• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
6-06-2021, 12:50

Mahmud Kaşqari adına Beynəlxalq Fond təqdim edir: ELXAN ZAL - 60

Mahmud Kaşqari adına Beynəlxalq Fond təqdim edir: ELXAN ZAL - 60



Vaqif Səmədoğlu günündə 60 ilə 60 yarpaq silsiləsindən böyük şairin Elxan Zal haqda düşüncələrini bölüşürük:
Elxanın Polon şərqisi


Əzuzim Elxan! Yadındadımı, “Ulduz” jurnalında sənin şeirlə¬rini, daha doğrusu “Polonez” poemasını oxuyandan sonra mən sənə zəng etdim, bu şeirlər məni tutdu və mən bu şeirlərə öz münasibətimi bildirdim. Nəyə görə? Mənim kifayət qədər yaşım var və kifayət qədər gözəl şeirlər oxumuşam, yaddaşım¬da çoxlu sayda böyük şairlər, yazıçılar var. Biz “Kitabi-Dədə Qorqud”dan bu günə qədər, Homerdən indiki şairlərə qədər çoxlu şairlərin, yazıçıların əsərlərini oxumuşuq. Ancaq onları oxuyanda mən özüm üçün kəşf elədim ki, bütün dünya ədəbiyyatında, dünya fəlsəfəsində, dünya nəsrində, poeziyasında çoxlu sayda yazılar var və onları oxuyanda sən öz içindəki süallarına cavab axtarırsan. Vacib deyil o şair, o yazıçı, lap o əsər, o epos, o saqa nədən bəhs edir, sən onları oxuyanda öz süallarına öz yaşamına, öz həyatına bəraət axtarırsan, xatirələrini axtarırsan və çox qəribədir ki, birdə görürsən ki, bir şair sənin xatirələrini, sənin düşüncələrini başlayır sənin özünə danışmağa. Əzizim Elxan, sənin Polşa ilə bağlı şeirlərini oxuyanda mən bu hissləri keçirdim. Sənin “Polonez” silsiləni oxuyanda mənə elə gəldi ki, mən Elxan Zalı oxumuram, mən, Vaqif Səmədoğlu, 60-cı illərdə Polşa havasında yazmadığım şeirləri oxudum, yəni öz xatirələrimi oxudum. Nəyə görə məhz Polşa?
Çünki, mənim mənsub olduğum 60 - cı illər nəslini Polşa ilə çox sıx tellər bağlayır, bizim həyatımızda Polşa və polyak xalqı böyük rol oynayıb. Bəlkə də siz gənclər bunları bilmirsiniz, o zaman 60 - cı illərdə sosialist düşəgəsi vardı və bura daxil olan ölkələr içində Polşa bizim azadlıq istəyimizə, yenilik istəyimizə ən çox cavab verən ölkə idi. Polşa nəinki sosialist dünyasında, hətta Avropada, bütün dünya miqyasında irəlidə gedirdi. Polşa ədəbiyyatı, kinosu, teatrı, incəsənəti bəzən Amerikadan da, bəzən Fransadan da irəlidə gedirdi. Sənin şeirlərini oxuyanda mən həmin illərə qayıtdım, həmişə xəyalımda yaşatdığım Polşanı gördüm. Əlbəttə bu şeirlər mənim üçün yalnız xatirə deyil. Onları bir naşı adam yazsaydı, mən özümü də, Polşa mühitini də, Polşa abu-havasını da təhqir olunmuş hesab eləyərdim. Ancaq sən onları çox gözəl, çox professional, çox canlı, çox səmimi yazıbsan. Mənim də Polşa ilə bağlı şeirlərim var, «Royal» poemamda Polşa ilə bağlı böyük hissə var. Mən Polşada olmamışam, həmişə buna təəssüflənirdim, ancaq sənin şeirlərini oxuyana qədər. Bəlkə də Allah səni mənim yerimə Polşaya göndərdi və sən Polşa mədəniyyətinə, Polşa xalqına, öz qələminə layiq o gözəl şeirləri yazdın...
Mən sənin ayrı şeirlərini də oxumuşam, onlar da mənin çox xoşuma gəlir, amma “Polonez” poeması mənə daha əzizdir. İstedadlı şair Səlim Babullaoğlu öz yazısında bu kitabdakı şeirlərdən geniş bəhs etdiyinə görə, mən onlar barədə çox danışmağa ehtiyac görmürəm. Son olaraq onu deyə bilərəm ki, sən əsil şairsən, dilimizə, ədəbiyyatımıza layiq şairsən. Öz üslubu, öz dünya duyumu, öz sözü olan şairsən. Sənə uğurlar arzulyıram. Nə yaxşı ki, ədəbiyyatımızda sən varsan.

Əfqan Nəsirli

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az