• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
26-01-2021, 13:00

Anar Cəbrayıllını ifşaedən ikinci - SƏSYAZISI

Anar Cəbrayıllını ifşaedən ikinci - SƏSYAZISI



Bir neçə gündür ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus problemi adı çəkilən bu qurumun rəhbər vəzifə sahiblərinin diqqətinə çatdıran şəxsin, mətbuat xidmətinə rəhbərlik edən Anar Cəbrayıllı tərəfindən “Ay sənin kişiliyinə tüpürüm, sənin üzünə tüpürüm, sizin kimi jurnalistləri “dama soxmaq” lazımdır, siz nə qədər abırsız-həyasız adamlarsınız, hər şeydən ötrü Qorxmaz müəllimi niyə narahat edirsiniz” kimi heç bir etik qaydalara sığmayan ifadələrlə təhdid və təhqir olunması, ölkə ictimaiyyətinin fəal kəsimi, daha çox isə sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi şəkildə müzakirə olunmaqdadır. Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, bu mövzu qısa zaman kəsiyində çoxsaylı media qurumlarında yayımlandı və tam əksəriyyət baş verənlərlə bağlı öz mövqelərini ifadə edib, məhz qrum rəsmisini “top atəşi”nə tutdular. Yəni, ayrı-ayrı şəxslərin yazdıqları rəylərdə qeyd etdiyimizi açıq-aydın şəkildə görmək mümkündür. Bu da onu söyləməyə əsas verir ki, geniş ictimaiyyət Anar Cəbrayıllının etikadan kənar davranışlarını heç cür qəbul etmir və onu yerində olmayan kadr hesab edirlər.

Təəssüf doğuran hal odur ki, “Azərsu” ASC-nin mətbuat xidmətinə rəhbərlik edən bu şəxs, problemi qurumun rəhbər şəxslərinin diqqətinə çatdıran vətəndaşa qarşı atdığı addımlardan, ifadə etdiyi təhdid və təhqirlərdən, səsləndirdiyi nəlayiq sözlərdən nəticə çıxarmaq, üzrxahlıq etmək əvəzinə, 24 yanvar 2021-ci il tarixdə Pravda.Az xəbər portalına verdiyi açıqlamada Rafael adlı şəxsi “reket jurnalist” adlandırır. Hətta, bir qədər də irəli gedərək onu kimlərisə şantaj etməkdə, yolçuluq və dilənçilik etməkdə də ittiham edir. Daha usandırıcı halın varlığı isə, “Rəfael dəfələrlə rəhbərliyə və mənə zəng edib, WhatsApp yazıb. Sözün əsl mənasında bezdirib. İstəyi alınmayanda qərəzə keçib, istirahət günü rəhbərliyə zəng edib” deməklə, məhz belə bir fikirini də ifadə edib. O halda sual oluna bilər ki, “Azərsu” ASC-nə aid ciddi problemi Qorxmaz Hüseynova çatdırmaq, görəsən nə vaxtdan və hansı qanunla qadağan olunub? Yaxud da, bu şəxsə zəng etmək qəti qadağandır?!


Düşündürücü hal odur ki, “Azərsu” ASC-nin rəhbərliyində olan şəxslər, ələlxüsüs mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı büdcə pulları hesabına ərsəyə gətirilmiş içməli suyun saatlarla qeyd olunan ünvanda boş-boşuna axıb getməsini özləri üçün rəva bilir, problemin mahiyyətini rəhbərliyə çatdıran şəxsin zəng etməsini isə, məhz heç cür rəva görmür? Bu cür yanaşmanın, belə bir münasibətin varlığı, əslində xalqın əmlakına göstərilən xəyanətdən başqa bir şey deyil.

Digər tərəfdən, ölkə rəhbəri cənab İlham Əliyev keçirilən görüşlərdə “Bəzi məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm” deyə öz mövqeyini ifadə edir. O halda sual oluna bilər ki, görəsən Anar Cəbrayıllının “əndazəni aşan” addımlar atmasının, özünü ərköyün aparmasının, insanlara yuxarıdan aşağı baxmasının kökündə nələr durur? Axı, o, aparıcı bir qurumun rəhbər şəxslərindəndir və hər zaman məsul olduqları sahənin problemləri ilə də maraqlanmalıdır? Bu belə olduğu halda, “Azərsu” ASC-nin rəsmisinin etikadan kənar davranışları, görəsən ona bügünkü vəzifəsini daşımağa nə qədər hüquqi əsas verir?

Başqa bir faktı qeyd edək ki, Anar Cəbrayıllı Pravda.Az xəbər portalına verdiyi açıqlamada “Sonra məni şantaj etməyə başladı ki, səsyazısını yayacağam, gəl görüşək, mən isə birmənalı onu rədd etdim, 3 aydan sonra səsyazısını yaydı” deyə belə bir mövqeyini də ifadə edib. Başqa bir səsyazısına qulaq asdıqda isə məlum olur ki, “Azərsu” ASC-nin rəsmisinin açıqlamaları “düşünülmüş gopalogiya”dan başqa bir şey deyil. Yəni, o özü Rafaeli görüşə dəvət etsə də, qarşı tərəf onun təklifini tamamilə rədd edir və səsyazısında bütün danışıqlar aydın şəkildə də eşidilir. Bütün bunlar onu sübut edir ki, Anar Cəbrayıllı özünü “sudan duru” çıxarmaq üçün, məhz belə bir “rola girib” ictimaiyyəti çaşdırmaq istəyindədir.

Səsyazısının təqribən üç aydan sonra yayılmasına səbəb isə, “bəlkə Anar Cəbrayıllı atdığı addımlardan peşman olduğunu bildirdi, səhvlərini etiraf etdi, üzrxahlığını çatdırdı” deyə, qarşı tərəfin belə bir qənaətə gəlməsi olur. Təəssüflər olsun ki, ötən müddət ərzində “Azərsu” ASC-nin rəsmisi belə bir addım atmaq əvəzinə, birbaşa susmağa üstünlük verir. Bu da son anda baş verənlərin ictimailəşdirilməsi ilə nəticələndi.

Toxunacağımız məqamlardan biri də, Anar Cəbrayıllının Rəfael adlı şəxsi “reket jurnalist” adlandırmasıdır. O halda sual oluna bilər ki, “Azərsu” ASC-nə rəhbərlik edən bu şəxs, qarşı tərəfə hansı əsasla “reket jurnalist” damğası vurur, yaxud da o, belə bir səlahiyyətə malikdirmi? Məgər, problemin həllinə tərəfdar olan bir şəxs, bu cür ada layiq olmalıdır? Deməli, düşüncəsi belə bir məfkurə üzərində formalaşmış “Azərsu” ASC-nin rəsmisindən, məhz bu kimi yanaşmalardan başqa nəsə gözləmək olmaz!.

Anar Cəbrayıllı Pravda.Az xəbər portalına verdiyi açıqlamada, səhhətində əmələ gələn problemin aradan qaldırılması üçün köməklik istəyən qarşı tərəfi ittiham etməkdən də çəkinmir. O halda sual oluna bilər ki, burada qəbahət nəsə var? Əvvəla onu qeyd edək ki, bizim xalqın da dədə-babadan qalma adət-ənənəsi var. Yəni, el-oba arasında “Əl tutmaq Əlidən qalıb” deyiblər. Bu da onu söyləməyə əsas verir ki, köməyə ehtiyacı olan şəxs adət-ənənəmizin varlığını əsas tutur. Bunu kiminsə əlində “bayraq etmək” istəməsi nə əxlaqımıza, nə də mənəviyyatımıza sığan məsələ deyil.

Baş verənləri təhlil edib belə bir qənaətə gəlirik ki, bu cür əməl və amal sahibi olan Anar Cəbrayıllı dərhal daşıdığı vəzifəsindən uzaqlaşdırılmalı və büdcə pulları hesabına ərsəyə gətirilən xalq əmlakına “xor baxdığı” üçün o, hüquqi müstəvidə lazım olduğu cəzaya da layiq görülməlidir. Əks halda, hər kəs bu şəxsin çoxsaylı hoqqalarının bundan sonra da canlı şahidi olacaq.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az