• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
26-02-2021, 12:16

Beynəlxaq məhkəmə Xocalı soyqırımını tanımalıdır - Politoloq


Beynəlxaq məhkəmə Xocalı soyqırımını tanımalıdır - Politoloq


Azərbaycan Ordusu Xocalı soyqırımının qisasını cəbhədə alsa da, beynəlxaq məhkəmə bu faciəni soyqırımı kimi tanımalı, cinayətkarlar cəzasını almalıdırlar.

Nyus.Az bildirir ki, bunu Trend-ə AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, politoloq Ramilə Dadaşova deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımı törədilənə qədər Ermənistan tərəfindən azərbay­canlılara qarşı bir çox soyqırımılar həyata keçirilmişdi. Ermənistandan göndərilən silahlı dəstələr tərəfindən 1991-ci ilin iyun-de­kabr aylarında Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış mən­təqəsi, o cümlədən Meşəli, Cəmilli, Tuğ, İmarət-Qərvənd, Sır­xa­vənd, Umudlu, Kərkicahan və s. strateji əhəmiyyətli yaşayış mən­tə­qələri yandırıldı, yüzlərlə azərbaycanlı qətlə yetirildi, yaralandı, əsir gö­tü­rül­dü.

Xocalının işğalı zamanı azərbaycanlıların so­y­qı­rı­mında 613 nəfərin vəhşicəsinə, işgəncələrlə qətlə yetirildiyini deyən alim qeyd edib ki, həmin gecə Xocalı sakinləri ilə bərabər, 1988-ci ildə Ermənis­tandan qaçqın düşərək Xocalıya pənah gətirmiş insanlar, Ermənistan silahlı qüvvələrinin Azər­bay­canın Dağlıq Qarabağ bölgəsinin mərkəzi olan Xankəndi şə­hə­ri­ni işğal edən zaman məcburi köçkün olmuş insanlar və 1989-cu ildə Fərqanə (Özbəkistan) hadisələri zamanı Azərbaycana sı­ğın­mış Axıska türkləri (onlar 54 ailə idi) də bu dəhşətli soyqırımın qur­banı oldular:

"Xocalıda insanlar xüsusi qəddarlıqla qətlə yetirildilər. Tək bir misal çəkmək istəyirəm. Fransada qondarma "erməni soyqırımı" barədə arxiv ma­te­rial­la­rını araşdıran türk araşdırmaçı Əli Rzaoğlu "Xocalı erməni ge­ne­ral­larının xatirələrində" adlı araşdırmasında Xocalı soyqırımında iş­ti­rak etmiş 34 erməni hərbçisinin xatirələrini təqdim edir. Kanadada ya­şayan erməni Vasili Stardiyan onunla müsahibədə bildirib ki, Xocalıdan və Qarabağdan olan 170 uşağın daxili orqanlarını əməliyyat yolu ilə çı­xararaq, Avropaya, ABŞ-a satıb".

R.Dadaşova bildirib ki, Azərbaycan Ordusu Xocalı soyqırımının qisasını cəbhədə aldı, işğal edilmiş ərazilərdə Azərbaycan bayrağı dalğalandırıldı. Bununla belə, Beynəlxalq Məhkəmə Xocalı soyqırımını soyqırımı kimi ta­nı­ma­lıdır, cinayətkarlar cəzasını almalıdırlar. "Soyqırım" anlayışının hüquqi mənası BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi Soyqırım cinayətinin qar­şı­sı­nın alınması və ona görə cəzalandırma haqqında konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə edilən hərəkətlər soyqırım hesab ediir. Soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır.

Məhz azərbaycanlı olduqlarına görə Ermənistanın Xocalı əhalisinə qarşı soyqırım həyata keçirdiyini deyən politoloq qeyd edib ki, Xocalıda törədilənlərə soy­qırım kimi qiymət verməyə istinad ediləcək bey­nəl­xalq hüquq normaları və müqavilələr var. Bunlar BMT Baş Məclisinin 9 de­kabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş, 1951-ci ildə hüquqi qüvvəyə minmiş Soyqırım cinayətinin qar­şı­sı­nın alınması və ona görə cəzalandırma haqqında konvensiya, Nür­n­berq Hərbi Tribunallarının Nizamnaməsi, Beynəlxalq Cinayət Tri­bu­nalının Yuqoslaviya üzrə Nizamnaməsinin 4-cü maddəsi, Bey­nəl­xalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsinin 1-ci mad­dəsi, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 6-cı maddəsi, Azər­baycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsi; Azər­baycan Respublikası Prezidentinin "Azərbaycanlıların soy­qı­rı­mı haqqında" 26 mart 1998-ci il tarixli fərmanıdır.

Bu beynəlxalq hüquq sənədləri əsas verir ki, Xocalı soyqırımını törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması həyata keçirilsin. Soyqırım törətmiş şəxslərə uni­ver­sal yur­is­dik­si­yanın ­prinsipləri tətbiq edilməlidir. Rəhbərlər soy­qırım cinayətinin qarşısını almaq üzrə hə­rə­kət­ləri həyata ke­çir­mə­dik­ləri üçün məsuliyyət daşıyırlar. Soy­qı­rım cinayəti törətmiş şəxslər cinayət mə­suliyyətinə cəlb edilmələri üçün tələb edən ölkəyə ve­ril­m­ə­li­dir­lər.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az