• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
21-04-2021, 09:16

Yəhudilərin bilmədiyiniz XÜSUSİYYƏTLƏRİ: onların daim əməl etdiyi 3 MƏQAM - FOTO

Yəhudilərin bilmədiyiniz XÜSUSİYYƏTLƏRİ: onların daim əməl etdiyi 3 MƏQAM - FOTO

Məlumdur ki, qədim yəhudilər Misirdən çıxdıqdan sonra Müqəddəs Torpaqlara (indiki İsrail) tərəf üz tuturlar. Bu tarixi çox adam oxuyub, bilir. Amma o ərəfələrdə onların həyat tərzini necə təsəvvür etmək olar? Məişət necə tənzimlənirdi? Axı dövlət yox, şəhər yox, qəsəbə yox, hakim yox.

Nyus.Az qədim yəhudilərin məişət həyatından bəhs edən kiçik araşdırmanı təqdim edir:

Peyğəmbərlərin kitablarında o dövrün məişət həyatına lap az rast gəlinir. Bəs arxeologiya bizə bu işdə kömək edə bilərmi? Arxeoloqların fikirləri bir nəçə məqamda Müqəddəs Kitabın mətni ilə eynidir: "Əvvəlcə yəhudilər üç dağlıq ərazidə - Yehuda, Samariya və İordan çayının vadisində məskunlaşıblar".



Arxeoloji tədqiqatlar göstərir ki, e.ə. XV əsrdə bu dağlara yaxın ərazilərdə qəsəbə və şəhərlər olub. Lakin sonradan nə baş verdiyi bilinmir, belə ki, əksər qəsəbə və şəhərlər dağıdılıb, əhalisi isə yoxa çıxıb. Musanın yəhudiləri məhz bu ərazilərə gətirdiyi bildirilir. Yalnız dəniz qırağında müəyyən qədər Xanaanlar (Kənan - ərəb.) adlı tayfa yaşayırdı.

Qazıntılardan məlum olub ki, Yehuda və Samariyaətrafı ərazilər donuz sümüklərinin tapılmadığı bir ərazidir. Adətən Xanaan tayfalarının yaşayış məskənlərinin qazıntısı zamanı donuz sümükləri digər tapıntıların demək olar ki, 1/5-ni təşkil edirdi. Lakin burada bir dənə də olsun donuz sümüyü aşkar edilməyib. Nəzərə alınıb ki, yəhudilərdə İslamda olduğu kimi donuz əti qadağandır və ikinci fakt olaraq, qalıqları tapılmış qab isə, neçə əsr sonra qədim yəhudi şəhər və qəsəbələrində aparılan tədqiqatlar zamanı tapılan qablarla eyni dizayna məxsus idi. Belə çıxır ki, Misirdən çıxan yəhudilər ilk olaraq məhz bu dağətəyi ərazilərdə yaşayıblar.



Onların evlərinin quruluşu demək olar ki, hamısı standart idi. Evə daxil olarkən, öncə açıq həyətə düşürdülər. Həyətdə adətən iki uzun otaq olurdu. Biri mətbəx, digəri qadınların işləməsi üçün yer - toxuculuq, ev işləri üçün keramik qabların düzəldilməsi və s. Çörək bişirmək üçün yer bəzən açıq havada, amma adətən ayrıca otaqda olurdu. Bir qədər dərində isə yataq otağı yerləşirdi.

Arxeoloqlar aşkar edir ki, evləri bütöv formada tikmirdilər - yəni 1 otaqdan digərinə keçmək mümkün olmurdu. Bu, imkan verirdi ki, o dövrün başqa tayfalarının evlərindən kəskin fərqlənsin.



Evlərin döşəməsi bir qayda olaraq torpaqdan idi. Evlərdə əsas alət daşdan olan çəkicə bənzər bir alət idi, onunla zaman-zaman torpağı döyəcləyib, pressləyirdilər. Otaqların çardağında meyvələr qurudur, şərab və yağ çəlləkləri saxlayırdılar. Həyətin kənarlarında dairəvi divar hörülürdü, amma divar hündür deyildi, görünür qorunmaq məqsədilə yox, məhz ev heyvanlarının gecə qaçmaması üçün nəzərdə tutulmuşdu.

Maraqlıdır ki, keçid dövrü yəhudilərinin evlərinin heç biri varlı-kasıb təbəqəsini tərənnüm etmir. Görünür, bütün evlərin eyni dizaynda olması yəhudi əcdadları üçün çox vacib olub, çünki uzun zaman - vavilonların hücumuna qədər fərqlənmə olmayıb. Sonradan çarlıq dövrünə aid qazıntılarda biz təbii ki, böyük, kiçik, varlı və kasıb evləri görə bilirik.



Eyni zamanda Yəhudi səhrasının yaxınlığında arxeoloqlar balaca ferma aşkar edirlər. Ferma eramızdan əvvəl VII-VIII əsrlərə aiddir.

Yazılanlardan, yaxud arxeoloji ərazidə təpənin üstündə dayanıb, seyr edərək onların həyat tərzini az da olsa təsəvvür etmək mümkündür.(milli.az)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az