
Vətən müharibəsində itkin düşən və ötən gün nəşi tapılan şəhid leytenant Abdullayev İntiqam Allahverdi oğlu Ordubadda dəfn edilib.
Nyus.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü şəhidimizin nəşi Murovdağ istiqamətində tapılıb.
Qeyd edək ki, Abdullayev İntiqam Ordubadın Düylün kəndindəndir. Müharibə vaxtı zabitimizin sənədləri ermənilər tərəfindən lentə alınmış şəhid hərbçilərimizin nəşlərinin göstərildiyi videoda təqdim olunmuşdu.
Nyus.Az

























