• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
19-01-2021, 07:49

Qarabağı Prezident İlham Əliyevin yetişdiriyi gənclər azad etdi - 17 ilin nəticəsi

Qarabağı Prezident İlham Əliyevin yetişdiriyi gənclər azad etdi - 17 ilin nəticəsi

Azərbaycanda gənclər siyasəti dövət siyasətinin proritet istiqamətlərindən biridir. Ölkəmizdə gənclərin vətənpərvərlik ruhda tərbiyə edilməsi, yenilikçi ideyalarının həyata keçirilməsi, ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində bütün imkanlar yaradılıb.

Prezident İlham Əliyevin Azərbaycanın mədəni paytaxtı Şuşaya səfəri zamanı "son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər" fikri heç də təsadüfi deyildi. Bu fikrin arxasında gənclərimizin inkişafı, düzgün tərbiyə edilməsi istiqamətində görülən uzun illərin fəaliyyəti dayanır.

Bəllidir ki, müsəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi gənclər siyasəti sahəsində də kifayət qədər problemlər mövcud idi. Gənclər o zaman hakimiyyət uğrunda mübarizəyə, kimlərinsə şəxsi maraqlarının həyata keçirilməsi üçün düzgün olmayan fəaliyyətlərə cəlb olunurdu. Yalnız, xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı.

1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumu keçirildi və bununla da gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si ölkədə Gənclər Günü kimi təsbit olundu. Ulu Öndərimiz tərəfindən Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər siyasəti ilə bağlı mühüm qərarların verilməsi, eləcə də, "Gənclər siyasəti haqqında" qanunun qəbul olunması Ulu Öndər Heydər Əliyevin gəncliyimizə verdiyi dəyərin ifadəsidir.

Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Prezident İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.

Nyus.Az xəbər verir ki, gənclər siyasəti haqqında danışan siyasi şərhçi Elçin Mirzəbəyli Trend-ə bildirib ki, Azərbaycan bayrağının yüksəldilməsinin, himninin səsləndirilməsinin Azərbaycan gəncliyi üçün əsas hədəfə çevrilməsinin təməlində Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən müəyyənləşdirdiyi strategiya dayanır.

E.Mirzəbəylinin sözlərinə görə, bu strategiya təhtəlşüur olaraq Azərbaycan gəncini dövlətin əsas hədəfinə - ərazi bütövlüyümüzün bərpa olunmasına istiqamətləndirib, Qarabağın azad olunmasını vazkeçilməz ümummilli hədəfə çevirib:

"Prezident İlham Əliyev Azərbaycanda növbəti, həm də fundamental islahat dalğasının əsasını qoyan çıxışlarından birində nəsillərarası münasibətdən, sarsılmaz körpüdən bəhs etmişdi, təcrübə ilə dinamizmin, çevikliyin vəhdətinin Azərbaycanı öz hədəflərinə daha da yaxınlaşacağını bildirmişdi.

Azərbaycan gəncliyi vətənpərvər, cəsarətli və güclüdür. Ona bu gücü verən, özünəinam hissini təlqin edən isə ailə, vətən, torpaq sevgisidir. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gəncliyinin müstəsna xidmətləri var. Doğrudur, Qarabağımızın azad edilməsində bütün nəsillərin nümayəndələri fədakarlıq nümayiş etdiriblər. Amma cənab Prezidentin də qeyd etdiyi kimi, əsas yük, əsas vəzifə gənclərin çiyinlərinə düşüb və onlar bu vəzifəni şərəflə, ləyaqətlə yerinə yetiriblər.

Deputat Vüqar İskəndərov isə bildirib ki, 44 günlük Vətən müharibəsində ordumuzun misilsiz qalibiyyətinin, o cümlədən Şuşa qələbəsinin kökündə duran əsas məqamlardan biri ordu sıralarında olan gənclərimizin vətən sevgisi ilə bağlı idi:

"Cənab Prezidentin bu günlərdə Şuşaya səfəri zamanı bəyan etdiyi kimi Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi. Bu haqq savaşımız bir daha sübut etdi ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış, öz torpağı, vətəni uğrunda qanından keçməyə belə hazır olan gənclər var. Bunu da birmənalı olaraq vurğulayım ki, 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir.

Yəni, tarixi qələbəmizin əldə edilməsində əsas yükü, əsas vəzifəni məhz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 17 il ərzində yetişən gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların ötən 17 il ərzində məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az