• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
9-02-2021, 17:26

13 saylı çəzaçəkmə müəssisəsində NƏ BAŞ VERİR? - ŞOK İDDİA

13 saylı çəzaçəkmə müəssisəsində NƏ BAŞ VERİR? - ŞOK İDDİA

Redaksiyamıza hazırda 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülən məhbus, 3-cü qrup əlil Vüsal Şəmil oğlu Qurbanovun valideyinləri , Gəncə şəhəri, Bəxtiyar Əliyev 55 ünvanında yaşayan Qurbanov Şəmil Rəhim oğlu və Qurbanova Elmira Məclun qızı müraciət edib. Ata-anası gözdən əlil olan məhbus, onkoloji xəstəlikdən əziyyət çəkən Qurbanov Vüsal Şəmil oğluna 13 saylı çəzaçəkmə müəssisəsində ağlasığmaz işgəncələr verilib. Onu 2 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər. Səbəb isə çox dəhşətlidir.
Ayağlarında şiş olan, nevroloji xəstə Vüsal Qurbanov 2021-ci il yanvarın 8-də valideyinlərinə zəng edərək bildirib ki, səhhətində yaranan problem və şiddətli ağrılarla bağlı Əkrəm həkimə müraciət edib ki, ona iynə vursun. Həkim isə “iynəmiz yoxdur” deyib və müəssisə rəhbərliyinə Vüsal Qurbanovun “karsa” salınması üçün müraciət edib. Məhbusun valideyinləri yazır: “13 saylı çəzaçəkmə müəssisəsinin rəisi Çingiz, müavini Elnur, əməliyyat rəisi Şəhriyar, rejim rəisi Şahinlə birlikdə bizim oğlumuza 15 sutka “kars” cəzası veriblər. Daha sonra bu quldur dəstəsi bizim oğlumuzu bu soyuq havada çılpaq soyundurub, pəncərəsi qırıq otaqda, əl və ayağı bağlı vəziyyətdə dəmir boruya bağlayıb, üstünə soyuq su töküblər. Bizim oğlumuz onsuz da xəstə idi, indi yarımcan ediblər. Rəisin müavini Elnur deyib ki, mənim dayım generaldı, mənə heç kim heç nə edə bilməz. Mənim oğluma qaşığın arxa hissəsini zorla uddurublar ki, ölsün. Mənə cavab verin, hansı qanun məhkumu döyüb öldürməyə icazə verir, dövlətimizdə belə bir qanun var?
2021-ci il 11 yanvar saat 13:30 radələrində biz 13 saylı cəzaçəkmə müəssisəsində, Elnurun qəbulunda olduq. Nə qədər yalvarsam da, ağlasam da, (özümdən getdim) Elnur vecinə almadı. Elnura dedik ki etdiklərinə görə cəzasını verəcəyik. O, isə dedi ki, mən heç kimdən qorxmuram, arxamda duranlar var”.
Vüsal Qurbanovun valideyinləri yanvar ayında 13 saylı cəzaçəkmə müəssisəsində vəfat edən məhbus Rübail Əliyevin ölüm səbəbinə də aydınlıq gətiriblər. Ailə iddia edir ki, Rübail Əliyev “karsa” salınıb və işgəncə ilə qətlə yetirilib:
“Biz Elnurun qəbulunda olanda bizə dedi ki, sizə Rübail zəng edib, Vüsal yox. Nə qədər and-aman etdim ki bizə Rübail zəng etməyib, Vüsal zəng edib. Amma mənə inanmadılar. Biz ordan ayrılandan sonra Rübaili salıblar “karsa” və onu döyə-döyə öldürüblər.
Rübailin də, oğlumuzun da qatili bu adamlardı: 13 saylı cəzaçəkmə müəssisəinin rəisi Çingiz, müavini Elnur, əməliyyat rəisi Şəhriyar, rejim rəisi Şahin. Bu insanlar etdikləri əməlləri ilə qaniçən ermənidən fərqlənmir. Prezidentimizdən xahiş edirik ki, bu adamların qanun qarşısında cavab verməsi üçün tədbir görsün. Rübail neçənci məhbusdur ki, bu müəssisədə öldürüblər. Bu hadisəni 2020-ci ilin avqust ayının axırlarında edəcəkdilər. Mənim oğlumdan pul aldıqlarına görə etmədilər. Məni rəis qəbul etdi və dedi ki, Elnur pul almışdı, demişəm qaytarsın. Elnur da pulun yarısını qaytarmadı”.
Qeyd edək ki, 2017-ci il 25 yanvar tarixində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən V.Qurbanov CM-nın 177.2.2, 181.2.1, 181.2.3, 181.2.5 maddələri ilə (oğurluq və talama) ittiham edilib.
Onkoloji xəstəlikdən əziyyət çəkən Vüsal Qurbanovun ailəsi iddia edir ki, onun həyatda qalması üçün təcili əməliyyata ehtiyacı olsa da hələ də həkim müayinəsindən keçirilməyib. Vüsal Qurbanova uddurulan qaşıq isə onun mədəsində qaldığından vəziyyəti getdikcə ağırlaşır.
P.S
Yazıda adiçəkilən qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq //Vetenugrunda.az//

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az