• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
21-01-2021, 10:30

BNA Qarabağ əlillərinə QƏNİM KƏSİLİB... - NƏ BAŞ VERİR?

BNA Qarabağ əlillərinə QƏNİM KƏSİLİB... - NƏ BAŞ VERİR?

"Bakı Nəqliyyat Agentliyinin (BNA) “Yol hərəkəti haqqında” qanunun tələbinə zidd olaraq nəqliyyat vasitələri yiyələrinə cərimə tətbiq etməsi və bu cəriməyə faiz əlavə etmək hədəsi ilə zorla alması praktikası geniş yayılıb. İndi hamı yol polislərinin ölənlərinə “rəhmət” oxuyur . BNA-nın özbaşınalığı o həddə çatıb ki, qazi və şəhid ailələrinə, əlillərə də qənim kəsilib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Özü də “Yol hərəkəti haqqında” qanunun əlillərə verdiyi hüququ bilərəkdən və ya bilməyərəkdən yanlış izah və tətbiq etməklə. Qanun “Durmaq , dayanmaq qadağandır” yol nişanlarının qüvvəsinin əlil tanınma nişanı olan avtomobillərə şamil edilmədiyini təsbit edir, BNA isə bunu “cibinə” uyğun izah edir ki, əlillərə aid deyil. Maraqlıdır, qanunda əlillərin başqa yol iştirakçılarından fərqləndirilməsi nəzərdə tutulursa, onda bu nəzərdə tutulma bəs kimə aiddir və niyə qanuna salınıb? Niyə əlil maşınlarına “durmaq qadağandır” nişanının şamil olunmadığı təsbit olunub?

Bəri başdan deyək ki, kiməsə hansısa qadağanın şamil edilməməsi o deməkdir ki, ona həmin qadağa qoyulmur, qadağanın qüvvəsi yoxdur. Məsələn, başqalarına girişi qadağan edən yol nişanı əlillərə münasibətdə bu qadağanı aradan qaldırır və əlillərin girişinə icazə verilir. Bu qadağanı pozduğuna görə, əlil tanınma nişanı olan avtomobillərə cərimə tətbiq edilməsi qanunsuzluqdur. Nə yazıq, BNA qanunsuzluğunu sürdürməkdədir. 21.12.2020-ci ildə 99-FZ-437 dövlət nömrə nişanlı qazi Nurəddin İsmayılova məxsus avtomobilə BNA “durmaq qadağandır” nişanının tələbinə baxmayaraq “durduğuna” görə cərimə yazıb. Halbuki, vurğuladığımız kimi, əlil nəqliyyat vasitələrinə durmaq qadağan deyil. Qarabağ qazisi qanunun tələbini başa salanda isə “qadağan” nişanının qüvvəsinin əlillərə şamil olunmadığı bildirilib və. .. qazinin “qadağan olunan yerdə dayanmasına görə” inzibati xəta törətməsinin foto-görüntülərlə sübut edildiyi vurğulanıb. Bunu necə başa düşmək olar? Əlillərə qadağa nişanının qüvvəsi şamil edilmir, amma həmin qadağa nişanının tələbini pozduğuna görə cərimə tətbiq edilməsi qanuni sayılır? Belə hüquq olar?

Onu da vurğulayaq ki, BNA -nın əlillərə qarşı sözügedən “qanun dələduzluğu”na Konstitusiyanın 133-cü maddəsinə əsasən qanunun eyni cür və dürüst icra olunmasına nəzarət edən prokurorluq hüquqi qiymət verilməsini təmin etməyə borcludur. Əlillərin şikayətləri isə qanuna zidd olaraq barəsində şikayət edilən BNA -ya göndərilir və oradan da sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sehmur Quliyevin şablon cavabı ilə özbaşınalıq dəyişməz olaraq qalır . Dəyişən bircə şikayətçi əlillərin adları və avtomobil nömrələri olur. Belə dəyişməz özbaşınalıqla isə əlillərin hüquqlarına qoyulan qadağanın qüvvəsi sürəcək ! Sürmə qadağandır, BNA yetkililəri, durmaq çağıdır! Durun və “Yol hərəkəti haqqında” qanunun 64-cü maddəsinin V hissəsinin 4-cü bəndinə əsasən 3.28-3.30 “Durmaq qadağandır” nişanının qüvvəsinin əlil tanınma nişanı olan avtomobillərə şamil edilmədiyini qüvvəyə mindirin!

QADAĞAN NİŞANININ QÜVVƏSİNİN ŞAMİL EDİLMƏDİYİ ƏLİLLƏR NİŞANIN OLDUĞU YERDƏ DAYANMAQ, DURMAQ HÜQUQUNA MALİKDİRLƏR! BU HÜQUQA HEÇ KİM QADAĞA QOYA BİLMƏZ!

P. S . “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31.05.2018 tarixli 1153-VQ saylı Azərbaycan Respublikası Qanununun 13.4 maddəsinə görə, “YOL HƏRƏKƏTİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNA GÖRƏ TƏŞKİL EDİLƏN PARKLANMA YERLƏRİNİN 5 FAİZİ (BİR PARKLANMA YERİNDƏN AZ OLMAYARAQ ) ƏLİLLİYİ OLAN ŞƏXSLƏR ÜÇÜN AYRILIR. Niyə Bakı Nəqliyyat Agentliyi əlilliyi olan şəxslərin bu hüququnu təmin etmir? Yoxsa, bu maddə də əlil avtomobillərinə şamil edilmir?"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az