• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
16-04-2021, 09:40

Azərbaycanda vətəndaşlıq almaq problemi - ağlagəlməz səbəblər

Azərbaycanda vətəndaşlıq almaq problemi - ağlagəlməz səbəblər

Bir çox dövlətlər ölkəsini iqtisadi mərkəzə, beyin mərkəzinə çevirmək, investisiya axınını təmin etmək üçün xarici vətəndaşlara asanlıqla vətəndaşlıq verirlər. Azərbaycanda isə əksinə, vətəndaşlıq almaq xeyli çətindir. Elə ölkələr var ki, müəyyən qədər investisiya yatırmaq və ya bir mülk almaq vətəndaşlıq üçün kifayət edir. Azərbaycandan vətəndaşlıq alanların sayı isə xeyli azdır. İddialara görə, qanunlarda xeyli süni əngəllər var. Belə ki, hətta həyat yoldaşı, övladları Azərbaycan vətəndaşı olan şəxslər var ki, onlar da vətəndaşlıq ala bilmirlər. Son statistikaya nəzər salsaq, bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 395 nəfər gəlib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Verilən məlumata görə, Azərbaycandan gedən 47 nəfər qeydə alınıb. Miqrasiya saldosu ölkə üzrə müsbət 348 nəfər təşkil edib.

Niyə Azərbaycan vətəndaşlığının verilməsi bu qədər çətindir?

“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, Azərbaycan vətəndaşlıq verməkdə mühafizəkar bir dövlətdir: “Vətəndaşlıq məsuliyyəti əsasən ölkədə doğulmaq və ya valideynlərin vətəndaşlığı meyarlarına görə həll olunur, ya da bu meyarların birlikdə tətbiq olunması ilə. Ancaq təbii ki, bütün ölkələrin qanunlarında sonradan da vətəndaşlığın qəbul edilməsi məsələsi var. Buna naturalizasiya deyilir. Bu da müxtəlif meyarlarla ola bilər. Onun tərkib hissələrindən biri investisiya vətəndaşlığıdır. Yəni ölkə iqtisadiyyatına müəyyən qədər pul qoymaq və ya həmin ölkədə hansısa əmlakı almaqla vətəndaşlıq almaq mümkün olur. Azərbaycan Respublikasının qanunvericiliyində naturalizasiya məsələsi bütövlükdə var. Azərbaycan Respublikasının Prezidenti xarici vətəndaşları və ya ümumiyyətlə, vətəndaşlığı olmayan şəxsləri vətəndaşlığa qəbul edə bilər. Bizim vətəndaşlıq haqqında qanunumuz tələbləri müəyyənləşdirib ki, həmin şəxs hansı tələblərə cavab verməlidir, nə qədər müddət ölkədə yaşamalıdır, Azərbaycan dilini bilməlidir və sair. Əlbəttə, heç də bu tələblərə cavab verən hər kəsə vətəndaşlıq verilmir. Bu şərtlərin içində isə ölkəyə investisiya qoymaq məsələsi yoxdur. Bizdə bu məsələ dövlət başçısının səlahiyyətinə verilib, o, istədiyi şəxsi vətəndaşlığa qəbul edə bilər. Bu, ən mühafizəkar yanaşmalardan biridir, tarixən dövlətlər bu məsələyə belə yanaşıb. Gənc dövlət olduğumuz üçün bizdə də hələlik bu meyar qalıb”.

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Əkrəm Həsənov

Ə.Həsənovun sözlərinə görə, bu həm də ölkəmizin müharibə şəraitində olması ilə bağlıdır: “Ölkəyə pul yatıran hər kəsi vətəndaşlığa qəbul etmək dövlət təhlükəsizliyi baxımından narahatlıq doğura bilərdi. Mən hesab edirəm ki, bu məsələni də həll etmək mümkündür. Qanunda bunu hansısa formada məhdudlaşdırmaq olardı. Bu gün artıq müharibə bitib, torpaqlarımız azad olunub. Torpaqlarımızın hamısı, o cümlədən Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndi də Azərbaycan ərazisidir, bunu Rusiya da tanıyır. Hazırda orada Azərbaycan dövlətinə tabe olmaq istəməyən separatçılar var və bu məsələ də tezliklə həllini tapacaq. Hesab edirəm ki, biz bu məsələyə yenidən baxa bilərik”.

Hüquqşünas burada Azərbaycanın qəbul etmədiyi ikili vətəndaşlıq məsələsinin də önəmli olduğunu vurğuladı: “Burada bir məqamı da nəzərə almalıyıq ki, investisiya vətəndaşlığı proqramını həyata keçirən ölkələr həm də ikili vətəndaşlığı tanıyırlar. İnvestora demirlər ki, bizim ölkənin vətəndaşlığını almaq istəyirsənsə, ilk növbədə get, öz ölkənin vətəndaşlığından çıx. Biz də ilk növbədə bunu müəyyən etməliyik ki, ikili vətəndaşlıq məsələsinə hazırıq, yoxsa yox. Bu isə artıq siyasi məsələdir, təhlükəsizlik məsələsidir. Üstəlik, bunu etməsək, kimlərinsə öz ölkəsinin vətəndaşlığından çıxaraq gəlib bizim vətəndaşlığımızı qəbul etməsi nadir hallarda olacaq”.

Əkrəm Həsənov hesab edir ki, investorun inamını qazanmaq üçün oyun qaydaları konkret olmalı və öncədən bəyan edilməlidir: “Bir çox ölkələrdə olduğu kimi bizdə də bu məsələ üçpilləlidir. Əvvəlcə 1 illik müvəqqəti yaşayış hüququ alırsan, sonra artırıla bilər. Daha sonra daimi yaşayış hüququ almaq olar. Bizdə müvəqqəti yaşayış hüququ almaq üçün meyarlardan biri də şəxsin 500 min dollar investisiya yatırmasıdır. Ancaq real danışsaq, kim gəlib 500 min dollar vəsait qoyacaq ki, Azərbaycanda müvəqqəti yaşamaq üçün icazəni illik alsın. Hələ o da bəlli deyil ki, sonra daimi yaşayış hüququ və vətəndaşlıq ala biləcəkmi... Xarici ölkələr bunu edərkən konkret oyun qaydalarını deyirlər, vətəndaşlıq veriləcəyinə söz verirlər. Bizdə isə sadəcə, müvəqqəti yaşamaq üçün icazə verilir, sonrakı prosesə isə hələ baxılacağı deyilir. O baxımdan oyun qaydalarını konkretləşdirməliyik. Qaydalar dəqiq olmalıdır ki, xarici investor zamanı gəlincə məhkəmə qaydasında vətəndaşlığını təmin edə bilsin. Həmin şəxslərə bu da bildirilməlidir ki, biz ikili vətəndaşlığı tanımırıq və başqa ölkənin vətəndaşlığını qəbul edən şəxs avtomatik Azərbaycan vətəndaşlığını itirir”.

İqtisadçı ekspert onu da bildirdi ki, Azərbaycan hökuməti bu məsələnin risklərini və faydalarını müqayisə edərək qərar verməli, qaydaları müəyyən edərkən rəqabət faktorunu unutmamalıdır: “Artıq bu məsələyə kompleks yanaşmalıyıq, müharibə bitib, vəziyyət dəyişib, bu məsələyə yenidən baxmalıyıq. Ölkəyə investisiya qoyanlara ilkin mərhələdə müvəqqəti yaşamaq, sonra daimi yaşamaq hüququ, daha sonra vətəndaşlıq verməliyik. Bunu da əvvəlcədən bəyan etməliyik və vətəndaşlıq almaq çox uzun müddətə baş verməməlidir. Bu məsələdə rəqabət var, biz özümüzü AB ölkələri ilə bir tuta bilmərik. Bu çərçivədə ikili vətəndaşlığı da tanımalı və öncədən bəyan etməliyik. İkili vətəndaşlığa nə dərəcədə hazır olmağımız isə siyasi məsələdir və müzakirə olunmalıdır. Şəxsən mən ikili vətəndaşlıq məsələsində bir problem görmürəm. hesab edirəm ki, dövlətimiz kifayət qədər güclüdür və öz maraqlarını müdafiə edə bilir. Elə bir təhlükə olmayacaq, əksər hallarda bunu istəyənlər elə Azərbaycan mənşəli şəxslər olacaq.

Əlbəttə, bu məsələdə bizim bilmədiyimiz, görmədiyimiz problemlər də meydana çıxa bilər. Çünki qonşularımız arasında bizi sevməyən təkcə Ermənistan deyil. Kimlərsə gəlib kütləvi şəkildə bizim vətəndaşlığı əldə edə bilərlər və seçkilərdə, digər məqamlarda təsir imkanı əldə edərlər. Bunları da unutmamalıyıq. Ümumilikdə isə yalnız Gürcüstan azərbaycanlıları kütləvi şəkildə bizim ölkənin vətəndaşlığını qəbul etmək istəyərlər. Ancaq biz azərbaycanlıların Gürcüstandan kütləvi olaraq getməsini istəyirikmi? O baxımdan bu məsələdə bizim bilmədiyimiz məqamlar da ola bilər. Müəyyən çərçivələr qoymaqla bunu tətbiq edib təcrübədən keçirmək olar və hansısa təhlükə yaranarsa, ölkələrin bundan bizə qarşı sui-istifadə etdiyini görsək, dərhal dayandırmaq da olar".
"Yeni Müsavat"

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az