• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
22-02-2021, 09:35

Dördü birində: Bu qədər yükün altından qalxmaq var... - TƏHLİL

Dördü birində: Bu qədər yükün altından qalxmaq var... - TƏHLİL


Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları” və “Bakı Metropoliteni” Qapalı Səhmdar cəmiyyətlərinin, eləcə də Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb. Bununla da AİH-in nəzarətinə verilən şirkətlərin siyahısı genişləndirilib.

Holdinqin idarəçiliyi şirkətlərdə nələri dəyişəcək? Ümumiyyətlə, AİH üzərinə qoyulan vəzifələrin öhədsindən gələ biləcəkmi?

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, dövlət şirkətlərinin vahid idarəetməyə verilməsi və Azərbaycan İnvestisiya Holdinqi tərəfindən idarə olunması həmin şirkətlərin idarə edilməsində səmərəliliyin və eyni zamanda şəffaflığın artırılması baxımdan çox vacibdir: “Nəzərə alaq ki, bu şirkətlər məşğulluqda xüsusi paya, eyni zamanda dövlət gəlirlərinin formalaşmasında kifayət qədər paya malikdir. Bir tərəfdən də həmin şirkətlərdə idarəetmənin təkmilləşdirilməsi imkan verəcək ki, həm dövlət vəsaitlərinin idarə edilməsi, həm də səmərəli istifadə olunması imkanları genişlənsin”.

“Digər tərəfdən, bu, həmçinin həmin şirkətlərin investisiya qoyuluşlarının qiymətləndiriməsi baxımından vacib hesab olunur və xüsusi beyin smartlarından istifadə olunacaq ki, bu da sərmayə qoyuluşlarında səmərəliliyin artmasına imkan verəcək. Bu, dövlət şirkətlərinin idarə edilməsində yeni mərhələnin başlamasına imkan verəcək. Özəl sektorla iri dövlət müəssisləri arasındakı əməkdaşlığı gücləndirmək mümkün olacaq”, - ekspert bildirib.

Deputatın sözlərinə görə, kiçik və orta müəssislərin də dövlət şirkətləri tərəfindən reallaşan layihələrə cəlb edilməsi mümkün olacaq: “Bu da dövlət və özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək, o baxımdan bu da artıq birmənalı şəkildə Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin, eləcə də fəaliyyət dairəsinə daxil olan müəssisələrin siyahısının dəqiqləşdirilməsi və təsdiq olunması bu sektorda həm idarəetmədə, həm səmərəlilikdə, həm də şəffaflıqda yeni bir mərhələnin başlanmasına imkan verəcək. Nəticə etibarilə bu, Azərbaycan iqtisadiyyatında növbəti mərhələdə xüsusi lokomativlərdən biri olacaq”.

İqtisadçı-ekspert Rəşad Həsənov da AYNA-ya şərhində qeyd edib ki, AİH-in funksiyası dövlət müəssisələrinin fəaliyyətində səmərəliliyin təşkili ilə əlaqədardır: “Burada şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin aradan qaldırılması, hesabatlılığın artırılması, bundan başqa idarəetmənin təkmilləşdirilməsi, o cümlədən korporativ idarəetmə modellərinin təşviqi imkanlarının araşdırılması əsasdır. Bütün bunlarla yanaşı, hansısa müəssisələrin ya bütövlükdə, ya da onun fəaliyyətinin müəyyən bir hissəsinin təchizat zəncirinin özəlləşdirilməsi imkanlarının öyrənilməsi və təkliflərin hazırlanıb hökumətə təqdim edilməsidir”.

“Və bütün bu funksiyalar idarəetməyə götürdüyü müəssisələrin fəaliyyətinin təmin edilməsinə və o cümlədən həmin müəssisələrin ölkə iqtisadiyyatına qazandırılmasına dövlət büdcəsi üzərində müvafiq yükün aradan qalxması və həmçinin bu müəssiələrin fəaliyyətindən dövlət büdcəsinin gəlirlərinin formalaşmasına təsir göstərməlidir. Əslində, hədəf bundan ibarətdir”, - iqtisadçı vurğulayıb.

Holdinqin bu hədəflərə nail ola biləcəyinə gəldikdə, Həsənov birmnalı cavab verməkdə çətinlik çəkib: “Çünki faktiki olaraq vəziyyət bu yerə gəlib çatıb. Dövlət müəssisələrinin uzun müddət səmərəsiz idarə olunması və korrupsiyalaşması prosesi baş verib. Onlar büdcədən dotasiyalar alıb, özləri də çox vaxt korrupsiya predmetinə çevrilib. Və fərqli sahələrdə fəaliyyət göstərən böyük dövlət müəssisələrinin yalnız bir “çətir” altında birləşdirilməsi prosesin nəticələrinin müəyyən qədər şübhə altına alınmasına gətirib çıxara bilir Çünki çox fərqli sahələrdir”.

“Bir Holdinqin bu qədər yükü hansı keyfiyyətdə idarə edəcəyi və daşıya biləcəyini proqnozlaşdırmaq çox çətindir. Hətta, proqnozlaşdırmaq olar ki, burada tam olaraq onların gələcəkdə etmək istədiklərini edə bilməmələri potensialı da çox yüksəkdir. Bunun üçün çox ciddi və böyük texniki baza lazımdır, uzun zaman lazımdır, nöqsanların üzə çıxarılması və onların həll olunması araşdırma tələb edir. Hər bir sahənin özünün də spesifik problemləri var. Bütün onlar haqqında məlumatların toplanılması və s. vaxt tələb edən proseslərdir. Ciddi nəticələrin olacağını gözləmirəm. Amma əvvəlkindən yaxşı olacağını gözləmək olar”, - həmsöhbətimiz əlavə edib.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az