• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
10-02-2021, 08:31

"Vilyam müəllim çıxdı, yerinə başqası gəldi... getdim qəbula, iş istədim..." - GİLEY

"Vilyam müəllim çıxdı, yerinə başqası gəldi... getdim qəbula, iş istədim..." - GİLEY


“Bəxtin gətirmirsə, 10 dəfə də ailə qursan fərq etmir, alınmayacaq. Taleyinə təklik yazılıbsa, təksən, nə edirsən et, olmayacaq”. DİA.AZ xəbər verir ki, Hicran Abdullayevanın 38 yaşı var. İmişlidə yaşayır. 2 dəfə ailə həyatı qurub, hər ikisindən ayrılıb. Evliliklərinin hərəsindən bir övladı var. Özünü günahkar sayır, deyir, doğru seçim edə bilməyib.

Bu gün isə ailə həyatından, seçimlərindən yox, həyatından, güzəranından gileylidir. Hicran deyir ki, bu gün 2 övladı ilə çox acınacaqlı, çətin şəraitdə yaşayır. Üstəlik, xəstədir, ciyərlərində problem var: “İş üçün bir neçə dəfə İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin yanına getdim. Hər dəfəsində mənə 100-200 manat verib yola saldı. Dedi: “Get, nə vaxt iş olsa, yadımızdasan”. Ancaq mənə heç vaxt iş tapılmadı. Yenə də yaxşılığını unutmuram, verdiyi pullarla uşaqlarıma yemək almışdım. Vilyam müəllim çıxdı, yerinə başqası gəldi. Bu dəfə də getdim qəbula, iş istədim. Mənə İmişlinin “Dostluq” küçəsini süpürməyi tapşırdılar. Maaşım da ayda 240 manatdır”.

Hicran Abdullayeva deyir ki, 3 ay küçə süpürəndən sonra ona 1 aylıq əmək haqqı ödəyiblər. Əsas gətiriblər ki, müqaviləsi yeni bağlanıb: “Burdan da pulumu kəsdilər, amma yenə də sağ olsun icra başçısı, mənə iş verdi. Baxmayaraq ki, verilən maaş dolanmağa yetmir. Uşaqların ikisi də məktəblidir. Paltar, dəftər, kitab, ayaqqabı, yemək, kommunal, özümün müalicəm, inanın, çatmır. Əvvəllər sosial yardım alırdım. Bu ildən onu da kəsdilər. Halbuki ən ehtiyaclı olan insanlardanam”.

Hicran Abdullayevanın ciyərləri xəstədir. Deyir, buna görə əlləri, ayaqları qabar bağlayır, göyərir və şişir. Ona daimi müalicə lazımdır. Amma bir dəfə edəndə, digərini edə bilmir, çünki çatdırmır: “Əvvəlki kimi sosial yardım alsam, müalicəmi davam etdirərəm, maaşla da birtəhər dolanarıq. Biri düzələndə digəri əldən çıxmasa kaş. Amma bizdə belədir. Nə qədər çalışırsan, vəziyyətin düzəlmir, əksinə, geriləyə-geriləyə gedirsən. Arada düşünürəm ki, nə yaxşı bu ev var. Bibimdən dayıma qalmışdı, dayım da mənə bağışladı, yoxsa, 2 uşaqla küçələrdə yaşayırdım. Şəraitsizdir, amma buna da şükür”.

Hicran Abdullayevanın kiçik oğlu ibtidai sinifdə oxuyur. Deyir, dəftəri, qələmi, paltarı yoxdur. Soyuducusunda isə ancaq qonşuların verdiyi bir qaşıq tomat pastası və 1 banka mürəbbədən başqa bir şeyin olmadığını söyləyir: “3 gündür evdə çörək yoxdur. Bu, nə deməkdir? Qonşuya dedim 50 qəpik ver, süd alım uşağa. Verdi, amma könülsüz. Gecə səhərə kimi boğublar məni elə bil. Uçuq-tökük hamamda su qızdırıb uşaqları birtəhər çimizdirirəm. Balalarım acdır, biri 4 ildən sonra əsgər gedəcək, amma indi necə yaşadığımla maraqlanan yoxdur. 2 dəfə iflic keçirmişəm. Vallah o səhər 6-da durub süpürgəçiliyə gedirəm ha, onu güclə edirəm, çətindir mənə. Amma başqa çarəm yoxdur”.

Hicran Abdullayeva ona verilən ünvanlı sosial yardımın niyə kəsildiyini bilmir. Deyir, bir bildiyi var, o da yaşamaqdan bezməsidir: “Uşaqlar olmasa, özümü çoxdan öldürmüşdüm. Yazığım gəlir. Hələ balacam elə yaxşı oxuyur ki… 3-cü sinfə gedir. Ürəyim gəlmir məktəbdən çıxarım, amma ayaqqabısı, çantası, normal geyimi də yoxdur. Bəxtimiz gətirdi, bu il məktəb olmadı.Var əslində, kompüterlə dərs keçirlər. Bizdə isə kompüter yoxdur. Gələn il məktəbə göndərib-göndərməyəcəyimi də bilmirəm. Tək onu bilirəm ki, çətindir yaşamaq, çox çətin. Artıq dözə bilmirəm”.

Hicran Abdullayeva deyir ki, dövr də pisdir. Heç kimdə imkan yoxdur. Artıq qonşulara da ağız açmaq olmur: “Uşağı bayaq göndərmişəm ki, get qonşudan çörək istə. İndi verəcəksə, yeyəcək. Çünki evdə heç nə yoxdur. Əlimdən tutan bir nəfərim də yoxdur. Məsələn, aylardır bizim evimizə ət girmir. Qurban bayramında qonşu gətirdi mənə ət, kartof, soğan, bir də yağ verdi ki, bişir ye. Verdiklərini bişirdim, çörək aldım. Elə sevindik ki…”

Hicran Abdullayevanın tələbi kəsilən sosial yardımının bərpasıdır. Deyir, yardım bərpa olsa, normal yaşaya bilərlər. Ən azı, ərzaq ehtiyacları olmaz.

Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon Şöbəsindən bildiriblər ki, yardım bir neçə illik ayrılır. Sonra gərək yenidən sənəd toplayıb, müraciət edəsən: “Müraciət forması da onlayndır. Yəni bizlik nəsə yoxdur. Verilirsə, nazirlik təyin edir, kəsilirsə, yenə onlar qərar verir. Görünür, yardımın təyin olunduğu vaxt bitib, yenidən müraciət etmək lazımdır. Hər bir halda, başı çıxmırsa, müraciət etsin, kömək etməyə hazırıq”.

İmişli Rayon İcra Hakimiyyətindən isə Hicran Abdullayevanın 2 aylıq əmək haqqının niyə kəsilməsini araşdıracaqlarını bildiriblər.




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az