• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
30-03-2018, 16:20

“Alışanovu öldürmək istəsəydim, özüm öldürərdim, on illərlə tapılmazdı”

“Alışanovu öldürmək istəsəydim, özüm öldürərdim, on illərlə tapılmazdı”

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə zərərçəkmiş Arif Alışanovun vəkilləri təqsirləndirilən Şücayət Əkbərova cinayət işi ilə bağlı suallar ünvanlayıblar. Ş.Əkbərov Arif Alışanov məhkəməyə gəlməyəcəyi təqdirdə heç bir suala cavab verməyəcəyini deyib:

"Çağırın gəlsin, mənimlə üzləşsin. Sual versin, mən də cavab verim. Mənim heç vaxt silahım olmayıb. Maşına silah qoyan adam hal-hazırda azad şəkildə, çöldə gəzir". Ş.Əkbərov prosesdə bir daha A.Alışanovu öldürmək niyyəti olmadığını bildirib: "Mən Alışanova sui-qəsd etməmişəm".

Müdafiəçilərinin suallarını cavablandıran Ş.Əkbəriv saxlanılması barədə danışıb: "Qoçali Cəbiyev də maşında idi. Bizi saxlayıb Şamaxı rayon polis idarəsinə apardılar. Müsabil də orada idi. Yarım saat sonra maşına baxış keçirildikdə silah aşkarlandı. Silahın ora kim tərəfindən qoyulduğunu bilmədim. Bütün bunlar hamısı quramadır”.

Vəkilin "Siz Alışanova odlu silahdan atəş açmısınızmı? Onu öldürməyə cəhd etmisinizmi?" sualına Ş.Əkbərov "Məndə silah olub ki, atəş açım? Olmayan şeydən necə atəş açım?" deyə cavab verib. 20 gün "banditizm"də saxlanıldığını deyən Ş.Əkbərov ilkin ifadələri təzyiq altında verdiyini bildirib: "Ramil adında müstəntiq vardı, deyirdi ki, Alışanov əmimoğludur".


"Alışanovu öldürmək istəsəydim, o dağlarda, dərələrdə özüm öldürərdim, nə şahid olardı, nə də sübut, on illərlə tapımazdı. Silahım olsa daha Müsabili, Qoçalını neynirdim ki? Alışanovun ölümü mənə heç nə qazandırmayacaqdı. Onunla işləyirdim, pul qazanırdım" – təqsirləndiriklən şəxs deyib.

O, AzTV sədri ilə münasibətlərinin pozulmasına A.Alışanovun sürücüsü Hacı Babayevin səbəb olduğunu bildirib. Qeyd edib ki, Alışanovun Şamaxıya birlikdə gəldiyi qızın ölümündən sonra münasibətləri daha da kəskinləşib: "Bunlar hamısı o fındıqburun qız öləndən sonra baş verdi".

Ş.Əkbərov ifadəsində A.Alışanovun arvadının, qızının və sürücüsü Hacı Babayevin adına Şamaxıda 335 hektar torpaq sahəsi olduğunu deyib.

Prosesdə təqsirləndirilən Qocalı Cəbiyev sərbəst ifadə verib. O, iyirmi gün “banditizm”də döyüldüyünü, ona qarşı irəli sürülən ittihamların yalan olduğunu deyib: "Şücayətlə bir kənddənik. İki il idi ki, aramızda pul söhbətinə görə mübahisə yaranmışdı. Bizi polisə apardılar. "Niva" maşınında idik. Maşına baxış keçirildi, heç nə aşkar olunmadı. Dedilər qol çək, çəkdim. Mən heç yerdə ifadə verməmişəm. Özləri yazıb hamısını. Məni “banditizm”də döyürdülər ki, Şücayətin üzünə dur. Dörd nəfər tərəfindən vəhşicəsinə döyülmüşəm, ayağımdan asmışdılar".

Q.Cəbiyev daha sonra dövlət ittihamçısı Fərid Nağıyevin suallarını cavablandırıb. O, Ş.Əkbərova torpaq sahəsi satdığını, pulunu ala bilmədiyini, bu səbəbdən də aralarında mübahisə yarandığını deyib. Sualları cavablandıran Q.Cəbiyev Arif Alışanovu tanımadığını, heç vaxt görmədiyini bildirib. A.Alışanovun vəkillərinin suallarını cavablandıran Q.Cəbiyev 2016-cı ilin dekabr ayında Ş.Əkbərova məxsus Şamaxı rayonu Mədrəsə qəsəbəsindəki evində olarkən A.Alışanovun ora gəlməsindən xəbərsiz olduğunu bildirib: " Həmin vaxt mən tövlədə inəklərə iynə vururdum. Evə kimin gəlib-gəlməməsindən xəbərim olmayıb. Heç kimi görməmişəm".

Vəkilin "Şücayət Əkbərov sizə adam öldürməklə bağlı göstəriş veribmi?" sualına Q.Cəbiyev "bunlar hamısı yalandır, belə şey olmayıb" deməklə kifayətlənib.

Qeyd edək ki, istintaqa verdiyi ifadəsində Q.Cəbiyev A.Alışanovu öldürmək niyyətində olması barədə etirafedici ifadələr verib. Məhkəmədə isə istintaqa verdiyi ifadələri təkzib edib.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə aşırmaq, bu da baş tutmadıqda Alışanovu gülləmək planları barədə istintaq materiallarında ətraflı bəhs edilir. İş materiallarında iddia olunur ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabi Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, iş materiallarında yazılanların şər-böhtan olduğunu deyirlər.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az