• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
29-03-2018, 00:15

Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib

Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Azərbaycan təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideallarının, əbədi müstəqil Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət irsinin və yüksək peşəkarlıq məktəbinin şərəfli davamçıları olmaqdan qürurla fəxr edirlər.

DTX-nin ictimai əlaqələr şöbəsindən bildiriblər ki, ulu öndər Heydər Əliyev 1997-ci il 23 mart tarixli Sərəncamı ilə ölkəmizdə təhlükəsizlik orqanlarının peşə bayramı gününü təsis edib, bu orqanların Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tarixi varisliyinin təmin edilməsinə qərar verib.

Müasir Azərbaycan dövlətçiliyi qədim və şərəfli tarixi köklərə, yüz illər boyu nəsillərdən - nəsillərə ötürülən ənənələrə bağlıdır. “Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”, - deyən ulu öndər Heydər Əliyevin mənalı ömrü və möhtəşəm dövlətçilik fəaliyyəti məhz xalqımızın tarixi ənənələrinə sadiqliyinin ən bariz nümunəsidir.

Ümummilli Lider bu tarixi ənənələrə nəinki əsl vətəndaş və rəhbər məsuliyyəti ilə yanaşmış, həm də özü Azərbaycanın yeni, müasir dövlətçilik tarixini yaradıb, daha mükəmməl dövlət idarəçiliyi ənənələrinin əsasını qoyub. Müstəqil və suveren dövlətin simvolu, siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi xalqımızın yaddaşında əbədi yaşayan Heydər Əliyevin uca şəxsiyyəti və həyat yolu onun davamçıları, ölkəmizin indiki və gələcək nəsilləri üçün ən dəyərli örnəkdir.

Ümummilli lider Heydər Əliyevin çox gənc yaşlarından dövlət hakimiyyətinin mühüm strukturlarından birində - təhlükəsizlik orqanında xidmətə başlaması, burada çalışdığı uzun illər ərzində yüksək peşəkarlığa və təşkilatçılıq bacarığına yiyələnməsi onun həyat yolunu müəyyənləşdirən başlıca amil idi. Sovet hakimiyyəti dövründə özünün nadir istedadı və fenomenal xüsusiyyətləri sayəsində bu orqanda sıravi əməkdaşdan komitə sədri və general-mayor rütbəsinədək yüksəlmiş ilk azərbaycanlı kimi adını tarixə yazdıran Heydər Əliyev, həm də müstəqil Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının müəllifi və onun gerçəkləşməsini təmin edən səmərəli idarəçilik sisteminin yaradıcısı oldu.

Ulu Öndər deyirdi: “...Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Çünki təhlükəsizlik təşkilatının əməkdaşları cəmiyyətdə yüksək etimada, eyni zamanda yüksək səlahiyyətə malikdirlər. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin”.

Müasir dövrdə təhlükəsizlik orqanlarının vəzifəsi vətəndaşın, cəmiyyətin və dövlətin ən ümdə maraqlarını müdafiə etmək, ölkənin sabit inkişafına nail olmaq, xarici və daxili təhlükələrə qarşı mübarizə aparmaqdır.

Ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, ardıcıl və prinsipial daxili və xarici siyasət sayəsində bu gün davamlı inkişafda olan Azərbaycan bölgənin lider dövləti kimi beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində öz layiqli yerini tutur, xalqımız milli həmrəylik, rifah və sabitlik şəraitində yaşayır.

Müstəqil Azərbaycan dövlətinin milli maraqlarının, təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının, ölkəmizin ərazi bütövlüyünün qorunması sahəsində üzərinə düşən məsul vəzifələri Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bundan sonra da yüksək səviyyədə, şərəflə və vicdanla yerinə yetirmək əzmindədir.

Peşə bayramı münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev və Xidmətin əməkdaşları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin əziz xatirəsini hörmətlə yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.



Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının unudulmaz xatirəsi də yad olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail rayon idarəsinin yeni inzibati binasının açılışı olub.

Tədbirdə general-leytenant Mədət Quliyev, DTX-nin əməkdaşları, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları binanın foyesində qurulmuş ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətini və Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendə baxıblar.

Müasir üslubda tikilmiş binanın otaqları, əməliyyatçıların iş şəraiti ilə tanış olan general-leytenant Mədət Quliyev bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində respublikamız bütün sahələrdə möhtəşəm uğurlar qazanır. Azərbaycanın bütün şəhər, rayon və qəsəbələrində quruculuq və abadlıq işləri geniş vüsət alıb.

Azərbaycan dövlətinin hüquq mühafizə orqanlarının inkişafına daim diqqət və qayğı göstərdiyini vurğulayan general-leytenant Mədət Quliyev DTX-nin Səbail rayon idarəsinin müasir tələblərə cavab verən yeni inzibati binasının açılışının məhz bu qayğı və diqqətin növbəti bariz nümunəsi olduğunu qeyd edib. General-leytenant Mədət Quliyev yeni binada əməkdaşların öz xidmətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılmış yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

General-leytenant Mədət Quliyev DTX-nin Səbail rayon idarəsinin əməkdaşlarını peşə bayramı və yeni binanın istifadəyə verilməsi münasibətilə bir daha təbrik edərək, onlara xidmətlərində uğurlar arzulayıb.
virtualaz.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az