• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
21-04-2021, 09:53

Ordu indi hücuma yox, müdafiəyə hazırlaşır, neytral zolaq minalanır...

Ordu indi hücuma yox, müdafiəyə hazırlaşır, neytral zolaq minalanır...


Ukrayna ordusu Donbassda indi hücum əməliyyatlarına yox, Rusiyanın mümkün irimiqyaslı müdaxiləsinə qarşı müdafiəyə hazırlaşır. Bu haqda Ukrayna ordusunun təmas xəttində xidmət edən zabitləri strana.ua portalına deyiblər.

Qorlovka yaxınlığında mövqe tutmuş bölmələrdən birinin mayoru bildirib ki, son vaxtlar Donbassda vəziyyət dəyişib. Onun sözlərinə görə, hərbçilərə indi tutduqları mövqeləri möhkəmləndirmək və düşmənin ehtimal olunan hücumuna qarşı tank əleyhinə minalanmış sahələr yaratmaq əmri verilib. Zabit əlavə edib ki, cəmi bir neçə həftə əvvəl ön xətdə hücuma hazırlıq gedirdi, artilleriya və zirehli texnika irəli çəkilirdi.



Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozef Borel Rusiyanın Ukrayna sərhədlərinə 150 mindən artıq canlı qüvvədən ibarət qoşun cəmləşdirdiyini açıqlayıb. Daha əvvəl bu qüvvələrin sayının 90-110 min olduğu bildirilirdi.

Rusiya mart ayının əvvəllərindən etibarən Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsini Kiyevin Donbass üzərində nəzarəti hərbi yolla geri qaytarmaq planları ilə əsaslandırmışdı. Belə ki, Azərbaycan ordusunun Qarabağı azad etməsindən sonra Ukraynada da separatçı bölgələri hərbi yolla geri qaytarmaq barədə müzakirələr başlayıb. “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri ilə silahlanan Ukrayna ordusu Azərbaycan ordusunun döyüş təcrübəsini də istifadə etməklə təlimlər keçirib. Habelə Ukrayna ordusunun təmas xəttinə ordu qüvvələri cəmləşdirməsi haqda xəbərlər yayılıb. Lakin indi Rusiyanın Ukrayna sərhədlərinə böyük miqdarda qüvvə cəmləşdirməsi Kiyevi və ona dəstək verən Qərbi daha ehtiyatlı davranmağa məcbur edib. Bir gün əvvəl prezident Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinə Donbassda görüşməyi təklif edib.



Ukrayna ordusunun mayoru onu da bildirib ki, hazırda onlar neytral zonanı, yolları və hətta döyüş mövqelərini minalayırlar. Bu, Rusiya ordusunun hücum edəcəyi halda qoşunların ikinci və daha möhkəmləndirilmiş müdafiə xəttinə çəkilməsini təmin etməkdir.

Digər zabit isə bildirib ki, ukraynalı hərbçilər Krımla sərhədləri də möhkəmləndirirlər. Onun sözlərinə görə, Luqansk istiqamətinə rotasiya üçün göndərilən bölmələr indi Krım istiqamətinə göndərilir.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba isə bəyan edib ki, Kiyevin Donbassda hücuma başlamaq niyyəti yoxdur. “Yox, Ukrayna Donbassdakı münaqişəni həll etmək üçün heç bir hücum, heç bir hərbi eskalasiya və ya təxribatçı addıma hazırlaşmır”,-nazir deyib.

Təmas xəttində isə gərginlik qalmaqdadır, tərəflər bir-birlərinin mövqelərinə ara-sıra minomyot və artilleriya zərbələri endirirlər. Rusiya isə sərhədə qoşun cəmləşdirməkdə və təlimlər keçirməkdə davam edir. (Virtualaz.org)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az