• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
5-04-2021, 10:42

"Əvvəl təkcə həkimə pul verirdik, indi həm sığortaya pul ödəyirik, həm həkim pul alır..." - NƏ BAŞ VERİR?

"Əvvəl təkcə həkimə pul verirdik, indi həm sığortaya pul ödəyirik, həm həkim pul alır..." - NƏ BAŞ VERİR?

Aprelin 1-dən İcbari tibbi sığortanın Azərbaycanın bütün ərazisində tətbiq edilməyə başlandığı açıqlandı. Rəsmi məlumata görə, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda da rəsmi qeydiyyatda olan əhali də artıq İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.

Əhali hansı xidmətlərdən istifadə edə biləcək? Sistem necə işləyəcək? Hər vətəndaş sığorta hesabına Xidmətlər Zərfinə aid tibbi xidmətlərdən yararlana biləcəkmi? Həkimlərə ödənilən əməkhaqqı onları qane edəcəkmi?

«Əvvəl təkcə həkimə pul verirdik, indi...”

Yevlax rayonunda yaşayan Q.İ. AzadlıqRadiosuna deyir ki, İcbari tibbi sığorta haqqı əməkhaqqından çıxılsa da bunun bir xeyri yoxdur:

«Əvvəl təkcə həkimə pul verirdik, indi həm sığortaya pul ödəyirik, həm həkim pul alır”

Onun deməsinə görə, xidmət keyfiyyəti isə aşağıdır. Elə bəzi həkimlər də icbari tibbi sığorta sistemindən o qədər də razı deyil.

Bakıda yerləşən dövlət tibb müəssisələrinin birində çalışan E.T. isə AzadlıqRadiosuna həkimlərə təyin olunan əməkhaqqının qənaətbəxş olmadığını deyir:

“1500 manat dəyər qoyulan əməliyyatdan...”

«Həkim sanitar işlərinə baxan işçisi ilə az qala eyni maaşı alır. 1500 manat dəyər qoyulan əməliyyatdan cərraha 150 manat bonus veriləcək. Birincisi, bu əməliyyatı hər cərrah bacarmır, ikincisi isə bacaran cərrah nə qədər uzun zaman bu bonusa qatlanıb işləyər?».

Həkim əlavə edir ki, sistemə düzəlişlər edilməlidir, əks halda sistem işləməyəcək:

«Ona görə əksər mütəxəssislər dövlət xəstəxanasından çıxaraq özəl klinikalara işə düzəlirlər. Maaş düzəlməsə vəziyyət pis olacaq».

Rəsmi qurumlar isə səslənən tənqidləri haqlı saymırlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi-ndən “Turan” İnformasiya Agentliyinə bildirilib ki, bütün vətəndaşlar üçün dövlət büdcəsinin vəsaiti hesabına illik icbari tibbi sığorta haqqı ayrılır:

"Heç bir yerdə...”

«Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək İcbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər».

Qurumdan vurğulanıb ki, Xidmətlər Zərfinə ilkin səhiyyə, təcili, təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator yardım, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir:

«Xidmətlər Zərfi ilə müəyyən edilmiş bütün tibbi xidmətlər Azərbaycan vətəndaşlarına ödənişsiz təqdim olunur. İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəzdindəki tibb müəssisələrində göstərilir. Xidmətlər Zərfinə daxil olan hər hansı tibbi xidmətin dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmadığı halda vətəndaşın Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində həmin tibbi xidməti əldə etməsi təmin olunur».

Agentlikdən qeyd olunub ki, Xidmətlər Zərfindən yararlanmaq üçün vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, ilk növbədə ailə həkiminə müraciət etməlidir: «Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsi qeydiyyatçıya təqdim edilməlidir».

“Vahid Tarif Sorğu Kitabçası əsasında...”

Qurumdan bildirilib ki, səhiyyə işçilərinin aylıq vəzifə maaşı əmək stajı və xidməti fəaliyyətinin qiymətləndirilməsi nəzərə alınmaqla Vahid Tarif Sorğu Kitabçası əsasında 18 dərəcə üzrə müəyyən edilir:

«Bundan başqa həkimlər üçün sabit və ya xidmətə görə həvəsləndirici əlavələr də nəzərdə tutulub».

Agentlikdən vurğulanıb ki, Cərrahiyyə şöbəsində, Ginekologiya doğum şöbəsində çalışan həkimlərə tibbi xidmət üçün təsdiq edilmiş tarifdən inzibati xərclər çıxıldıqdan sonra hesablanan məbləğin 20 faizi həcmində mükafat verilir:

“350 manatdan həkimə çatacaq 20 faiz isə təqribi 70 manat edir»

«Məsələn, mədədən yad cisim çıxarılması əməliyyatının dəyəri əlavə dəyər vergisi (ƏDV) daxil olmadan 500 manatdır. Agentlik bu əməliyyatı həyata keçirmiş tibb müəssisəsinə 18 faiz ƏDV də daxil olmaqla 590 manat pul ödəyir. Əməliyyatı həyata keçirmiş həkimin mükafatı bu qaydada hesablanıb: 500 manatdan təqribi 30 faiz tibbi sərfiyyat çıxılır və nəticədə 350 manat qalır. 350 manatdan həkimə çatacaq 20 faiz isə təqribi 70 manat edir».

Qeyd olunub ki, sağlamlıq üçün təhlükəli, ağır əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər ay vəzifə maaşının 15 faizi, xüsusilə təhlükəli, xüsusilə ağır əmək şəraiti üçün 20 faizi, insanın immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli əmək şəraiti ilə bağlı isə 60 faizi miqdarında əlavə haqq verilir:

«Kənd və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan və sabit həvəsləndirici əlavələr ödənilən həkimlərə eyni zamanda sabit əlavələr də ödənilir».

Qurumdan əlavə olunub ki, tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində gecə işlərinə cəlb edilən həkimlərə işin hər saatına görə, saatlıq vəzifə maaşının 50 faizi, digər işçilərinə isə vəzifə maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir.

İqtisadçı ekspert Azər Mehdiyev isə AzadlıqRadiosuna bildirib ki, tibbi sığortanın bütün ölkə boyu tətbiqinə 2019-cu ildə keçiriləcəyi söylənilsə də, bu ancaq 2021-ci il aprelin 1-də baş tutub.

Ekspert hesab edir ki, İcbari tibbi sığorta sistemin etimad qazana bilməsi onun əhaliyə hansı səviyyədə xidmət göstərməsindən asılıdır:

«Digər tərəfdən isə burada pasientlərin hüquqlarının qorunması kimi məsələ var. İndi belədir ki, xəstə həkimin qəbuluna gedir, həkim müayinələr, dərmanlar yazır, pasient bunun nə dərəcədə lazımlı olduğunu bilmir. Amma tibbi slğorta tətbiq olunduqda müalicə effekt vermədikdə həkim sorğulana bilir, yalnız müalicə özünü doğrultduqda ödəniş edilir».

Azər Mehtiyevin fikrincə, bu sahədə bəzi idarələrin toqquşan maraqları var: «Odur ki, bu sahə üzrə idarəçilikdə tibb siyasəti, tibbi sığorta haqqını ödəmə, müalicənin keyfiyyətinə nəzarət fərqli qurumlarda olmalıdır».

“İcbari tibbi sığorta sisteminin korrupsiyanın qarşısını ala bilməsi mümkündür”
İqtisadçı qeyd edib ki, İcbari tibbi sığorta sisteminin korrupsiyanın qarşısını ala bilməsi mümkündür: «Amma bunun üçün ictimai nəzarət sistemi qurulmalıdır. Burada medianın, vətəndaş cəmiyyəti institutlarının iştirakı ola bilər, amma indiki halda belə nəzarətin təşkilinə maraq göstərilməsi inandırıcı görünmür».

Azər Mehdiyev hesab edir ki, bu sistemin fəaliyyətini dəyərləndirə bilmək üçün ilk növbədə düzgün qiymətləndirmə sistemi qurulmalıdır.

«Eyni zamanda mən sovet dönəmindən qalma xəstəxanalardan elə yüksək nəticələri gözləmirəm».

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev isə “Turan” Agentliyinə deyib ki, İcbari tibbi sığorta sistemin ölkədə tədbiqi pozitiv hal olsa da, sistemin həkimlər üçün nə dərəcədə uğurlu olub-olmamasını müəyyənləşdirmək üçün 1-2 ay keçməlidir:

«Düzdür, rəsmi şəkildə həkimlərin əməkhaqqları artıb və təxminən 300 manat civarındadır. Amma biz hamımız bilirik ki, nə həkim o maaşla dolanmır nə də başqa bir peşə sahibi. Fəhlə gəlib adamın həyətində işləyəndə günü 20 manata işləyir, bu da ayda 600 manat edir».

“Korrupsiya, rüşvət və digər problemləri həll etmək istəyi varsa,...”

Həkim qeyd edib ki, həqiqətən də korrupsiya, rüşvət və digər problemləri həll etmək istəyi varsa, aidiyyatlı qurumlar həkimlərin qeyri-rəsmi aylıq gəlirlərini hesablayıb ortalama bir rəqəm çıxartmalıdır və İcbari tibbi sığorta sistemi ilə çalışan həkimlərin əməkhaqqını buna uyğunlaşdırmalıdılar:

«Həkim indiyədək 2-3 min manat qazanırdısa o öz büdcəsini buna uyğun formalaşdırıb və sabah onun gəlirləri azalanda o, sıxıntı ilə yaşayacaq. Yolları axtaracaq ki, əvvəlki gəlirləri kompensasiya eləsin, özəl xəstəxanalara və ya digər ölkələrə üz tutacaq».

Ekspertin fikrincə, həkimin gəliri qənaətbəxş olmasa, onun göstərdiyi tibbi xidmətlərin keyfiyyəti də avtomatik olaraq aşağı düşür.

«O zaman xəstələr üz tutacaq özəl xəstəxanalara və əvvəlki sistemə qayıtma baş verəcək».

Xatırlatma

Azərbaycanda "Tibbi sığorta haqqında" Qanun 22 il əvvəl qəbul edilib. Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam vermişdi. İ.Əliyev bir də ondan 9 il sonra -2016-ci il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq etmişdi. 2017-ci ildən Azərbaycanın bir neçə rayonunda icbari sığorta pilot layihələr kimi yerinə yetirilir. 2020-ci ilin əvvəlində də prosesin mərhələli şəkildə il ərzində başa çatacağı açıqlanmışdı.(did.az)

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az