• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
21-04-2021, 10:01

BƏS ÇIXACAQDILAR: Erməni əsgərləri hələ də Xankəndindədir... - NƏ BAŞ VERİR?

BƏS ÇIXACAQDILAR: Erməni əsgərləri hələ də Xankəndindədir... - NƏ BAŞ VERİR?

Qarabağda müddətli hərbi xidmət keçən erməni əsgərlərin valideynləri Ermənistanın hökumət binasının qarşısında yenidən aksiya keçiriblər. Onlar Paşinyanla görüşdə övladlarının xidmət müddətinin azaldılmasını tələb ediblər. Hərbi qulluqçuların valideynləri xidmət müddətinin 6 aya endirilməsini tələb edirlər.

Noyabr ayında imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndinə görə isə Ermənistanın heç bir silahlı qüvvəsi Qarabağda qalmamalı idi. Qarabağda xidmətini davam etdirən hərbçilərin valideynləri noyabrdan bəri Ermənistan hökumətinin və Müdafiə Nazirliyinin binası yaxınlığında vaxtaşırı aksiyalar keçirirlər. Azərbaycanda xidmət edən hərbçilərin valideynləri oğlanlarının erkən tərxis edilməsini tələb edirlər. Bu faktlar bir daha göstərir ki, Ermənistan razılaşmaya əməl etmir, əsgərlərini hələ də Xankəndi və ətraf bölgələrdə saxlamaqda davam edir.

Rusiya sülhməramlılarının təsir zonasında olan erməni silahlıları “arxalı köpək qurd basar” yanaşmasına istinad edərək həyasız davranışlarını davam etdirirlər. Qarabağdakı qondarma rejimin terrorçu nümayəndələri hələ də reallığı qəbul edib, Azərbaycan dövləti içərisində “dövlət” qurmağın mümkünlüyünü anlamaq istəmirlər. Əslində 44 günlük savaşdan sonra döyüş meydanındakı meyitlərini belə, sonadək yığa bilməyən bu terror tör-töküntülərinin revanşist davranışlarını tətikləyənlər var, bu da faktdır. Ancaq günün birində Azərbaycanın müvafiq qurumlarının antiterror əməliyyatı keçirərək terrorun kökünü qazıyacağı getdikcə daha real görünür.

Indiki durumda isə cəzalandırılmayan qanunsuz silahlı birləşmələr qırmızı xətti keçməkdədirlər. Mətbuatda məlumat verildiyi kimi, Qarabağdakı separatçı-terrorçu rejim aprelin 16-da qondarma “hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında qanuna” dəyişiklik edib və müqavilə əsasında hərbi xidmət üçün nəzərdə tutulan 40 yaş həddi 55 yaşa qaldırılıb. 55 yaşa qədər erməni kişi və qadınlar separatçıların “peşəkar ordu” dediyi silahlı qruplaşmalarda əlinə silah alacaq. (Modern.az).

Bu yerdə qeyd edək ki, Rusiya sülhməramlılarının Xankəndində hərbi parada hazırlıq görməsi kimi əcaib qərar da erməni quldur dəstələrini şirnikləndirib.

Qeyd olunur ki, Xocalı hava limanında baş tutan məşqlərə təxminən 400-ə yaxın hərbçi cəlb olunub. Təntənəli keçid məşqlərinə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının əsas hissəsini təşkil edən 15-ci motoatıcı briqadasının şəxsi heyəti cəlb olunub. Bundan əlavə, məşqlərdə humanitar reaksiya mərkəzi, hərbi polis, xüsusi tibb bölməsi, Rusiya sülhməramlı kontingentinin idarə qrupu, həmçinin maddi-texniki təminat bölmələri də iştirak edir. İstisna deyil ki, 9 may günü Xankəndində də erməni terror dəstələri “parad” keçirmək niyyətinə düşsün. Bunun cavabının isə çox sərt şəkildə verilməsi halında hansısa erməni havadarlarının əks-arqumentlə çıxış etməsinə heç bir əsas qalmayacaq. Qeyd edək ki, işğal illərində Qarabağdakı xunta rejimi 9 mayda “qələbə günü”nü qeyd edirdi. Budəfəki cəhd isə “Dəmir yumruq”la cavablandırıla bilər.

Xatırladaq ki, “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının 4-cü bəndində bildirilir: ”Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır".

Növbəti bənddə isə qeyd olunub ki, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Birgə Mərkəzin yaradılmasından tutmuş, digər məsələlərə qədər bəyanatda əksini tapan məsələlər reallaşdırılır, yaxud da reallaşdırılması istiqamətində - kommunikasiyalarla bağlı - addımlar atılır. Ancaq baxmayaraq ki, hətta Ermənistanda hərbçi valideynləri də Qarabağa əsgər göndərilməsinə qarşı çıxırlar və davamlı aksiyalar keçirirlər, Ermənistan hakimiyyəti kapitulyasiya sənədinə imza atmasına baxmayaraq, hoqqabazlığından əl çəkmir. Təsəvvür edin, 10 noyabr sənədinin imzalanmasından bir ay sonra, dekabrın ortalarında Şirak vilayətindən Qarabağa terrorçular göndərən erməni hakimiyyəti indi onları xilas üçün bütün dünya boyunca kampaniya aparır. Üstəlik, beynəlxalq təşkilatlar da erməni terrorizminə dəstək mövqeyindən çıxış edərək onları xilas etmək istəyirlər. Belə olan təqdirdə Qarabağdakı terrorçu dəstələrin neytrallaşdırılmasında onlar çətin ki, maraqlı olsunlar. Xəbər verildiyi kimi, separatçı ermənilər Qarabağdakı rus sülhməramlılarının məsuliyyət zonasına daxil yollarda “yeni nəzarət məntəqələri” yaratmaq niyyətinə düşüblər. Özünü “Qarabağ polis”inin rəisi kimi təqdim edən separatçı Artyom Arutyunyan Şuşa-Xankəndi magistral yolunda, həmçinin Xankəndi-Şuşakənd “nəzarət-keçid məntəqəsi”ndə olub.

İddia edilib ki, Qarabağda Azərbaycan tərəfinin müşahidəsi altına düşən ərazilərin monitorinqinin gücləndirilməsi planlaşdırılır. Bundan əvvəl isə rus sülhməramlılarının yaratdığı şəraitdən istifadə edərək Xankəndinə qayıdan və separatçı fəaliyyətlərini davam etdirən qondarma “daxili işlər naziri” Karen Sarkisyanın əmri ilə Şuşakənd-Dağyurd-Qırmızı Bazar yolu üzərində quraşdırılmış “polis” nəzarət-buraxılış məntəqəsində növbətçilik gücləndirilib. Heç şübhəsiz, Ermənistanın birbaşa dəstəyi ilə həyata keçirilən bu separatçı fəaliyyət 10 noyabr 2020-ci il bəyanatına ziddir və növbəti münaqişə ocağının yaranmasına xidmət edir. Bu isə bölgədə antiterror əməliyyatı keçirmək üçün Azərbaycana əsas verir.

Ancaq belə görünür ki, qarşıdan seçkilər gəldiyi üçün Paşinyan ən azı bu müddətədək silahlıları Ermənistana qaytarmağa risk etməyəcək. Azərbaycan hansı addımlar atmalı, Rusiyadan hansı tələbləri etməlidir? Paşinyan seçkidə qalib gələcəyi halda ordunu geri çağıracaqmı, üçtərəfli anlaşmanın 4-cü bəndi öz həllini tapacaqmı?

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, noyabr razılaşmasına əsasən, Ermənistan ordusu Qarabağdan çıxarılmalı idi: “Görünən odur ki, hələ də az da olsa, Ermənistan ordusu Qarabağda mövcudluğunu qoruyur. Böyük ehtimalla bu, Ermənistanda baş tutacaq seçkilərlə bağlıdır. Azərbaycan tərəfi davamlı olaraq bölgədə baş verən hadisələri Rusiya tərəfi ilə müzakirə edir. Razılaşmanın tam yerinə yetirilməsi üçün zəruri addımlar atır. Hesab edirəm bu məsələ yaxın zamanlarda öz həllini tapacaq və Ermənistan ordusu bölgədən çıxarılacaq”. Millət vəkili əmindir ki, əks halda, “dəmir yumruq” işə düşə bilər: “Ermənistan son baş verənlərdən nəticə çıxarmalıdır. Proses başlayıb, artıq Ermənistan bunun qarşısını almaq iqtidarında deyil”.

QAT sədri Akif Nağı isə “Yeni Müsavat”a bildirdi ki, erməni hərbçilərinin hələ də Qarabağda qalmasına görə əsas məsuliyyət Rusiyanın üzərinə düşür: “Aydındır ki, ermənilər ən ağır məqamda, Azərbaycan Ordusu qarşısında tam darmadağın ərəfəsində Rusiyanın köməyi ilə xilas oldular. Ondan sonra isə artıq xilas olmaq yox, bölgədə mövcudluqlarını qoruyub saxlamaq barədə düşünməyə başladılar. Mövcudluğun əsas atributunu isə hərbi qüvvələr təşkil edir. Biz nəyin bahasına olursa-olsun erməni hərbi birləşmələrinin oradan çıxarılmasına nail olmalıyıq”. A.Nağı bildiri ki, bunun üçün hüquqi baza mövcuddur: “10 noyabr razılaşmasına görə bölgədə yalnız Azərbaycanın hərbi qüvvələri ola bilər, Azərbaycanın nəzarətindən kənar ərazilərdə, azərbaycanlıların və ermənilərin yaşadıqları ərazilərin təmas xəttində isə müvəqqəti olaraq rus hərbi kontingenti yerləşdirilə bilər. İstənilən digər hərbi birlik qanundankənardır, qeyri-qanuni silahlı birləşmə, terrorçu qruplar kimi təqdim edilə və adekvat addımlar atıla bilər. Hüquq bizim tərəfimizdədir, Azərbaycan öz hüququndan, üçtərəfli razılaşmadan istifadə edərək addımlar atmalıdır. Bu razılaşmaya Ermənistan da imza atıb, deməli, əməl etməlidir”. QAT sədri qeyd etdi ki, Ermənistan həmin razılaşmanı kobud şəkildə pozur: “Azərbaycan ilk növbədə hüquqi müstəvidə Rusiyanın qarşısında məsələni qaldırmalı, erməni hərbçilərinin regiondan çıxarılmasına nail olmalıdır. Burada hansısa güzəştə getmək olmaz , ”seçki olsun, sonra baxarıq" bəhanəsinə imkan verilməməlidir. Erməni hərbçiləri elə indi, dərhal çıxarılmalıdır! Onsuz da geçikmişik, sonra onları çıxarmaq mümkün olmayacaq. Rusiya buna razı olmasa, Azərbaycan “yumşaq təzyiq” formasından istifadə etməli, 10 noyabr razılaşmasının şərtlərini əsas tutaraq, heç kəsdən icazə almadan tədricən qoşunlarını Xankəndi istiqamətinə yeritməlidir. Bu, hərbi əməliyyat deyil, dislokasiya yerdəyişməsi kimi təqdim olunmalı və həyata keçirilməlidir. Böyük ehtimalla, Rusiya bu “yumşaq təzyiq”in qarşısında geri çəkiləcək. Çünki başqa yolu yoxdur, yenidən hərbi əməliyyatlar başlanmasında maraqlı deyil. Amma Azərbaycan Rusiyanın digər mümkün reaksiyasına da hazır olmalı, hərbi əməliyyatların bərpa olunması variantını da nəzərə almalıdır". A.Nağı qeyd etdi ki istənilən halda Azərbaycan addımlarını strateji müttəfiqləri olan Türkiyə və Pakistanla məsləhətləşməlidir: “Düşünürəm ki, hər iki dost ölkə ermənilərin Rusiya çətir altında region üçün təhlükə mənbəyi olaraq qalmasından, Rusiyanın razılaşmadankənar hərəkətlərindən narahatdırlar və bu təhlükəli məqamların aradan qaldırılması üçün Azərbaycanla birlikdə hərəkət edəcəklər”.

Münaqişənin həll olunduğu barədə rəsmi Bakının prinsipial mövqeyinə müxalif mövqedə dayanan paytaxtlar, o cümlədən həmsədr ölkələrsə erməni revanşizminin qarşısını almaqdansa, məkrli siyasət yürüdürlər, Qarabağda münaqişə ocağının qalmasında maraqlı olduqlarını nümayiş etdirirlər. Əks təqdirdə, AŞ PA-nın yaz sessiyasında erməni terrorçularının məsələsi gündəmdə yer almaz, yaxud Avropa İttifaqı təmsilçisi İrəvanda separatçıların nümayəndəsi ilə üz-üzə oturmazdı. Məhz belə simasızlardır Qarabağdakı terrorçulara stimul verənlər... Amma onlar 30 il ərzində bənzər oyunlar oynasalar da, Azərbaycan məsələnin böyük hissəsini cəmi 44 günə həll etdi. Unutmasınlar...(dia.az)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az