• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
23-03-2021, 09:54

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ


Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? Ailem.az valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb.

Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir. Xüsusən də körpənin ilk üç ayında qaz sancıları olduğundan çarəsiz qalan valideynlər ətrafdakı yaşlı insanların məsləhəti ilə uşağı ayaqda yelləməyə başlayırlar. Çox zaman da uşaq illər boyu bu üsulla yatmağa davam edir. Hətta bu vəziyyət bütün gecə ananın ayağından ayrılmamaq vərdişinə çevrilə bilir.

Nyus.Az bildirir ki, nevroloq Aynur Zeynalova deyir ki, körpələri yatızdırarkən yelləmək, havaya atıb-tutmaq olmaz. Bu, uşağın sağlamlığında ciddi fəsadlar yarada bilər. Daxili qulaqda bədənin müvazinətini nizama salan mürəkkəb sistem - vestibulyar aparatı yerləşir. Bu vestibulyar aparatında xüsusi maye - labirint mayesi olur. Burdakı hüceyrələr başın ən kiçik hərəkəti ilə çalxalanan daxili qulaq mayesinin çırpıntıları ilə oyandırılaraq, başın hərəkətini beyinə itələyir. Çox sürətlə fırlandıqda ordakı maye hələ də fırlandığından baş gicəllənməsi deyilən bir hal ortaya çıxır. Uşaq yellənən zaman da gözləri sabit bir nöqtəyə baxır və vestibulyar labirintdəki hüceyrələr silkələnərək, körpənin baş gicəllənməsi kimi bir hisslə yuxuya getməsinə səbəb olur. Uşaq yatmaq ehtiyacından çox sərsəmlik hissiylə yatmağa başlayır. Körpənin ağlamasını dayandıra bilmədikdə get-gedə daha güclü formada bir yerdən digər yerə itələnirmiş kimi yellənməyə başlayır.

Bu cür həddən artıq yellənmə təhlükəli nəticəyə səbəb ola bilər: "Körpələrin başı bədənə nisbətən böyükdür. Buna görə başın önə-arxaya atılması və ya sağa-sola çevrilməsi zamanı ciddi fəsadlar yaranar. Məsələn, boyundan beyinə gedən damarlar yırtılaraq, baş beyinə qan sızar. 1 yaşa qədər körpələrlə daha ehtiyatlı davranmaq lazımdır. Körpələri sevmək məqsədiylə silkələmək, atıb-tutmaq də qəti qadağandır. Körpələri silkələyən zaman tək beyin qanaması deyil, beyindən qarın boşluğuna yönələn azan sinirin qopması, nəticədə tənəffüs dayanması baş verir. Ən çox rast gəlinən hal budur".

Həkimin sözlərinə görə, yuxu problemi olan uşağı saatlarla silkələyib yatırtmağa çalışmaqdansa həkimə aparmaq lazımdır. Uşağın həkim tərəfindən müayinə edilərək hər hansı bir sağlamlıq problemi olub-olmadığı araşdırılmalıdır.

Körpələri necə yatırtmaq lazımdır?

Yuxuya getmə üsulları hər körpədə fərqlidir. Xüsusən də uşağın qaz sancıları keçdikdən sonra ona yatma vərdişi aşılanmalıdır. Körpəni yatırtmağa çalışan zaman onun tox, altının təmiz, mühit istiliyinin və geyiminin uyğun olub-olmadığına nəzarət etmək lazımdır. Əgər bütün bu şərtlər təmin edilibsə və körpə yenə ağlayırsa, demək, körpənin ağlaması yatmaq ehtiyacından yaranıb.

Körpə hər axşam eyni saatlarda öncə qucaqda sakitləşdirilməlidir. Daha sonra zəif işıqda, öz yatağında uzadılmalıdır. Onun kürəyini sığallamaq, əlindən tutmaq olmaz. Bir az böyüdükdən sonra "yatmaq dostu" kimi bir oyuncaq yuxuya getməsini asanlaşdıra bilər. Lakin bu oyuncaq sadəcə yataqda verilməlidir. /medicina.az/

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az