• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
13-04-2021, 10:47

Sarbonna təhsilli İnam Kərimovun nazirliyində korrupsiyada “məhsuldarlıq” - Yarımadıq...

Sarbonna təhsilli İnam Kərimovun nazirliyində korrupsiyada “məhsuldarlıq” - Yarımadıq...

Qalstuksuz, ayaqqabısı palçıqlı, qucağında quzu tutan, xalqa Fransanın Sarbonna universitetində magistr təhsili almış, Qərb dünyagörüşünə malik, islahatçı, gənc kadr kimi təqdim olunan Kənd Təsərrüfatı naziri İnam Kərimov haqda bütün bu xarakteristika, mədhiyyələr demə, sabun köpüyü imiş.
Əslində bu gənc nazirin içində qarnıyekə, boynuyoğun tipik korrupsioner məmur, köhnə nomenklaturanın yolu ilə gedən çinovnik mahiyyəti gizlənibmiş.
KTN rəhbərliyinə gəldiyi ilk günlərdə pozitiv bir təəssürat doğuran, aqrar sektorda innovativ idarəçilik quracağı gözlənən, İsmət Abbasov və Heydər Əsədov dövründən qalan problemlərin aradan qaldıracağı proqnozlaşdırılan İ.Kərimov gənc və islahatçı nazir reputasiyasını alt-üst etdi.
Anaxeber.info-nun verdiyi məlumata görə, bu yaxınlarda Ümid Partiyasının sədri İqbal Ağazadənin səsləndirdiyi tənqid və ittihamlar da aqrar sahədə hansı biabırçılıqların davam etdiyini ortaya qoydu.
O, Kənd Təsərrüfatı Nazirliyində hansı maxinasiyalar olduğunu açıqlayıb. Partiya lideri bildirib ki, damazlıq heyvan, kənd təsərrüfatı texnikası və gübrənin qiymətini şişirdərək pul mənimsənilir.
İ.Ağazadənin sözlərinə görə, Gəncədə istehsal olunan Belarus traktorları sahibkarlara 82 500 manata verilir, yəni 49 min dollara: “Həmin məbləğin 40 faizini dövlət, qalanını isə fermer verir.
Traktorun bazar qiyməti 29 min dollardır. Gübrənin bir kisəsi bazarda 18-20 manatdır, amma bunlar 50 manatdan sənədləşdirirlər. Kimlərin monopoliyasındadır?”
Partiya lideri bildirib ki, KTN böyük rüşvət və korrupsiyanın içindədir, Baş prokuror Kamran Əliyevə müraciət ediləcək.
İ.Ağazadə siyasi çıxışları ilə seçilən, hakimiyyətin idarəçiliyini sistemli tənqid edən, fərd-fərd deyil, bütövlükdə idarəetmə modelini tənqid atəşinə tutan partiya sədridir.
Yəni, o, nadir hallarda ayrı-ayrı qurumları, nazirlikləri ayrıca tənqid edir. Amma görün KTN-də vəziyyət hansı həddə çatıb ki, İ.Ağazadə dilə gəlib.
Onun dediklərindən aydın olur ki, İ.Kərimovun Sarbonnada təhsil alması belə idarəçilikdə hər hansı müsbət nəticəyə gətirib çıxarmayıb. Sadəcə, gedib qalstuklu korrupsioner, yerinə gəlib xarici təhsillisi...Bu, kosmetik dəyişiklikdən başqa bir mahiyyət daşımır.
Çünki İnam Kərimov nə adına, nə imicinə yaraşmayan işlərlə məşğul olmaqda ittiham edilir. Onun damazlıq heyvan, kənd təsərrüfatı texnikası və gübrənin qiymətini şişirdərək yeyintilərə yol verməsi başqalarından fərqləndirmir.
Ümumiyyətlə, İ.Kərimovun nazir təyinatından sonra aqrar sahədə əsaslı dəyişikliklər nəzərə çarpmır. Nə fermerlərin problemləri həllini tapıb, nə subsidiyaların verilməsində irəliləyiş var, nə bazarda məhsuldarlıq, bolluq müşahidə olunur, nə də ucuzlaşma...
Hesablama Palatasının 2020-ci ildəki fəaliyyətinə dair hesabatından aydın olur ki, KTN strukturlarında xüsusilə dövlət vəsaitlərinin xərclənməsi sahəsində mühüm problemlər qalmaqdadır.
Anaxeber.info yazır ki, son aylarda gübrələrin, biohumus və pestisidlərin alınmasında fermerlərin böyük problemlərlə üzləşdiyi bildirilir. Fermerlər bu məhsulları istədikləri, daha doğrusu, onlara sərf edən satıcılardan deyil, KTN-in siyahısında olan satıcılardan almağa məcbur edilirlər.
Gübrələrin, biohumus və pestisidləri fermerlər dövlətin onlara verdiyi aqrar subsidiyanın nağdlaşdırılması mümkün olmayan 75 faizi ilə almalıdılar.
Bunun üçün KTN-in siyahısında olan satış mağazalarında xüsusi aparatlar qoyulub, subsidiya kartları yalnız həmin aparatlar vasitəsilə oxunur.
Nəticədə fermerlər bu məhsulları bir çox hallarda daha ucuz satandan deyil, nazirliyin tələb etdiyi bahalı mağazalardan almalı olurlar.
KTN sistemindəki ciddi problemlər sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olmaqdadır. İqtisadçı-alim Qubad İbadoğlunun sosial hesabından paylaşdığı bir rəy diqqəti cəlb edir.
O, Şəkinin Bideyz kəndində yerləşən qurumuş çay yatağında fındıq bağının salınması faktına diqqət çəkib: “Kənd təsərrüfatı naziri İnam Kərimov bu daşlıqda salınmış intensiv fındıq bağının açılışını edib.
Şəkildən də göründüyü kimi, burada torpaq deyilən bir şey yoxdur, yalnız irili-xırdalı daşlardır. Şəkildəki çay yatağında bir yox, min damcılı suvarma sistemi qur, faydası olmaz, orda olsa-olsa kol-kos bitər.
Bəs, o zaman belə yerdə bağ salmağın hansı üstünlükləri var? Üstünlüklərini yox, ancaq bu bağı salan məmurların dövlət büdcəsindən nə qədər əvəzsiz subsidiya alacağını deyə bilərik.
İ.Kərimovun komandası, kadr təyinatları da Ramiz Mehdiyevsayağı səciyyə daşıyır. Özünə yaxın adamları yüksək vəzifələrə daşıyan nazirin Fransada gördükləri dünyagörüşünə təsir etməyib. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyevin nazirliyin aparat rəhbəri vəzifəsinə təyinatını götürək.
Əslən Biləsuvardan olan yeni aparat rəhbəri nazir İnam Kərimovun həyat yoldaşının qohumudur. Başqa, izahata ehtiyac varmı?
O, 2016-2018-ci illərdə Biləsuvarda Kənd Təsərrüfatı İdarəsinin rəisi olub. İ..Kərimov 21 aprel 2018-ci ildə KTN rəhbəri təyin olunandan cəmi 4 ay sonra bu qohumunu da rayondan birbaşa KTN-nin aparatına - Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsinə gətirib.
Eyni zamanda ASAN Xidmətdə rəhbər olduğu dönəmdə özünə yaxın kadrları KTN-ə gətirib. Bununla fermer necə ağ günə çıxsın? Bu idarəçiliklə aqrar sektorda biz fərqli nə görə bilərik?
Anaxeber.info

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az