
Bu gündən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılır.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün Operativ Qərargahın brifinqində deyib.
Ş.Mövsümov bildirib ki, Azərbaycan vaksinasiyanı ilk başlayan ölkələr arasındadır: "Bilirsiniz ki, dünyada əksər ölkələr hələ vaksinasiyaya başlamayb. Azərbaycan vaksinasiyaya başlayan ölkələr arasındadır. Eyni zamanda Azərbaycan ən yüksək keyfiyyətli vaksinlərin əldə olunmasına nail olub".
Nyus.Az

























