• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
22-04-2021, 09:13

44 günlük savaşdan bütün beynəlxalq təşkilat dərs çıxarmalıdır - TƏHLİL

44 günlük savaşdan bütün beynəlxalq təşkilat dərs çıxarmalıdır - TƏHLİL

"Ötən il Dağlıq Qarabağda baş verənlər "dondurulmuş" münaqişənin olmadığını bizlərə xatırlatdı. Biz sülhün yaradılması üçün bütün səylərimizi səfərbər etməliyik". Bu fikirləri Avropa parlamentinin prezidenti David Sassoli Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, ötən il Avropa Şurasının iki üzv dövləti arasında müharibə oldu:

"Hər iki ölkə böyük itkilərə məruz qaldı. Bu bizə xatırlatdı ki, heç bir "münaqişə dondurulmuş" qala bilməz. Biz bu halların baş verməməsi üçün sülh naminə bütün səylərimizi səfərbər etməliyik".

Mövzuya münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi-şərhçi Tural İsmayılov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Avropa Şurası 44 günlük Vətən müharibəsi dövründə özündən gözlənilən hansısa siyasi təsir vasitələrindən istifadə etmədi. Politoloq qeyd edib ki, 30 il ərzində Azərbaycan torpaqlarının işğalda qalmasına səssiz qalan Avropa Şurası da daxil olmaqla, Qərbin bir sıra aparıcı beynəlxalq təşkilatları doğru və dürüst mövqe ortaya qoymadılar:

"Avropanın bir sıra nüfuzlu qurumları tərəfindən də qəbul edilən Azərbaycanın ərazi bütövlüyü məsələsində təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar düzgün mövqe sərgiləmədilər. Nəticədə Azərbaycan torpaqları 30 ilə yaxın işğalda qaldı. Eyni zamanda bir milyondan çox qaçqın və məcburi köçkünümüz oldu. Ümumiyyətlə, qaçqınlarımız və məcburi köçkünlərimizlə bağlı da nə beynəlxalq qurumlar, nə də ki, Avropa Şurasının tərkibində bununla məşğul olan beynəlxalq qurumlar hansısa effektiv, əməli addımlar atmadılar. Məhz bu səbəbdən də düşünürəm ki, artıq Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədən sonra Avropa Şurasının üzərinə çox böyük siyasi yük düşür".

T.İsmayılov bildirib ki, beynəlxalq hüququn, haqqın, ədalətin yanında olmadıqca bu kimi beynəlxalq təşkilatlar artıq öz nüfuzlarını itirirlər:

"Bildiyimiz kimi, ötən gün Avropa Şurası Parlament Assambleyasında iclas keçirildi. İclasda minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən Azərbaycana verilməməsi ilə bağlı AŞ PA-nın bəzi millət vəkilləri və Miqrasiya Komitəsinin rəhbərinin açıqlamalarını təqdirəlayiq hesab edirəm. Ancaq orada yenə də erməni təsiri özünü göstərirdi. Çünki AŞ PA-da Ermənistan tərəfindən ələ alınan bəzi adamlar Azərbaycanı saxta şəkildə əsirlər məsələsi ilə bağlı sıxışdırmağa çalışırdı. Bildiyimiz kimi, Azərbaycan Vətən müharibəsində əsir düşən erməniləri artıq geri qaytarıb. 10 noyabr razılaşmasından sonra torpaqlarımıza gələnlər isə təxribatçı, terrorçu diversantlar hesab olunur. Bu baxımdan, Avropa Şurası Parlament Assambleyası birtərəfli şəkildə haqqın, ədalətin yanında yer almalıdır. Və cənab David Sassolinin açıqlamaları fonunda bundan sonra Avropa Şurası və Avropadakı siyasi təşkilatları Azərbaycanın haqq işinə dəstək verməlidir.

Çünki beynəlxalq hüququn, haqqın, ədalətin yanında olmadıqca, istər Avropa Şurası, istər 30 ildir cəmiyyətimiz tərəfindən tənqid edilən ATƏT, istərsə də Avropa Birliyi kimi təşkilatlar öz nüfuzlarını itirirlər. Onlar dünyada heç bir siyasi çəkiyə malik olmadıqlarını bir daha nümayiş etdirirlər".(dia.az)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az