• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
24-05-2021, 09:46

“Azərbaycanfilm” müharibəyə dair filmlər hazırlayır

“Azərbaycanfilm” müharibəyə dair filmlər hazırlayır

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası 1920-ci ildə təsis edilib. Hazırda qurum Mədəniyyət Nazirliyinin tərkibində öz fəaliyyətini davam etdirir. Hafta.az-ın əməkdaşı “Azərbaycanfilm”in inzibati binasında oldu. Binanın dar və uzun dəhlizi, köhnə dizayn edilmiş divarları, film qoxan ab-havası fərqli bir aura yaratmışdı. Milli kinolardan fraqmentləri özündə əks etdirən ağ-qara fotolar asılmışdı hər iki tərəfdən.

Qısa gəzintimiz zamanı bizə “Azərbaycanfilm”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lətif Lətifsoy bələdçilik etdi. Zəngin, lakin bir o qədər qarışıq olan arxiv otağında xeyli maraqlı geyim və əşya var idi. Burada mövcud olan ən maraqlı əşyalardan “Qayınana” filmində istifadə edilən güzgü, “Cavadxan”, “Hökmdarın taleyi” filmlərində istifadə edilən dəbilqələr, “Qərib cinlər diyarında”dakı toppuzlar, “Üzeyir ömrü” filmində geyinilmiş paltarları misal çəkmək olar.

Daha sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının baş direktoru Fariz Əhmədovla həmsöhbət olduq. Həmin müsahibəni sizlərə təqdim edirik.

- Fariz müəllim, Vətən müharibəsindən sonra “Azərbaycanfilm”in fəaliyyəti, bu istiqamətdə görülən və görüləcək işlər haqqında nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibləri arasında “Müharibənin uşaqları” və “Fulya” adlı sənədli film layihələri “Azərbaycanfilm” tərəfindən istehsal ediləcəkdir. “Müharibənin uşaqları” sənədli filmi müharibə dövründə Gəncə, Bərdə, Tərtər və digər bölgələrimizə atılan raket zərbələri nəticəsində zədə almış uşaqların, post-müharibə dövründə psixoloji reabilitasiyası üçün Kukla Teatrının həmin bölgələrə qastrola çıxması ilə ümidverici filmdir. Filmin rejissoru və ssenari müəllifi Leylaxanım Qənbərlidir. “Fulya” sənədli filmi isə müharibə dövrünün bütün həqiqətlərini, erməni barbarlığının yıxıcı təsirlərini dünyaya ilk səsdən çatdıran “CNN Türk”ün müxbiri Fulya Öztürkün həmin bölgələrə yenidən səyahəti ətrafında baş tutacaq. Filmin rejissoru və ssenari müəllifi Tahir Tahiroviçdir. Bundan əlavə qeyd etməliyəm ki, Bakı Media Mərkəzi ilə birgə hazırladığımız növbəti layihə “Biz” adlı sənədli filmdir. Bu filmin layihəsi 44 günlük Vətən müharibəsi dövründə öz telefonlarında videoçəkilişləri ilə və ümumən diqqətəlayiq, trendə düşmüş insanlardır. Daha sonra, “Görünməyən qəhrəmanlar” adlı 5 sənədli-salnamə janrında filmdən ibarət layihəmiz, artıq Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənib. Bu filmlər hər biri 44 dəqiqə olmaqla, müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli və müzəffər döyüş yolundan bəhs edəcək. Böyük Zəfərimizin milli kinoda növbəti mühüm əksi hal-hazırda istehsal öncəsi mərhələsində olan və bu ilin iyul-avqust aylarında çəkilməyi planlaşdırılan “Həyat deyəsən gözəldir” bədii filmidir. Filmin ssenari müəllifi və rejissoru Xalq artisti Vaqif Mustafayevdir.

- Bəs pandemiya dövründə qurumun fəaliyyəti nə cür təşkil edildi? Pandemiyanın işlərinizə hansı təsirləri oldu?

- Təəssüf ki, bütün dünyada tüğyan edən koronavirus və buna paralel qapanmalar, ölkəmizdə bir çox sahələrdə olduğu kimi, kino sənayemizə də dərindən təsir göstərdi. Film istehsalı, nümayişlər dayandırıldı və kino-teatrlar qapandı. Ümidverici hal odur ki, artıq bir çox dünya ölkələri tədricən öz ahənginə qayıdır və biz də öz növbəmizdə mövcud qaydalara uyğun şəkildə fəaliyyətimizi təşkil edirik.

- Axırıncı dəfə quruma nə vaxt maliyyə vəsaiti ayrılıb? Vəsaitlər daha çox nələrə xərclənib?

- “Azərbaycan Kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 mart 2019-cu il tarixli Sərəncamı çərçivəsində Mədəniyyət Nazirliyinə müvafiq tapşırıqlar verilmiş və ayrılan büdcə ilə 30 ildən artıq bir müddətdən sonra kinostudiyamızın çəkiliş avadanlıqlarının bazası tamamilə yenilənərək, ən son standartlara cavab verən kameralar, işıqlandırma texnikaları və digər lazımi qurğularla təmin edilmişdir. Bu, hazırda bizim üçün ən sevindirici haldır.

- Mədəniyyət naziri və “Azərbaycanfilm”in rəhbəri dəyişdikdən sonra fəaliyyət istiqamətinizdə hansı dəyişikliklər oldu? İslahatlar həyata keçirilirmi?

- Bunu mütləq vurğulamalıyam ki, yeni Mədəniyyət nazirimiz dünyadakı kino sənayesi ilə yaxından maraqlanır. Onun ən mühüm addımlarından biri, bu ilin mart ayında nazirliyin kino şöbəsinin müdiri ilə birgə, bu sahədə olduqca ixtisaslaşmış qardaş ölkə Türkiyəyə səfəri və yaxın zamanda müştərək film layihələri üçün Türkiyənin ən böyük 18 film istehsalı şirkətinin rəhbərləri ilə görüşərək ikili müqavilələrə imza atmasıdır. Bu baxımdan, yeni kino siyasətində beynəlxalq film şirkətləri ilə müştərək istehsala olduqca əhəmiyyət verilir. Məlumat üçün qeyd edə bilərəm ki, “Azərbaycanfilm”in istehsal edəcəyi yeni filmlərdən Elçin Musaoğlunun “Məryəm” (“Sinema evi” şirkəti), Asif Rüstəmovun “Mərmər soyuğu” (Fransa) bədii filmləri və Tahir Əliyevin “Fulya’’ (Türkiyə) adlı sənədli filmi birgə istehsal layihələridir. Kinostudiyada isə köklü kadr islahatları gedir, ictimaiyyətlə əlaqələr, beynəlxalq əlaqələr və layihələndirmə şöbələrimizə dəvət etdiyimiz gənc, ambisiyalı əməkdaşlarımızla qarşıdakı hədəflərə daha sürətlə yaxınlaşırıq. İdarəetmə modeli və strukturumuz isə beynəlxalq praktikaya əsaslanaraq yenilənir. Beynəlxalq film festivalları və təşkilatları ilə əlaqələrimizi gücləndiririk. Bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı “Xosrov və Şirin” 12 seriyalı televiziya layihəsinin istehsalöncəsi hazırlıqları davam edir. İctimai TV ilə birgə hazırladığımız 24 hissəli “Bizim kino” layihəsi isə davam edir və kinosevərlərin sevgisini qazanıb. Bundan əlavə, Mirsadıq Ağazadənin “Eviniz abad” adlı bədii filminin çəkiliş materiallarından “Köşk” adlı 5 seriyadan ibarət mini-serial hazırlanır.

Daha sonra qeyd edə bilərəm ki, 17 klassik filmimizin ingiliscə subtitrləşdirmə işləri yekunlaşmaq üzrədir.

Ən əsası isə filmlərin istehsalöncəsi mərhələsindən son mərhələyədək olan (pre-production, production, post-production) bütün dövrünün, produktiv, standartlara uyğun və hər cəhətdən şəffaf təşkili üçün maksimum əmək sərf edəcəyik. İzləyicilərimiz isə fəaliyyətimizə dair yeniliklərdən mütəmadi olaraq, audio-vizual məzmunlarla məlumatlandırılır.

- Mövcud çətinliklər nələrdir?

- Bildiyiniz kimi, studiyanın mövcud binaları 1956-cı ildə tikilib, bu səbəbdən qarşıda duran başlıca məsələrdən biri də təmir-tikinti işləridir. Bundan əlavə, hal-hazırda kinostudiyanın yenilənmiş çəkiliş avadanlıqları bazasının bizə yaratdığı imkanlarla 2 bədii və 2 sənədli filmin istehsalını paralel şəkildə təşkil edə bilirik, lakin missiyamız bu rəqəmləri yüksəltmək və digər çatışmazlıqları da aradan qaldırmaqdır.

- Hazırda binada təmir gedir, təmirdən sonra hansı yeniliklər olacaq?

- Bütünlükdə təmir və yenidənqurma üçün layihələndirilmə aparılıb, lakin təmir işləri hələ başlamayıbdır. Ümid edirik ki, önümüzdəki zamanda buna nail olacağıq.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az