərimizi bizə qaytarın, mən də mina xəritəsini təqdim edim".

Təhməz Əsədov

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az