• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
2-04-2018, 12:19

Qarabağ müharibəsinin veteranını küçəyə atırlar

Qarabağ müharibəsinin veteranını küçəyə atırlar

Oruc Əhmədov: "Məhkəmələr də bu qanunsuzluğa "hüquqi don" geyindirir

Qarabağ müharibəsinin veteranı Əhmədov Oruc Əhməd oğlunu və onun ailə üzvlərini işdən çıxartdıqdan sonra 10 ildən artıq yaşadıqları xidməti mənzilindən bayıra atıblar. Özü də qanunla nəzərdə tutulmuş qaydaya - yəni mənzillə təmin olunmaq hüququna məhəl belə qoymadan. Məhkəmə çəkişmələri müstəvisində "uduzdurulduğunu" söyləyən veteran son anda Azərbaycan Respublikasınınn Prezidenti İlham Əliyev cənablarına və digər icra strukturlarına, hüquq-mühafizə orqanlarının rəhbərlırinə müraciət etmək qərarına gəlib. Bir surəti də kütləvi informasiya vasitələrinə ünvanlanan müraciətdə Oruc Əhmədov bütün başına gələnləri və keçmiş iş yeri olan AMEA-nın N.Tusi adına Astrofizika Rəsədxanasında baş verənləri ictimailəşdirməyə məcbur olduğunu deyir.
Qarabaq veteranı Oruc Əhmədovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Pzayevə, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadəyə ünvanladığı müraciətdə onun, həyat yoldaşı Əhmədova Gülnarə Sərxan qızının əvvəlcə AMEA-nın N.Tusi adına Astrofizika Rəsədxanasındakı işlərindən, ardınca ikisi azyaşlı olmaqla 3 uşağı ilə birlikdə onlara 10 ildən artıq müddətdə verilmiş xidməti mənzildən çıxarılması ilə bağlı iddialardan və məhkəmə instansiyalarının da bu iddialara müvafiq qərarlarından şikayət edib. Rəsədxananın yeni rəhbərliyinin onlarla hansısa "səbəbdən" işləmək istəmədiyini söyləyən O.Əhmədov xidməti mənzillərdən çıxmalarının qanunamüvafiq şəkildə baş verməsini istəyir. Belə ki, onun və hüquqlarını müdafiə edən vəkil Akif Əliyevin bildirdiyinə görə, Qarabağ veteranı olan O.Əhmədovun və onun ailəsinin xidməti mənzildən küçəyə atılması üçün hüquqi əsas yoxdur. Çünki Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə, konkret olaraq 105-ci maddəsinə əsasən bir sıra şəxslərə, o cümlədən xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslərə digər yaşayış sahəsi verilmədən onlar xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər.
Lakin Şamaxı Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı AMEA-nın N.Tusi adına Astrofizika Rəsədxanasının, Əhmədov Oruc Əhməd oğluna, Əhmədova Gülnarə Sərxan qızına və Əhmədli Əli Oruc oğluna qarşı “xidməti yaşayış sahəsindən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi təmin edilmişdir.. Nəhayət, işə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış, bu instansiyada da 06 mart 2018-ci il tarixli Qərarla Oruc Əhmədovun iddiası təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Oruc Əhmədov bildirir ki, məhkəmələr hansısa "gizli bir əlin" təsiri altında bu iddiaları təmin edib, Mənzil Məcəlləsinin yuxarıda qeyd etdiyimiz konkret tələbini isə bir kənara atıblar. Əks təqdirdə ən azı onun və iki azyaşlı uşaqlı ailəsinin digər mənzillə təminatı məhkəmə qərarlarında öz əksini tapmış olardı. Lakin göründüyü kimi, məhkəmələr AMEA-nın N.Tusi adına Astrofizika Rəsədxanası rəhbərliyinin bu qanunsuz əməllərinə "hüquqi don" geyindirməklə məşğul olmuşlar.
Vəkil Akif Əliyevin bildirdiyinə görə burada həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin müddəaları da kobud şəkildə pozulmuşdur. Belə ki, Normativ Hüquqi Aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir.
Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.
Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vll hissəsi və Normativ Hüquqi Aktlar haqqında Azərbaycan Respublikası Konstitusiyasının 87.1-ci maddəsi Oruc Əhmədovun vəziyyətini yüngülləşdirdiyinə görə, hazırkı mülki işə baxılarkən 01.09.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 105-ci maddəsi tətbiq olunmalı idi ki, aşağı instansiya məhkəmələri buna məhəl qoymamışlar. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən hər kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Qarabağ döyüşçüsü Oruc Əhmədov indi ailəsinin, azyaşlı övladlarının küçəyə atılmasının qorxusu altında öz mübarizəsini davam etdirir. Onun hələlik sonuncu ümid yeri başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları olmaqla üz tutduğu bütün icra strukturları və hüquq-mühafizə orqanlarının rəhbərləridir. O, ən azından Qarabağ döyüşçüsünə olan bu münasibətin Avropa məhkəmələrində deyil, ölkəmizin hüdudları çərçivəsində çözülməsini istəyir. Bəs iddiaçılar necə, bunun fərqində olacaqlarmı?!..

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az