• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları
  • 16-07-2026 Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
  • 16-07-2026 DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
  • 16-07-2026 Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
  • 15-07-2026 10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
  • 15-07-2026 ABŞ İranın dəniz blokadasını bərpa edib
  • 15-07-2026 FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
  • 15-07-2026 Nəvai Moskvadakı qəzaya görə məhkəməyə verildi
  • 15-07-2026 Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub - Yenilənib
  • 15-07-2026 Pezeşkian: Trampın təxribat xarakterli bəyanatlar verməsi təbiidir
  • 15-07-2026 ABŞ İrana yenidən zərbə endirib
  • 15-07-2026 Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
  • 15-07-2026 "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb
  • 15-07-2026 Abşeron İcra Hakimiyyəti "qanunsuzdur" dedi, amma tikinti dayanmadı-VİDEO

XƏBƏRLƏR

    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
    Argentina millisinin DÇ-dən kənarlaşdırılması ilə bağlı petisiya yaradıldı
22-02-2021, 15:37

Qalmaqallı direktorlar və aqibətləri – SİYAHI

Qalmaqallı direktorlar və aqibətləri – SİYAHI


Son günlər mətbuatda direktorların vəzifələrindən sui-istifadə etməsi kimi hallarla tez-tez rastlaşırıq.

Nyus.Az yeniavaz.com-a isitnadən bildirir ki, adları qalmaqallarda hallanan direktorların siyahısını təqdim edir:

Siyahıya ilk olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində fəaliyyət göstərən Humanitar Kollecin direktoru Nərmin Qaralovadan başlayaq. Belə ki, sosial şəbəkələrdə yayılan videoda distant formada keçirilən imtahan zamanı N.Qaralova tələbənin ünvanına xoşagəlməz ifadə işlədərək onu təhqir etmişdi. Məsələnin ictimailəşməsindən sonra direktor açıqlama verərək, o ifadədən təhqir kimi istifadə etmədiyini və sözün mənasını yeni öyrəndiyini bildirmişdi. ADMİU açıqlamasında məsələnin universitet rəhbərliyi tərəfindən araşdırıldığını, direktorun işlətdiyi ifadənin kontekstdən çıxarıldığını, buna rəğmən direktorun tələbələrdən üzr istədiyini bildirib. Eyni zamanda kollec direktoru ilə bağlı inzibati tənbeh tədbirinin görüldüyü qeyd olunub.

Qeyd edək ki, Təhsil Nazirliyi məsələnin araşdırılacağını və araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcəyi ilə bağlı açıqlama verib.

Adı qalmaqalda hallanan daha bir direktor isə Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktoru Taliyə Mirzəyevadır. Belə ki, T.Mirzəyeva məktəbli qızın başından hicabını açaraq yerə atması məsələsi ilə bağlı gündəmə gəlmişdi. Bu məsələ də ictimailəşməsindən sonra insanların etirazına səbəb olmuşdu. Abşeron Rayon Təhsil İdarəsi məsələ bağlı açıqlama verərək, valideyn və direktor arasında heç bir insident yaşanmadığını və 7-ci sinif şagirdinin növbəti dərs günündən etibarən tədrisə davam edəcəyini bildirmişdi. Təhsil Nazirliyi isə bu məsələdə heç bir açıqlama verməyib.

Bakı şəhəri 187 saylı məktəbin direktoru Nailə Məmmədova da qalmaqalla gündəmə gələn direktorlardan biridir. Belə ki, o, Azərbaycanda tətbiq olunan karantin rejimi qaydalarını pozaraq özünə doğum günü məclisi təşkil etmişdi. Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılmışdı. Məktəb direktorunun karantin rejimi qaydalarını pozaraq və şəhidlərin 40-ı çıxmamış özünə doğum günün məclisi təşkil etməsi vətəndaşlar tərəfindən sərt qaydada tənqid olunmuşdu. Bundan sonra N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil naziri Emin Əmrullayevin əmri ilə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Daha sonra isə Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru N.Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib.

102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın da adı qalmqalda hallanan direktorlar arasındadır. Belə ki, o, "Facebook"da Vətən Müharibəsində iştirak edən topçu Vüsal Şahkərimov haqqında, "Əcəli tez gəlsin, ay Allah" şərhini yazmışdı. Direktorun bu şərhi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama verərək, direktorun məsələ ilə bağlı izahatında yazdığı şərhin diqqətsizlik və texniki səhv nəticəsində baş verdiyini bildirmişdi: "Direktor, bununla bağlı həm sosial şəbəkələrdə, həm də əsgər V.Şahkərimovun valideynindən şəxsən üzrxahlıq etdiyini qeyd edib. M.İsmayılovaya sosial şəbəkə istifadəçiləri ilə münasibətdə müəllim adına yaraşmayan davranışlara yol verərək, "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozduğuna görə Təhsil nazirinin əmri ilə töhmət verilib".

Xatırladaq ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin koordinatorluğu ilə 2020-ci ilin 7-9 oktyabr tarixlərində 100 dövlət ümumtəhsil məktəbində monitorinq aparılıb. Monitorinq nəticəsində yoxlama aparılmış 74 ümumtəhsil məktəbində müxtəlif sayda qayda pozuntuları aşkar edilib. Qayda pozuntuları aşkar edilmiş ümumi təhsil müəssisələrinin rəhbərləri ilə bağlı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə müvafiq qaydada intizam tədbirləri görülüb. Belə ki, 4 məktəb rəhbərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 24-nə töhmət verilib, 46-na isə xəbərdarlıq edilib.

Qeyd edək ki, direktorların vəzifələrinə qarşı səhlənkarlıqla yanaşma halları ilk dəfə baş vermir. Belə ki, Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova da uzun müddət adı qalmaqalda hallandırılanlardan biri olub. Belə ki, o, 2019-cu ilin aprelin 4-də VIII sinif şagirdi Elina Hacıyevanın intihar etməsində təqsirləndirilib. Direktor bu hadisədən sonra vəzifəsindən kənarlaşdırılıb və barəsində hökm oxunub. Hökmə əsasən, Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya yaşadığı evdən 23:00-dan 07:00-a qədər çıxmaq qadağan olunub və o elektron qolbaq taxacaq. Mülki iddiadan 18 min 500 manat (maddi ziyana görə 8 min 500 manat, mənəvi zərərə görə 10 min manat) direktordan tutularaq Elinanın anasına ödəniləcək.

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın adı da dəfələrlə fərqli mövzularda qalmaqallarda hallanıb. Belə ki, o, "tələbələr vahid forma geyinməli, saqqal saxlayan və şortik geyən oğlanlar isə universitetə buraxılmayacaq" və "Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva tələbələr arasında keçirilən tədbirlərin birində deyib ki, harada müxalif düşüncəli adam gördünüz tüpürün üzünə" kimi ifadələri işlətməsi ilə bağlı gündəmə gəlib. Rektorun bu ifadələri sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirəyə səbəb olmuşdu. Bununla yanaşı N.Əliyevanın adı özünə 250 min dollarlıq lüks avtomobil almasında da hallandırılıb. Universitetin mətbuat xidməti bu xəbərdən sonra açıqlama verərək, məlumatı təkzib etmişdi. Bir digər məsələ isə rektorun BSU-nun binasını uzun illər bəzəyən mozaikanın sökülməsi ilə bağlı olmuşdu. Bu mövzu sosial şəbəkələrdə ən çox müzakirə olunan, eləcə də cəmiyyətdə fikirayrılığına səbəb olan mövzu olsada Azərbaycanın əməkdar rəssamı Elmaz Hüseynovun yaradıcılığı, universitetin fasadını 1972-ci ildən bəzəyən mozaika tamamilə söküldü. Bu hadisədən sora Bakı Şəhər İcra Hakimiyyəti Universitet binasının fasadında olan mozaikanın sökülüb yerində yeni fasadın qurulmasına etiraz etməsədə, Təhsil Nazirliyi Bakı Slavyan Universitetində aparılan təmir işlərinə zəruri nəzarətin təmin edilməyərək qanunvericiliyin tələblərinin və icra intizamının pozulmasına görə rektor Nurlana Əliyevaya ciddi xəbərdarlıq etmişdi.

Rektorla yanaşı Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyevanın da adı bu yaxınlarda qalmaqalda hallanıb. Belə ki, D.ƏLiyevanın 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi 1 000-7 000 min manat pulunu mənimsədiyi bildirilib. Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az