
Səkkiz ay sonra nəşi tapılan qəhrəman şəhidimiz - leytenant Yusifov Əli Süləddin oğlunun nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduğu Şərur rayonuna yola salınıb.
Əli Yusifov Şərur Şəhidlər Xiyabanında dəfn edilib.
Mərasimdə şəhidin doğmaları, dövlət və hökumət nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin rəsmiləri, Ali Məclisin deputatları, ictimaiyyət nümayəndələri və minlərlə sakin iştirak edib.
Allah rəhmət eləsin!






























