• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
  • 31-08-2026 Azərbaycanda ''turizm kəndləri'' yaradılır - VİDEO
  • 30-08-2026 "Pullarımı Zeynəb Həsəni yığır"
  • 30-08-2026 Bakıda aptekdən alınan siropun içindən milçək çıxdı – Video
  • 30-08-2026 Ermənistan itkin azərbaycanlıların dəfn yerləri barədə məlumat verməlidir - Hikmət Hacıyev
  • 30-08-2026 Bu gün Türkiyədə Zəfər Bayramıdır
  • 30-08-2026 Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı
  • 30-08-2026 Rusiyanın ən böyük neft zavoduna ağır zərbə: Hərbi aerodrom da vuruldu

XƏBƏRLƏR

    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
    Dünyanın ən çox satılan telefonları açıqlandı
    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
27-04-2021, 14:52

ERMƏNILƏRIN ŞAHIN MUSTAFAYEVƏ EDƏ BILMƏDIYI PISLIYI ONUN QOYUNOTARANI ALI HÜSEYNOV EDƏCƏK

ERMƏNILƏRIN ŞAHIN MUSTAFAYEVƏ EDƏ BILMƏDIYI PISLIYI ONUN QOYUNOTARANI ALI HÜSEYNOV EDƏCƏK

Qazaxda 1970-ci illərdə yaradılmış su təchizatı sistemləri istismara yararsız vəziyyətə düşmüşdü. Üstəlik ötən dövrdə əhali artımı və məskunlaşmanın genişlənməsi səbəbindən su və kanalizasiya infrastrukturu mövcud və perspektiv tələbatı qarşılamaq iqtidarında deyildi. Bütün bunlar nəzərə alınaraq 2019-cu ildə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlandı. Qazax şəhərində 26 min nəfər sakini su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşmasına hesablanmış layihə əsasında su mənbəyində, magistral kəmərdə və anbarda tikinti-quraşdırma işləri aparıldı. Şəhərdaxili 100 km-dən artıq içməli su şəbəkəsi inşa edildi. Şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu, Qazax Sukanal Sahəsi üçün müasir tipli inzibati bina tikildi.

Göründüyü kimi, Azərbaycan hökuməti, aidiyyəti qurum olan “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) bu vacib sahənin inkişafı üçün yetərincə təqdirəlayiq işlər həyata keçirir. Ancaq çox təəssüf ki, Qazax rayon infrastrukturunun bu sektorunun ən əsas problemi olan rəhbər kadr problemi həll olunmamış, necə deyərlər, “qoyun qurda tapşırılmışdır”.

Qoyun məsələsindən bir az sonra yazacağıq. Hələliksə xatırladaq ki, Qurd üzü mübarəkdir, oğuz türklərinin totem simvoludur. Bu mənada bir insanın qurdla müqayisə edilməsi (filankəsin “canavar kimi” olması, “qurd ürəyi yeməsi” və s.) əslində onun malik olduğu cəsurluq keyfiyyətlərini alqışlamaq məqsədi ilə edilir. Lakin məsələ burasıdır ki, haqqında söhbət açdığımız Qazax rayon Sukanal Sahəsinin rəisi Hüseynov Alı Cəlal oğlunu “canavara döndərən” səbəb alkoqol aludəçiliyidir. Ciddi səbəbdir, deyilmi? Deyəcəksiniz ki, bəli, adamlar tanıyırsınız ki, qurd nədir, hətta içib şirə dönür.

Qazaxdakı etibarlı hesab etdiyimiz mənbələrimiz Dəryaz qəzetinin redaksiyasına məlumat veriblər ki, Alı Hüseynovu çox vaxt işdə tapmaq olmur. İllah da ki, nahar oldu, vəssalam, hamı bilir ki, bu adam hardasa içib. Bununla belə, nə qədər sərxoş olsa da, idarəetmədə həlləmn-qəlləm işlərini nəzarətində saxlaya bilir. Belə ki, 8 nömrəli Regional Sukanal İdarəsinin xidmət etdiyi bütün rayonlardakı struktur vahidlərinə xas olan neqativ hallar Qazax Sukanal Sahəsində də vardır. Həm də daha artıq dərəcədə: Şənbə-bazar günləri şöbəsindən asılı olmayaraq bütün işçilər hamısı əhaliyə yazılmış qanınsuz borcları yığmağa məcbur edilir. Halbuki bu borcları vaxtilə bu sahədə işləmiş şəxslər qanunsuz, əsassız yazıblar və indi də onların yerinə gələn işçilər bu borcu zorla almağa çalışırlar. Borcu olan abonentlərin suyunu kəsməyən işçiləri incidib töhmətlə qorxudurlar. Aidiyyatı olmayan işçilər pul yığımına cəlb edilir.

Alı Hüseynov sahəni rüşvət mənbəyinə çevirib. Kanalizasiya şəbəkəsinə, su şəbəkəsinə qoşulmaq üçün isə rüşvət alınır. Halbuki, su-kanal sahəsində bütün bu işlər pulsuz, ödənişsizdir. Kodu olmayan bəzi obyektlərə qanunsuz su xətti verilir və oradan alınan pullar mənimsənilir. Baxımsızlıqdan su kanalizasiya axıntıları yollara axır və beləliklə də asfalt örtüyü də sıradan çıxır, dövlətə xeyli zərər dəyir. Bina mənzillərinin və həyət evlərinin su sayğaclarının plombu qəsdən sındırılır və buna görə abonentlərə haqsız cərimələr yazılır.

Bütün bunlardan başqa, Alı Hüseynovun daha bir gəlir mənbəyi “DOST” MMC-nin xətti ilə məşğulluğu təmin olunan işsizlərin 240 manatına göz dikməsidir. Məsələ burasıdır ki, Məşğulluq Xidmətinin yerli sukanal idarəsinə az maaşla işləməyə göndərdiyi şəxsləri Alı Hüseynov dilə tutur ki, idarədə onların görəcəyi bir iş yoxdur, əsas personal öz işinin öhdəsindən gəlir. Yaxşısı budur ki, adları getsə də, işə çıxmasınlar, maaşları yazılsın, sosial sığortaya (pensiya fonduna) ayırmalar edilsin, lakin məvaciblərini Alı özünə götürsün. Az gəlirli ailə kimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edib ailə üzvlərinin sayına müvafiq məbləğdə ünvanlı sosial yardım (ÜSY) alsınlar. Xatırladaq ki, ÜSY almaq üçün ailənin əmək qabiliyyətli üzvləri mütləq işaxtaran, yaxud, işləyə-işləyə işaxtaran kimi qeydiyyatda olmalı, məşğulluq xidmətinin onlar üçün etdiyi iş təklifini dəyərləndirməli, az da olsa rəsmi gəlir mənbəyinə malik olmalıdırlar. Bu məsələdə fəlsəfə ondan ibarətdir ki, işləmək istəməyən vətəndaşın dövlətdən yardım istəməyə haqqı yoxdur. Maraqlıdır ki, maaş kartlarını Alı Hüseynova bağışlayan həmin adamlar ÜSY üçün müraciət etdikləri ƏSMN-də heç bir bürokratik əngəllə qarşılaşmırlar. Çünki bu sövdələşmədə hamı qazanır – ÜSY alan da, Sukanal rəisi də, onunla əlaqədə olan məşğulluq xidmətinin və ƏSMN-nin gözüaçıq vəzifəli şəxsləri də. Uduzan isə dövlət olur, dövlətin büdcəsi olur.

Başqa bir təsdiqlənmiş məlumata görə A.Hüseynov Ağköynək kəndinin şəkildə gördüyünüz bu ərazisindən keçən


250-300 metr uzunluğunda iri diametrli su borusunu kəsib satıb. Həmin boruların sökülüb satılmazdan əvvəlki görüntülərini əks etdirən fotoşəkilləri də redaksiyaya ötürülüb. Lazım gəldiyi təqdirdə biz də öz növbəmizdə həmin fotoşəkilləri bu cinayət işinin araşdırılması ilə məşğul olacaq hüquq-mühafizə orqanlarına təqdim etməyə hazırıq.

İndi isə keçək “qoyun məsələsinə”. Qoyun otarmaq ayıb deyil, çobanlıq da qədim peşədir. İslam peyğəmbəri Məhəmməd əleyhisəlam da yeniyetmə vaxtında əmisinin qoyunlarını otarıb. Amma iş burasıdır ki, Alı Hüseynov keçmiş iqtisadiyyat naziri, hazırda baş nazirin müavini olan Şahin Mustafayevin qoyunlarını otarır. Bu barədə redaksiyamıza məlumat verən mənbə bildirir ki, Ş.Mustafayevlə A.Hüseynov yeznə-qayındırlar. Məliumata görə, Mustafayevin Qazaxda heyvandarlıq ferması və başqa obyektləri vardır ki, hamısına nəzarəti və idarə edilməsini Hüseynova tapşırıb. Qeyd olunur ki, A.Hüseynov bu qohumluqdan cürətlənərək, “Azərsu” rəhbərliyindən çəkinmir, sukanal sahəsində öz bildiyini edir. Bildirilir ki, Ş.Mustafayev keçən ilin aprelində dövlət başçısının sərəncamı ilə təsdiqlənən “Su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın həyata keçirilməsi üzrə yaradılmış komissiyanın sədri təyin olunandan sonra A.Hüseynov daha da qanadlanıb.

Bu məqamda bir məsələni də xatırlatmaq yerinə düşər. Ş.Mustafayev Ermənistanda doğulub. Bir neçə il əvvəl erməni telejurnalistləri Azərbaycanın iqtisadi inkişaf və sənaye naziri Şahin Mustafayevin həyatı barədə qısametrajlı film çəkiblər. Filmin müəllifləri nazir Şahin Mustafayevin doğulduğu və yeniyetməlik illərini keçirdiyi erməni kəndində, nazirin ata yurdunda olublar. Həmin qısametrajlı filmdə Ş.Mustafayevin məktəb yoldaşları, Ermənistandan olan uşaqlıq dostları da azərbaycanlı nazirin uşaqlığı, məktəb illəri və ailəsi haqda xatirələrini bölüşüblər. Erməni mətbuatı Mustafayevlə bağlı ilginc iddialar ortaya atmışdı. Mustafayevin vaxtilə tələbə yoldaşı olan Sergey Yeganyan adlı şəxs ermenihaberi.am saytına çox da inandırıcı olmayan xatirələrini danışmışdı. Onun sözlərinə görə, Şahen (Ermənistanda Şahin Mustafayevi o cür çağırırmışlar) 2 il İrəvan İqtisad İnstitutunda təhsil alıb. Guya, tələbəlik illərində ermənilərin Azərbaycana qarşı keçirdiyi aksiyalara qatılan Şahin Mustafayev hətta mitinqlərin birində çıxış da edib. “Şahin Mustafayev 20 fevral 1988-ci il 22.00-da İrəvandakı Azadlıq Meydanında çıxış edəndə mən orada idim. Mustafayev çıxışında Nəriman Nərimanovun 2 dekabr 1920-ci ildə erməni xalqına verdiyi sözləri təkrarladı: «Naxçıvan, Zəngəzur və Qarabağ Ermənistan ərazisidir. Artıq aramızda mübahisəli torpaq yoxdur». Nərimanovun eyni zamanda, Qarabağın bir erməni diyarı və Qarabağ xalqının mübarizəsinin doğru olduğunu vurğuladığını bildirdi”, — Sergey Yeganyan belə demişdi. Mustafayevin keçmişini qaralamağa yönəldiyi güman olunan iddiaların yer aldığı məqalə “Azərbaycanın yeni Baş nazir müavini 31 il əvvəl Qarabağın ermənilərə məxsus olduğunu etiraf edib” sərlövhəsilə dərc olunub.

Lakin ağ qara ləkə götürmür. Ermənilərin Mustafayevin üstünə atmaq istədikləri çamur ona yapışmadı, Azərbaycan rəhbərliyi tərəfindənb onun “Şöhrət” ordeni ilə təltiflənməsinə əngəl yarada bilmədi. Ancaq belə görünür ki, ermənilərin qara yaxa bilmədiyi Ş.Mustafayevin imicinə özündənmüştəbeh qohumu A.Hüseynov kölgə salacaq.

Bütün bu sadaladığımız məsələlərlə əlaqədar, xüsusilə də Ağköynək kəndinfdə su borularının satılması ilə bağlı Alı Hüseynovun özü ilə telefon bağlaqntısı yaradıb münasibətini öyrənməyə çalışdıq. Sukanal rəisi acıqlı formada: “Gedin, nə istəyirsiniz yazın” deyib dəstəyi asdı. Düşündük ki, yəqin yenə də içkilidir. Sonra “Azərsu” ASC-nin press-attaşesi Anar Cəbrayıllıya zəng vurduq. Dinlədikdən sonra tövsiyə etdi ki, təmsil etdiyi quruma rəsmi məktubla müraciət edək. Razılaşdıq. Onsuz da bir neçəı ünvana məktub göndərəsiyik.O cümlədən, Qazaxın yerli hüquq-mühafizə və cinayət təqibi orqanına. (Deryaz.az)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az