• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
19-01-2021, 08:24

Əsir düşməmək üçün öz gülləsi ilə şəhidlik zirvəsinə ucalan kəşfiyyatçı - VİDEO - FOTO

Əsir düşməmək üçün öz gülləsi ilə şəhidlik zirvəsinə ucalan kəşfiyyatçı - VİDEO - FOTO


Vətən müharibəsi zamanı düşmənə ağır zərbələrin vurulmasında şücaət göstərən və əsir düşməmək üçün son gülləsi ilə şəhadətə ucalan şəhid Zamin Rüstəmov. O, sərhədçi kəşfiyyatçı idi. Son döyüş yeri də elə işğaldan azad edilən Vətən sərhədi oldu.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Rüstəmov Zamin Səxavət oğlu 2000-ci il oktyabrın 17-də Füzuli rayonu Yağlavənd kəndində dünyaya göz açıb. Öz istedadı ilə fərqlənən Zamin hələ orta məktəb vaxtlarında gözəl səsə malik olub. Elə orta məktəb vaxtı paralel olaraq musiqi təhsili də alıb. Ən çox sevdiyi musiqilər isə Vətənlə bağlı olub. Qarabağ şikəstəsini ifa edən zamanı 14 yaşlı Zamin alqışlarla qarşılanıb. Onun atası və əmiləri birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Gözəl səsi olsa da, Zamin hər zaman böyüklərinin davamçısı olmağı arzulayıb.

Şəhidin atası Səxavət kişi deyir ki, Zamin orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətini Vətən sərhədlərində yerinə yetirib. Bir sərhədçi olaraq Vətənin keşiyində dayanmaq onun üçün fəxr idi. Xidmətini bitirdikdən sonra gizir kursuna daxil olub və yenidən öz seçdiyi şərəfli yoluna davam edib. Vətən müharibəsi zamanı Zamin kəşfiyyatçı sərhədçi olaraq döyüşlərə qatılıb. İlk döyüş yolu Cəbrayıl istiqamətindən başlayıb. Bir çox kəndlərin azad edilməsində düşmənə vurulan ağır zərbələrdə Zamin qəhrəmanlığı ilə seçilib. Həmçinin Cəbrayılın azad edilməsində böyük şücaət göstərib. O, sonuncu dəfə doğum gününü də döyüşlərdə qarşılayıb.

Zamin və döyüşçü yoldaşlarının növbəti tapşırığı Zəngilan rayonunun işğaldan azad edilməsi olub. Zəngilanda bir çox uğurlu hücumların təşkilində böyük rol oynayıb. Son döyüşü isə oktyabrın 23-də Ağbənd qəsəbəsində olub. Düşmənlə son ana qədər vuruşan Zamin əsir düşməmək üçün özünün sonuncu gülləsi ilə şəhadətə ucalıb.

Şəhidimizin Vətənlə bağlı olan arzuları kimi öz ailəsi və həyatına aid bir çox planları da vardı. Lakin söhbət Vətən torpağı olunca, bu arzuları yarıda saxlayıb. Şəhidin bacısı Təhminə Rüstəmova deyib: "Qardaşımı itirmək ağır olsa da, Zaminin şəhidlik zirvəsinə ucalması ilə qürur duyuruq. Onun ən böyük arzularından biri mənim ali təhsil almağım idi. Bu istəklə yaşayan qardaşım ali təhsil almağım üçün köməklik də göstərib. Bir qardaş, bir bacı idik. Şəhid bacısı olaraq, qardaşımın yarım qalan arzularını gerçəkləşdirmək niyyətindəyəm".

Oğlu ilə qürur duyduğunu söyləyən şəhid anası Tənzilə Əhmədova sözlərini göz yaşları ilə ifadə edir. Onun tək istəyi isə Zaminin adının əbədiləşdirilməsi üçün onun təhsil aldığı musiqi məktəbinə oğlunun adının verilməsidir. Çünki həmin məktəbin ilk şəhidi elə Zamindir.

Qeyd edək ki, Zamin Rüstəmov ölümündən sonra "Vətən uğrunda" və "Zəngilanın azad edilməsinə görə" medalları ilə təltif olunub.

Nyus.Az










Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az