• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
  • 15-10-2026 Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
25-04-2021, 04:47

48 siyasi partiya Co Baydenin çıxışını pisləyən bəyanat yaydı

48 siyasi partiya Co Baydenin çıxışını pisləyən bəyanat yaydı


Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ABŞ Prezidentinin qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb.

Nyus.Az Trend-ə istinadən bəyanatı təqdim edir.

"Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı "soyqırımı" törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Həqiqət isə odur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çoxlu sayda erməni həyatını itirib. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrdə ermənilərdən daha çox türklər həlak olub.

Əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və iş bu sahədə ixtisaslaşdırılmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb.

Rəsmi İrəvanın məkrli siyasətinin arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin "Qərbi Ermənistan" adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir.

Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədildi. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin bariz təcəssümü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili standartlar siyasətinin təcəssümüdür.

Son dövrlər qondarma "erməni soyqırımı" iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma "erməni soyqırımı" anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Yaxşı olardı ki, "tarixi həqiqətlər axtarışı"nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma "erməni soyqırımı" məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir.

1. Yeni Azərbaycan Partiyasının sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov

2. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı

3. "Ana Vətən" Partiyasının sədri Fəzail Ağamalı

4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev

5. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa

6. Vəhdət Partiyasının sədri Tahir Kərimli

7. Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev

8. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə

9. Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev

10. Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev

11. REAL Partiyasının sədri İlqar Məmmədov

12. Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağa-zadə

13. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev

14. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn

15. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu

16. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev

17. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev

18. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

19. Ağ Partiyanın sədri Tural Abbaslı

20. "Ədalət" Partiyasının sədri İlyas İsmayılov

21. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev

22. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev

23. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər

24. Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev

25. "Milli Vəhdət" Partiyasının sədri Yunus Oğuz

26. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli

27. Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov

28. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə

29. Yeni Zaman Partiyasının sədri Musa Ağayev

30. Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova

31. Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev

32. Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov

33. "Birlik" Partiyasının sədri Xudadat Xudiyev

34. Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov

35. Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov

36. Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov

37. Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov

38. Azadlıq Partiyasının sədri Əhməd Orucov

39. Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu

40. Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərimov

41. Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan

42. "Qorqud" Partiyasının sədri Firudin Kərimov

43. Milli Demokrat İdrak Partiyasının sədri Osman Əfəndi

44. Milli Konqres Partiyasının sədri İxtiyar Şirinov

45. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu

46. Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimov

47. Azərbaycan Kommunist Partiyası - Hacı Hacıyev, Rauf Qurbanov

48. "Azərbaycan Mübarizləri" Partiyasının sədr müavini Səadət Müslümova

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az