• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
6-02-2021, 10:25

Ucar sakini çarəsiz durumda... - GİLEY

Ucar sakini çarəsiz durumda... - GİLEY

“Bir ailənin nə qədər problemi olar? Bir-iki deyil. Həyatımız, yaşayışımız bərbaddır. Oğlum xəstədir, deyirlər, “iflicdir, müalicəsi yoxdur”, özüm Birinci Qarabağ Müharibəsi iştirakçısıyam, veteran kimi qeydiyyata alıb, pensiya vermirlər, evimiz isə başımıza uçur. Hara müraciət edirik, kömək edən, baxan yoxdur”.

Ucar sakini Əliyar Mustafayev belə deyir. Şikayətçinin ordudan tərxis olunması, yaralanması ilə bağlı sənədləri var: “Həmin sənədlər mənim hansı dövrlərdə harada xidmət etdiyimi göstərir. Ancaq dəfələrlə müraciət etməyimə baxmayaraq, mənə müharibə iştirakçısı kimi pensiya vermirlər”.

Əliyar Mustafayevi narahat edən bir məsələ də oğlunun xəstəliyidir. 3-cü sinfə qədər məktəbə gedib, səhhəti normal olan uşağın zamanla əlləri, ayaqları tutulub və o, yataq xəstəsinə çevrilib. Ata deyir, Ucarın, Bakının bütün xəstəxanalarını gəzdirib, ancaq dərdinə çarə tapan olmayıb. Sonda İrana da üz tutub. Ordakı həkimlər də baxandan sonra “iflicdir, çox gecikib” – deyərək evə yollayıblar: “Dünənəcən 2-ci qrup əlil kimi qeydiyyatda idi. Faktiki ayağa dura, heç otura da bilmir. Min dəfə get-gəl, yalvar-yaxar, dava-dalaşdan sonra 2 aydır ki, 1-ci qrup əlil kimi qeydiyyata alınıb. Anasına da baxdığı üçün əlavə 50 manat verirlər. Tez-tez xəstələnir, pensiyasını elə özünə xərcləyirik. Çətindir, normal müalicə etdirə bilmirik. Buna imkanımız çatmır. Nəticədə uşaq get-gedə daha da pisləşir”.

Mustafayevlər ailəsinin evi də qəzalıdır. Deyirlər ki, qəzalı olması ilə yanaşı, həm də kiçikdir.

“Mətbəxi, hamamı olmayan birotaqlı evdir. 4 nəfərlik ailənin bir otaqda yaşaması çox çətindir. Əvvəl 5 nəfər idik, böyük qızım ailə qurub başqa rayona köçdü. Pulsuzluqdan ona da gedib dəyə bilmirik, bu da başqa dərddir. İkincisi, xəstə uşaqla bir otaqda yaşamaq isə zülmdür. Onun ayrıca otağı olsa, özü də, biz də çox rahat olarıq, amma yoxdur. Məktəbli qızım bilmir dərslərini harda oxusun ki, qardaşına mane olmasın”, - Əliyar Mustafayev deyir.

Onun sözlərinə görə, qışda vəziyyətləri daha olur. Çünki evlərinin tavanı dəlmə-deşikdir. Nəticədə yağışlı havada evin içinə su damır: “Bir sözlə, şərait yoxdur, çətindir. Bizə görə yox, heç olmasa o xəstə uşağa görə kömək etsinlər. Dəmir yolunda çalışıram. İnanın, aldığım maaşla ayı sona yetirə bilmirik. Evi təmir etmək, uşağa şərait qurmağa imkanım yoxdur. Araba lazımdır uşağa. Məktub yazmışıq, deyirlər, “ayrılıb, gəlin götürün”. Özləri göndərmir. Gedib Bakıdan o arabanı götürməyə imkanım yoxdur. Bunu niyə deyirəm? İzah etməyə çalışıram ki, uşaq yerdə uzanır bütün günü, ağırdır, qaldıra da bilmirik, ayrılan arabanı gedib götürməyə pulum yoxdur mənim”.

Əliyar Mustafayev hər şeydən bezdiyini söyləyir. Deyir, problemlərin əlindən özünü öldürməyə az qalıb: “Süründürməçilik, çətinlik, kasıblıq məni yaman bezdirib. Necə hər dəfə maşına 100 manat verib, uşağı Bakıya həkimə aparım? Son vaxtlar heç apara da bilmirəm. Ucarın həkimləri isə dərdindən anlamır. Qalıb müalicəsiz. Bir sözlə, yaşamaq üçün vuruşuruq. Başqa cür mümkün deyil və artıq bezmişəm”.(dia.az)

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az