• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
2-02-2021, 12:56

“Məni işdən çıxarıb yerimə taksi sürücüsünü təyin edib...” - Cəlilabadın baş həkimindən şikayət...

“Məni işdən çıxarıb yerimə taksi sürücüsünü təyin edib...” - Cəlilabadın baş həkimindən şikayət...

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Elnur Azadxanov xəstəxanada 29 il Təcili Tibbi Yardım Stansiyasının təcrübəli sürücüsü işləyən Hünbətov Sucayyət Höccət oğlunu işdən çıxararaq onun yerinə taksi sürücüsünü təyin edib.

Şikayətçi bununla bağlı redaksiyamıza şikayət məktubu ünvanlayıb. Şikayətçi yazır:

"Sizə bildirmək istəyirəm ki, 1965-ci ildə Cəlilabad rayon Əliabad kəndində kolxozçu ailəsində anadan olmuşam. Ailədə 8 bacı və 3 qardaş olmuşuq. Valideynlərimiz isə bizi çox ağır şəraitdə boya-başa çatdırıb. Özüm ailəliyəm, dörd övladım var. Kiçik oğlum Ə.Hünbətov Qazax rayonunda Sərhəd Qoşunlarında düşmənlə üzbəüz bölgədə xidmət edir. Onu demək istəyirəm ki, vətən anadır və onu kişilər qoruyur, mən də oğlumla fəxr edirəm.

Özüm isə 1991-ci ildən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasında ikinci dərəcəli sürücü kimi fəaliyyətə başlamışam. Artıq 29 ildir ki, bu kollektivdə fasiləsiz və şərəflə xalqıma xidmət edirəm. İşimin məsuliyyətini daim dərk edərək, insanların taleyini düşünərək rəhbərliyin həmişə təşəkkürnamə və mükafatlarına layiq görülmüşəm. Bu peşəmlə fəxr edirəm və özümü Səhiyyə Nazirliyinin əsgərlərindən biri hesab edirəm. Bunu iş yoldaşlarım Dilavər Baxşəliyev, Vahid Xubalıyev, Vətənxan Zeynalov, Möhübbət Məmmədov, İntiqam Babayev və Bəhruz Cəfərov da təsdiq edə bilər.

Bu illər ərzində xəstəxanada dörd baş həkim dəyişib və hamısıyla da xoş münasibətlərim olub. Bu il Mərkəzi Xəstəxananın baş həkimi İlham Əliyev mart ayında işdən azad edildikdən sonra onun yerinə Elnur Azadxanov təyin edildi. E.Azadxanov işə başlayan kimi onun ilk "qurbanı” mən oldum. Hadisənin isə baş vermə səbəbi çox ilgincdir. Belə ki, martın 26-da rayonun Dövlətəlibəyli kənd sakini 19 yaşlı ana Şəmmədova Məleykə Aslan qızını əlimdə olan rəsmi göndərişlə, rəhbərliyin tapşırığıyla Akademik Miqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırdım. M.Şəmmədova ölümlə üz-üzəydi, çünki onun diaqnozu "22-23 hamiləlik həftəsi, dölün arxa kəllə çuxurunda baş beyin mədəciyində maye taplaşması” idi. Əgər xəstə vaxtında xəstəxanaya çatdırılmasaydı, həm özü, həm də bətnindəki körpə ölə bilərdi. Şükür Allaha ki, mən onları xəstəxanaya çatdırdım və həm ana, həm də körpəsi yerdə mənim, göydə Allahın köməyi ilə xilas edildi.

Lakin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına qayıtdıqdan sonra E.Azadxanov mənə dedi ki, "TƏBİB”in göstərişi ilə səni işdən azad edirəm. Mənə ağır gələn isə odur ki, mən özbaşına heç yerə maşın sürməmişəm. Bakıya xəstəni çatdırmaq üçün də bütün sənədləri rəhbərlik özü mənə vermişdi. Onu da qeyd edim ki, mən karantin dövründə mart ayının sonuna kimi gecə-gündüz yatmayaraq insanlara xidmət etmişəm. Lakin mən heç o, ölkə başçısının sərəncamına uyğun olaraq əlavə əmək haqqı da almamışam. E.Azadxanov mənim yerimə isə rayonda taksi sürücüsü işləyən şəxsi təyin edib. İyirmi doqquz illik peşəmi itirdiyim üçün həm ailəm, həm də mən çox dərin sarsıntı keçirdik və indi də çox çətin günlər keçirirəm. Buna səbəb olan məsələlərdən biri də mənim səbəbsiz yerə işdən uzaqlaşdırılmağımdır.

Şikayətçi Baş həkimi dünyasını dəyişən atasının pensiyasını almaqda ittiham edib:

Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsində E.Azadxanovla bağlı ilginc bir faktı aşkar etmişəm. Təbii ki, bu haqda DSMF-də adının çəkilməsini istəməyən şəxs mənə köməklik edib. Belə ki, Baş həkimin atası Ramazan Azadxanov 19.07.2014-cü ildə vəfat edib. Lakin E.Azadxanov atasının ölümünü gizlədərək 5 il onun pensiyasını alaraq saxtakarlıq edib və dövlətə külli-miqdarda ziyan vurub. 2017-ci ildə isə E.Azadxanovun bu saxtakarlığının üstü açılıb və bunu hansısa yolla o, yoluna qoya bilib.

Bununla yanaşı, mən Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun əməkdaşlarını Cəlilabad Mərkəzi Xəstəxanasına Elnur Azadxanovun fəaliyyətini araşdırmağa dəvət edirəm. Xəstəxanada kifayət qədər korrupsiya halları var və bunlar hökmən araşdırılmalıdır.

Sizin vasitənizlə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Səhiyyə Naziri Oqtay Şirəliyevə müraciət edərək tapdanmış haqqımın bərpası üçün kömək istəyirəm. Bütün qurumlara müraciətlər ünvanlamışam və ümid edirəm ki, tezliklə əlaqədar qurumlar mənim harayıma cavab verəcəklər”.

E.Azadxanov isə saytımıza açıqlamasında şikayətçinin ittihamlarının əsassız olduğunu bildirib.

Miq.Az






Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az