• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
2-04-2018, 08:38

Jurnalistləri aşağılayan institut direktoruna cinayət işi açıla bilər?

Jurnalistləri aşağılayan institut direktoruna cinayət işi açıla bilər?

Hüquqşünas: “Onun jurnalistləri söyməsi xüsusi ittihamlı işdir”

Ötən həftə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun modern.az saytının jurnalistini təhqir etməsi və ümumilikdə jurnalistlər haqqında aşağılayıcı ifadələr işlətməsi ölkə gündəmində geniş müzakirə mövzusu oldu. Qeyd edək ki, jurnalist küləkli hava şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı barədə sual ünvanlayıb, AMEA-nın alimi isə əvəzində “Azərbaycanda bir dənə də olsun jurnalistin olmadığını” söyləyib, onları “bezdarnı”, “savadsız”, “heç nəyə yaramayan” adlandırıb.

Qeyd edək ki, məsələ ilə bağlı media kapitanları öz tənqidlərini bildirib. Mətbuat Şurasının sədri Əflatun Amaşov da məsələyə mövqeyini açıqlayaraq, alimin davranışını biabırçılıq adlandırıb: “Kütləvi informasiya vasitələrində Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri təhqir etməsinə dair məlumatlar yayılıb. Mən şəxsən hadisənin təfərrüratları, necə və hansı şəraitdə baş verməsinə dair dəqiq bilgiyə malik deyiləm. Ancaq hər bir halda hesab edirəm ki, yazılanlar doğrudursa, yəni peşə fəaliyyətini yerinə yetirən jurnalist Ramiz Məmmədova hansısa məsələ ilə əlaqədar fikir öyrənmək üçün müraciət edibsə, qarşılığında söyüş və təhqir eşidibsə, bu, bir elm adamı üçün qətiyyən yolverilməzdir, qəbuledilməzdir, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir”.

Əflatun Amaşov Milli Elmlər Akademiyasının rəhbərliyinin bununla bağlı ciddi ölçü götürəcəyinə əmin olduğunu bildirib.


“Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında son zamanlarda jurnalistlərin tez-tez təhqir olunduğunu vurğulayıb: “Təəssüf ki, son zamanlarda belə hallara tez-tez rast gəlirik. Bu, yaxşı nəticə deyil və səbəblərini araşdırmalıyıq. Niyə bu günə qədər jurnalistlər haqqında təhqiramiz ifadələr işlədilmirdi, amma indi hətta AMEA-nın Coğrafiya İnstitutunun direktoru belə ifadələr səsləndirir? Belə bir atalar sözü var, ”Qurunun oduna yaş da yanır".

E.Şıxlıya görə savadlı, normal jurnalistlərlə yanaşı, mediada savadsız əməkdaşlar da var: “Onlar peşəkar, peşəsini sevən, savadlı insanların da adını batırır. Söhbət əslində bundan gedir. Görünür, Coğrafiya İnstitutunun direktorunun da bəxtinə jurnalist peşəsinə aid olmayanlarla münasibət qurmaq nəsib olub.

Lakin eyni zamanda alim nə olursa olsun, öz ifadələrinə diqqət etməlidir. Əgər nədənsə narazıdırsa, çox mədəni şəkildə öz fikrini ifadə edə bilər. Hazırda jurnalistlərin də bəzi alimlərin savadlı olmasına şübhəsi var. Çünki indi pulun hesabına dissertasiyalar yazılır. Ərizə yazanda 5 cümlədə 25 səhv buraxan adamlar indi elmlər doktoru, elmlər namizədi və daha yüksək elmi adlar qazana bilirlər. Ona görə də bizim bəzi alimimiz də, qeyd etdiyimiz savadsız jurnalistimizə taydır".

Elçin Şıxlı adı çəkilən alimin cəzalandırılmasından da söz açıb: “Əgər doğrudan da onun ifadələrində təhqiredici ifadələr varsa, jurnalistlər onu məhkəməyə verə bilər. İlk öncə isə əgər Mətbuat Şurasının sədri Əflatun Amaşov deyibsə ki, həmin alim cəzalandırılmalıdır, o, ilk öncə alimlə görüşüb, söhbət etməlidir”.

Hüquqşünas Vüqar Babayev isə qeyd edib ki, mətbuat vasitələrində kimisə təhqir etmək cinayət məsuliyyəti yaradır: “Bu, xüsusi ittihamlı işdir. Bundan başqa həmin şəxsə qarşı şərəf və ləyaqətin də təhqir olunması ilə bağlı da mülki ittiham qaldırmaq mümkündür. Ümumilikdə əgər jurnalist peşəsinin daşıyıcıları təhqir olunubsa, özünü təhqir olunmuş hesab edən jurnalist də məhkəməyə müraciət edib, bununla bağlı qanuni tədbir görülməsini xahiş edə bilər”.

Qeyd edək ki, CM-nin 147-ci maddəsinə əsasən, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya on altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xalidə Gəray,
Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az