• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
20-05-2021, 15:37

Əhmədzadə vəzifədən getsə də ƏNƏNƏLƏRİ YAŞAYIR... - İTTİHAM

Əhmədzadə vəzifədən getsə də ƏNƏNƏLƏRİ YAŞAYIR... - İTTİHAM





“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyindəki qurumlar arasında Abşeron Suvarma Sistemləri İdarəsi də uzun illər medianın gündəmində olan, mətbuatın tənqid hədəfinə tuş gələn idarə kimi tanınıb.
Belə bir durumun yaranmasının əsas səbəbkarı isə heç şübhəsiz ki, uzun illərdi idarənin rəisi işləyən Yusif Ələsgərovdur.

Xatırladaq ki, Yusif Ələsgərov ötən əsrin 90-cı illərində “Bakıelektrikşəbəkə”nin rəisi olub, indiki ”Azərsu” ASC-də məsul vəzifədə çalışıb. İşlədiyi vəzifədə yol verdiyi nöqsanlara görə tutduğu vəzifələrdən azad olunub.Bu barədə KİV-də vaxtilə çox yazıldığından həmin məsələlərə qayıtmağa ehtiyac duymuruq.

Yusif Ələsgərov indiki vəzifəsində isə artıq 15 ildir ki, fəaliyyət göstərir. Bu müddətdə qeyri-qanuni əməllərinə görə, onun vəzifədən alınacağı və məsuliyyətə cəlb ediləcəyi ilə bağlı dəfələrlə xəbərlər yayılsa da, o hər dəfə vəziyyətdən çıxmağa müvəffəq olub. Əlbəttə ki, bu işdə bəzi nüfuzlu şəxslərin – himayədarların rolu xüsusi qeyd edilməlidir.Biz həmin şəxslərin kimliyini hələlik müəyyən səbəblərdən açıqlamırıq. Elə buna görədir ki, haqqında yazılan saysız-hesabsız tənqidi məqalələr onun heç vecinə də deyil. Yusif Ələsgərov özünə və havadarlarına o qədər arxayındır ki, hətta deyilənə görə, bəzi hallarda “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin bəzi rəhbər şəxslərini də eşitmir.

Nəhayət, keçək əsas mətləbə. Belə ki, Faktinfo.az saytına Yusif Ələsgərovun həm şəxsi həyatı, həm də idarədəki fəaliyyəti ilə bağlı ilginc məlumatlar daxil olub. Onun şəxsi həyatı ilə bağlı məlumatları yazmağı özümüzə rəva bilmirik və kənara qoyuruq. Amma,bircə əmsalı vurğulamaq istəyirik ki,Y.Ələsgərov müəyyən dairələrdə özünü həmişə öyür. Bu isə heç də yaxşı hal deyil,ona müəyyən problemlər yarada bilər.

Yusif Ələsgərovun idarə rəisi kimi fəaliyyəti ilə bağlı məlumatlara aydınlıq gətirmək üçün isə bəlkə də, xüsusi bir komissiya yaradılmasına ehtiyac var. Həmin komissiya ilk növbədə araşdırmalıdır ki, Abşeron SSİ də ştat cədvəlində neçə şəxsin adı olub,hazırda da var və onların neçəsi gündəlik işə çıxır? İşçilərin neçəsi rəisin qohumu, qardaşı ,dostu, tanışıdır? Həmçinin Hidayət Rəcəbov kimdir,o sudan istifadə edən cəmiyyətin necə sədri olub.

Məlumata görə, 73 km-lik Abşeron magistral kanalının və onun üzərindəki hidrotexniki qurğuların bəzi hissələri aşınmaya məruz qalıb. Aydınlaşdırmaq lazımdır ki, bununla bağlı zamanında hansısa tədbir görülübmü,bu istiqamətdə vaxtilə əsaslı təmir və istismar xərcləri nə dərəcədə səmərəli xərclənib?

Bakı ətrafı qəsəbələrdə yaradılan fermer təsərrüfatlarında, eləcə də sakinlərin həyətyanı sahələrində hələ də suvarma suyu istənilən səviyyədə deyil, ona görə də içməli su bəzən suvarma suyu kimi istifadə edilir. İdarə rəisindən soruşmaq lazımdır ki, hansı səbəbdən bu problem birdəfəlik həll edilmir?

Abşeron yarımadasının ekologiyasını sağlamlaşdırmaq məqsədilə yeni-yeni yaşıllıqlar salınır, hər il milyonlarla ağac, dekorativ kol bitkiləri və gül-çiçək əkilir, yaşıl örtüklü qazonların sahəsi genişləndirilir. Ancaq suvarma suyu vaxtlı-vaxtında verilmədiyindən həmin yaşıllıqların xeyli hissəsi məhv olaraq sıradan çıxır. Görəsən, Yusif Ələsgərov bu acınacaqlı vəziyyətin yaranmasında Abşeron SSİ-nin rəisi kimi,nə qədər məsuliyyət daşıdığının fərqindədirmi?

Ciddi araşdırma tələb edilən məsələlərdən biri də su ötürən borular yeniləri ilə əvəz edilərkən boruların hansı MMC-dən,hansı qiymətə alınmasıdır, və ya köhnə boruların hara təhvil verilməsinin araşdırılmasıdır.

Bundan başqa, Yusif Ələsgərovdan soruşmaq lazımdır ki, Abşeron magistral kanalının və ayrı-ayrı kəndlərdəki nasos stansiyalarının yenidən qurulması zamanı hansı dövlət və özəl qurumların xidmətindən istifadə olunur,nasos stansiyalarında təmir zamanı şişirdilmiş qiymətlərdən istifadə edilmir ki? Bu zaman hansı şərtlər əsasında razılaşma əldə edilir?

Maraq doğuran məsələlərdən biri də idarənin balansında olan texnika və qurğuların tam təyinatı üzrə istifadə edilib-edilməməsi ilə bağlıdır. Aydınlaşdırmaq lazımdır ki, həmin texnikalar kimlərə icarəyə verilir?

Yanacaq,sürtkü yağları,ehtiyyat hissələrinə dair zamanla ayrılmış dövlət vəsaitlərindən şəffaf şəkildə istifadə olunubmu?

Daha bir məlumata görə, 2011-2012-ci illərdə “Pirşağı”, “Novxanı” nasos stansiyalarında yenidənqurma işləri görülüb, kifayət qədər dövlət vəsaiti xərclənib. Son iki ildə həmin stansiyalara təmir adı ilə yenidən dövlət vəsaiti xərclənib.Görəsən,indi həmin nasos stansiyaları tam gücü ilə niyə işləmir?

Bu tipli müəmmalı məsələlərin sayı kifayət qədər çoxdur. Hesab edirik ki, əgər müvafiq komissiya yaradılarsa və Yusif Ələsgərovun 15 illik fəaliyyətinin ən azı son 5 ili əhatəli araşdırılarsa, çox mətləblərə aydınlıq gətirirlər.

Qeyd edək ki,yazı yayımlanmazdan əvvəl,KİV haqqında qanunun müvafiq tələbinə uyğun olaraq idarə rəhbərliyinin mövqeyinin öyrənmək mümkün olmamışdır.

(Faktinfo.az)

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az