• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
7-02-2021, 11:39

Bu məmurlar postlarını ititrəcək... - Yeni düzənin TƏLƏBİ

Bu məmurlar postlarını ititrəcək... - Yeni düzənin TƏLƏBİ


Məlum olduğu kimi, bir qədər əvvəl işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib.

Bu barədə verilən fərmana görə, xüsusi nümayəndəliklərə Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Prezidentin xüsusi nümayəndələri rəhbərlik edirlər. Artıq Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin vəzifə və hüquqları açıqlanıb. Bu barədə “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”də qeyd edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışları zamanı bu barədə danışıb. Bildirib ki, həmin nümayəndəliklər ona görə təsis edilib ki, orada ayrı-ayrı məmurların özbaşınalığına, mənimsəmələrinə, qanunsuz əməllərinə yol verilməsin.

Məlum olduğu ki, ölkəmizdə vətəndaşların yerli icra hakimiyyəti strukturlarından çoxsaylı narazılıqlarına rast gəlinir. Xüsusilə ötən il icra hakimiyyəti orqanlarında baş verən neqativ hallar cəmiyyətə açıqlandı və buna görə həbslər baş verdi.

Rayon İcra hakimiyyətləri idarəetmə strukturu olaraq özünü doğrultmadığından işğaldan azad edilmiş rayonlarda yaradılan Azərbaycan Respublikası Prezidentin xüsusi nümayəndəliklərinin digər rayonlarda da təsis edilməsi gözlənilə bilərmi?

“Bu bölgələrdə icra hakimiyyətlərinin ləğv olunması da mümkündür”

“Konstitusiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, nümayəndəliklər Prezident Administrasiyasının struktur vahididir:

“Faktiki olaraq hazırkı şəraitdə işğaldan azad edilmiş bölgələr üzrə yaradılması nəzərdə tutulan bu təsisiat demək olar ki, mərkəzi icra hakimiyyətinin yerlərdə olan idarələrinə aid olan bütün məsələlər üzrə cavabdeh olan təsisatdır. Burada ən mühüm məsələ qərarların qəbul edilməsində çevikliyin təmin edilməsidir. Quruculuq, sosial və bütün məsələlərlə bağlı bu təsisatın qərar qəbul etmək, müvafiq qurumlar qarşısında məsələ qaldırmaq səlahiyyəti var. Səlahiyyətli nümayəndə həm də ərazi üzrə təyin olunur. Həmin ərazilərin hüdudları da cənab prezident tərəfindən müəyyənləşdirilib. İndiki halda Şuşa şəhəri ilə bağlı bütün məsələlər səlahiyyətli nümayəndəliyin razılığı, nəzarəti altında həyata keçiriləcək”.

“Ola bilər ki, icra strukturlarına yeni baxış ortaya qoyulsun”

Əliməmməd Nuriyev qeyd edir ki, səlahiyyətli nümayəndənin fəaliyyətinə rəhbərlik prezident administrasiyası tərəfindən həyata keçirildiyindən burada qərarların qəbul olunmasında ləngimə olmayacaq:

“Çünki hazırkı stiuasiya işğaldan azad edilmiş bölgələrdə belə çevik idarəetmə təsisatını zəruri edib. Yerli icra hakimiyyətləri qurumları öz funksiyalarının öhdəsindən yetərli qədər gələ bilmirlər. Buna görə də ola bilsin ki, yerli icra hakimiyyəti strukturlarına yenidən baxış ortaya qoyulsun. İstisna etmirəm ki, idarəetmənin bu forması gələcəkdə digər ərazilərə də şamil edilsin. Bu cür təsisatlar bir neçə inzibati ərazini və ya həmin ərazilərin bir hissəsini əhatə edə bilər. Burada bürokratiyanın azalması prosesi baş verəcək, eyni zamanda qərarların mərkəzi icra hakimiyyətləri ilə razılaşdırılması ilə bağlı çoxsaylı prosedurlar məhdudlaşdırılacaq. Ərazilərdə məhz belə çoxsaylı aralıq mexanizmlərin olması ona gətirib çıxarır ki, bəzən aylarla qərarlar qəbul olunması gecikir. Bir sıra hallarda isə ümumiyyətlə qərarlar qəbul olunmur. Hesab edirəm ki, yeni təsisat dövlət orqanları arasında, həmçinin dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlərə yeni xüsusiyyətlər gətirəcək”.

“Vasitəçi qurumlar idarəetmənineffektini azaldır”

Əlimməməd Nuriyev bildirir ki, bu cür təsisatların Prezident Administrasiyasına, Prezidentə birbaşa çıxışlarının olması idarəetmədə yeni aliqaritminin formalaşmasına gətirib çıxaracaq:

“Ümumiyyətlə hesab edirəm ki, Prezidentlə birbaşa əlaqələr quran təssisatlar olmalıdır. Hər hansı aralıq əlaqələr idarəetmənin effektliyini azaldır. Qarşıda böyük hədəflər var - məlumdur ki, 2030-cı ilə qədər milli iqtisadiyyatın prioritetləri müəyyən edilib - orda 5 əsas priroitet nəzərdə tutulub ki, bunlar da idarəetmənin hansı qaydada qurulacağından asılıdır”.

“Yeni idarəetmə aləti yaradılanda paralel strukturların ləğvi gündəmə gəlir”

Hüquqşünas bildirir ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı və müxtəlif xarakterli işlər görülməlidir:

“Mövcud idarəetmə təchizatı ilə onu həyata keçirmək yetərli qədər mümkün görünmür. Həmin ərazilərlə bağlı xüsusi nümayəndəliklər təyin edildikcə, ola bilsin ki, onların yerli icra hakimiyyətlərinin ləğvi də baş versin. Düşünürəm ki, bununla bağlı müəyyən təhlillər həyata keçirilir. Çünki yeni idarəetmə aləti yaradıldıqda paralel strukturların ləğvi də gündəmə gəlir. Çünki hazırkı şəraitdə biz resurslara qənaət etməliyik, resurslardan səmərəli istifadə etməliyik. Bütün bunlar idarəetmədə xərclərinin azaldılmasını zəruri edir. Bir təsisat yaradıb, digər paralel təsisatları saxlamaq idarəetmə xərclərini artıra bilər. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə bu istiqamətdə də addımlar olacaq. Hesab edirəm ki, bu idarəetmə sistemi Azərbaycanda yaxşı idarəetmə nümunələrindən biri ola bilər”.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az