• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
5-02-2021, 09:56

Belarus generalı Zas niyə Azərbaycana münasibətdə zay çıxdı? - Reaksiyalar...

Belarus generalı Zas niyə Azərbaycana münasibətdə zay çıxdı? - Reaksiyalar...


Belarus generalı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın onlayn-brifinqdə Qarabağdakı vəziyyətlə bağlı söylədikləri Azərbaycanda ciddi etiraz doğurub. Onun dedikləri Ermənistan mətbuatının ən sevimli mövzularından birinə çevrilib. Belarus prezidenti Aleksandr Lukaşenkonun generalı deyib ki, Qarabağdakı suriyalı terrorçular ərazini tərk etməlidir. Halbuki Azərbaycan tərəfdən muzdlu döyüşçülərin olması barədə iddialar nə müharibə dövründə, nə də ondan sonra keçən müddətdə təsdiqləndi.

Yada salaq ki, Ermənistan xeyli müddət KTMT-nin baş katibi postuna Stanislav Zasın və ümumiyyətlə, hər hansı bir Belarus təmsilçisinin gətirilməsinə qarşı çıxırdı. İndi isə Zas az qala ermənilərin özlərindən daha betər ermənipərəstlik, canfəşanlıq edir. Xüsusilə də bunu o ölkəyə edir ki, Belarus xalqına ən çətin vaxtlarında Azərbaycan dost əlini uzadıb, 100 milyonlarla dollarlıq borc ayırıb, yardım göstərib.

Bəs indi nə baş verdi? Nədir bu ermənipərəstlik və erməni təəssübkeşliyi? Və niyə bu təəssübkeşlik Azərbaycanı şərləmək hesabına gerçəkləşdirilir?

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bir sıra suallar ünvanladı: “Təəssüflər olsun ki, belə adamlar həqiqətdən uzaq, məntiqə söykənməyən fikirlər səsləndirirlər. Dedikləri də heç bir fakta söykənmir. Yaxşı olardı ki, həqiqəti demək istəyirlərsə, Araikin oradan rədd olub getməsini desinlər. Erməni terrorçuları Azərbaycan ərazisində nə gəzirlər? 10 noyabr razılaşmasının yerinə yetirilməsini tələb etməlidirlər. Rus sülhməramlıları gəldikləri zaman erməni terrorçuları oranı tərk etməli idilər, niyə getmədilər? İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən ancaq silahlı qüvvələrimiz iştirak ediblər. Şəhidlər vermişik, qazilərimiz var. Öz ordumuzun gücünə torpaqlarımızı işğaldan azad etmişik. Bunu artıq Ermənistanın indiki və keçmiş rəhbərliyinin özü də etiraf edib. Bu məsələ bitib”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli: “Azərbaycan ərazisində kimin olub-olmaması KTMT-nin baş katibinin bilavasitə səlahiyyətlərinə daxil deyil. Xüsusi xidmət orqanları bununla bağlı nəsə söyləyə bilərlər, o da əllərində əgər dəlillər olarsa. Quru sözlərlə Azərbaycanın ünvanına şər-böhtan atmaq, zənnimcə, çiynində general rütbəsi daşıyan adama yaraşmaz. Müharibə bitib, hər şey tam yerbəyer olmasa da, Azərbaycan azad edilmiş yerlərdə hərbi korpusların yaradılması işlərini aparır. Çünki sərhədlərimizi qoruyan qüvvələr lazımdır. Bir azdan əhalinin qayıdışı başlayacaq və insanların təhlükəsizliyi də həyata keçirilməlidir. Başa düşmürəm, ağlı başında olan bir general müharibə olmadığı, dinc bir şəraitin bərpa edilmək üzrə olduğu zamanda niyə belə açıqlamalar versin? Digər tərəfdən, indiyə qədər Suriyadan döyüşçülərin Azərbaycan tərəfdə olduğu barədə bir fakta belə rast gəlinməyib. Bu cür uydurmalar nəyə xidmət edir? Düşünürəm ki, bununla Azərbaycanı şərləyib, gələcək danışıqlarda gözü kölgəli etmək istəyirlər. Əgər ordumuzun sıralarında Suriyadan gələn qüvvələr olsaydı, indi onlar geriyə qaytarılmalı idilər. Çünki indiki şəraitdə Azərbaycana onlar lazım deyillər. Digər tərəfdən, əgər Azərbaycana döyüşən xüsusi təyinatlı, yaxud başqa qüvvə lazım olsaydı, onu başqa yerdən, məsələn, Pakistandan ala bilərdik. Pakistan bunu həvəslə edərdi. Özü də muzdlu döyüşçü kimi deyil, qardaş ölkəyə yardım kimi edərdi. Bir məsələni da deyim ki, nəzərdə tutulan Suriyadan olan qüvvələr ciddi təlim belə görməyiblər, heç ciddi döyüşlərdə də olmayıblar. Onların Azərbaycana gətirilməsində Türkiyə iştirak edə bilərdi. Amma qardaş ölkə onlardan əgər Suriya və Liviya əməliyyatlarında istifadə etmirsə, Azərbaycana onu necə tövsiyə edə bilər? Bu cür səfeh fikirlər necə səsləndirmək olar? Düşünürəm ki, Müdafiə Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələlərlə bağlı KTMT-nin baş katibi ilə əlaqələr yaratmalı və ona Azərbaycanın ünvanına belə fikirlər səsləndirdiyi üçün sərt etiraz edilməlidir. Kabinetdə oturub, Azərbaycan Ordusunun tərkibində muzdlu suriyalıların olmasını demək kimin ağlına gələ bilər? Azərbaycana indiki vəziyyətdə peşəkar səviyyəsi aşağı olan, öz ölkələri üçün daha lazımlı olan adamlar nəyə lazımdır? Yaxınlarda orduya MAXE, gizir cəlb etmək üçün müsabiqə elan olundu. Orada yüzlərlə Azərbaycan vətəndaşının ərizəsi var. Bu faktın özü onu göstərir ki, Azərbaycan Ordusu hansı əsaslar üzrə qurulub. Eyni zamanda əsgərliyə çağırış daimi xarakter daşıyır. Bütün bu faktlar belə səfeh-səfeh danışanların fikirlərini darmadağın edir”.
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az