• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları
  • 16-07-2026 Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
  • 16-07-2026 DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
  • 16-07-2026 Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
  • 15-07-2026 10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
  • 15-07-2026 ABŞ İranın dəniz blokadasını bərpa edib
  • 15-07-2026 FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
  • 15-07-2026 Nəvai Moskvadakı qəzaya görə məhkəməyə verildi
  • 15-07-2026 Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub - Yenilənib
  • 15-07-2026 Pezeşkian: Trampın təxribat xarakterli bəyanatlar verməsi təbiidir
  • 15-07-2026 ABŞ İrana yenidən zərbə endirib
  • 15-07-2026 Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
  • 15-07-2026 "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb
  • 15-07-2026 Abşeron İcra Hakimiyyəti "qanunsuzdur" dedi, amma tikinti dayanmadı-VİDEO

XƏBƏRLƏR

    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
    Argentina millisinin DÇ-dən kənarlaşdırılması ilə bağlı petisiya yaradıldı
27-03-2018, 09:13

Azərbaycan generalından müharibə anonsu – Bakı kritik hazırlıq içində

Azərbaycan generalından müharibə anonsu – Bakı kritik hazırlıq içində

Bakıdan İrəvana hədə kimi son xəbərdarlıq; Müdafiə Nazirliyi erməni generalın özündən razı bəyanatını alt-üst elədi: “Müharibə başlasa işğalçı ordu darmadağın ediləcək, erməni xalqı qaçılmaz faciəyə tuş gələcək...”
2018-ci ilin 3-cü ayı bitmək üzrə olsa da, Qarabağ danışıqlarında real dönüş nəzərə çarpmır. Bu da sövq-təbii müharibə ehtimalını gücləndirməkdədr. Maraqlıdır ki, son vaxtlar bu yöndə nüfuzlu əcnəbi siyasi və hərbi ekspertlər səviyyəsində də tez-tez xəbərdarlıqlar səslənməkdədir.

Ərazisinin 20%-i işğal altında olan Azərbaycanın yaranmış durumda öz hərbi qüdrətini, ordusunun döyüş hazırlığını durmadan artırmaqdan savayı yolu qalmır. Münaqişə zonası ilə həmsərhəd bölgələrdə təzəcə başa çatan və maksimum döyüş şəraitinə yaxın şərtlər altında keçirilmiş genişmiqyaslı hərbi təlimlərdə əsas hədəf də məhz bu idi.

“Yeni Müsavat” xatırladır ki, ordumuzun məhz son böyük hərbi təlimləri və bu təlimlərdə qarşıya qoyulan hədəflər düşmən tərəfi heç vaxt olmadığı qədər təlaşlandırıb. Bir sıra yerli və rusiyalı analitiklər Azərbaycanın bu təlimlərlə əslində cəbhə bölgəsinə ordu yeritmək niyyəti güddüyünü xüsusi qeyd ediblər. Yəni müharibə üçün “baş məşq” məsələsi.

Onu qeyd edək ki, apreldən etibarən hərbi əməliyyatlar üçün ən əlverişli mövsüm gəlir. Bir sıra politoloqlar bu xüsusda Azərbaycanda və Ermənistanda aprel (11 və 9 aprel) seçkilərinin yekunlaşmasından sonra da sülh danışıqlarında real dönüş olmayacağı təqdirdə hərbi əməliyyatlar ehtimalının yüksək olduğunu düşünürlər.

*****

Müharibə xofu isə ən çox erməni tərəfdə yaşanır. Bu da səbəbsiz deyil. Çünki Ermənistan rəhbərliyi 2016-cı ilin 4 günlük aprel savaşında atəşkəs dövründə ilk dəfə işğalçı qüvvələrin uğradığı məğlubiyyətin acısını unutmayıb. Həmin uğurlu blits-savaş Azərbaycanın Ermənistandan hərbi üstünlüyünü açıq şəkildə ortaya qoymaqla yanaşı, ordumuzun qısa zamanda ərazilərimizi azad eləmək potensialını da nümayiş etdirdi. Ən önəmlisi, Azərbaycan xalqı böyük hərbi qələbəyə misilsiz inam əldə elədi.

O zaman Azərbaycan qüvvələrinin irəliləməsinə Rusiya amili mane oldu. Amma bu dəfə Kreml qarışmaya da bilər. Söz düşmüşkən, az öncə KTMT Silahlı Qüvvələri Birləşmiş Qərargahının rəis müavini, general Anatoli Sidorov erməniləri məyus edən belə bir açıqlama verib və fikrini də bu cür əsaslandırıb ki, “Dağlıq Qarabağ KTMT-nin məsuliyyət zonasna daxil deyil”.

Görünür, bu və digər səbəblərdən prezident Serj Sərkisyan başda olmaqla, Ermənistanın siyasi və hərbi rəhbərliyi vaxtaşırı öz toplumunu sakitləşdirmək, apreldən sonra ölkədən güclənən kütləvi köçü səngitmək və orduya çağırışçı probleminin daha kəskin xarakter almasını önləmək üçün populist bəyanatlar verməli olurlar.
O sırada Ermənistan silahlı qüvvələrinin qərargah rəisi, general Movses Akopyan da var. “Yeni Müsavat” xatırladır ki, bir neçə gün öncə o, Ermənistan ictimai televiziyasına müsahibəsində Azərbaycanı Qarabağda müharibəyə başlamaqdan çəkindirən əsas amilin guya “erməni ordusunun hazırlığı” olduğunu deyib. Akopyanın sözlərinə görə, Azərbaycan əmin olsa ki, hərbi yolla məsələni həll edəcək, o zaman heç kimə məhəl qoymadan hücuma keçəcək. Halbuki Azərbaycan özündən əminliyini və gücünü iki il qabaq əyani nümayiş etdirib - bunu kim bilməsə də o vaxt Qarabağda gizlənməyə yer axtaran Movses Akopyan hamıdan yaxşı bilir.

*****

İstənilən halda erməni generalın özündənrazı açıqlamasına Azərbaycandan cavab gecikməyib. Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Akopyanın son müsahibəsini şərh edərkən deyib ki, ordumuzun başlayacağı hərbi əməliyyat Ermənistan silahlı qüvvələrinin tam darmadağın olmasına və erməni xalqının qaçılmaz faciəsinə səbəb olacaq.
General xüsusi qeyd edib ki, bu cür məsuliyyətsiz bəyanatlarla Ermənistan silahlı qüvvələrinin rəhbərliyi gələcəyinə inamını itirən erməni xalqını aldatmaqda davam edir: “Hamıya məlumdur ki, Ermənistan prezidenti Serj Sərkisyan çıxışlarından birində öz bacarıqsızlıqlarına haqq qazandırmaq məqsədilə aprel döyüşlərində keçən əsrin 80-ci illərinin istehsalı olan silah və texnika ilə vuruşduqlarını etiraf etmişdi. Odur ki, bir-iki il ərzində cəmi 2-3 top və bir raket sistemi əldə etməklə yeni silahlanmadan qürrələnərək guya Azərbaycan ordusuna ciddi itkilər verməyin mümkünlüyü barədə M.Akopyanın səsləndirdiyi fikirlər də cəfəngiyyatdır”.
K.Vəliyev deyib ki, ən güclü iqtisadiyyata və maliyyə imkanlarına malik olan qüdrətli dövlətlər belə, qısa zamanda ordunun silahlanmasını tam yeniləməyə qadir deyil: “Dilənçi payı və kredit hesabına yaşayan Ermənistan rəhbərliyinin isə bu barədə bəyanatlar səsləndirməsi belə gülüncdür. Akopyan müsahibəsində Ermənistan ordusunun döyüş hazırlığı, cəbhə xəttindəki vəziyyət, döyüş əməliyyatlarının başlaması perspektivləri, guya Azərbaycan ordusunun həmlələrinin qarşısını ala biləcəklərini də dilə gətirir. Bunu isə M.Akopyan həyata keçirmək niyyətində olduqları ”ordunun 7 illik modernizasiya proqramı" ilə əlaqələndirir. Pərən-pərən olan cəmiyyət, dağılan iqtisadiyyat, faciəvi demoqrafik vəziyyət, mənəviyyatı çökmüş erməni ordusunun hökm sürdüyü Ermənistanda belə proqramların həyata keçirilməsindən danışmaq belə fantastikdir".

Azərbaycanlı general əlavə edib ki, əvvəllər müdafiə haqqında öz xalqına nağıllar danışan Ermənistan hərbi rəhbərliyi “keçilməz Ohanyan xəttindən” bəhs edirdisə, indi də ortalığa atdıqları “Sərkisyan xəttindən” dəm vurur.
“Əslində isə aprel döyüşləri göstərdi ki, münaqişənin həlli mümkündür və xalqımızın torpaqlarımızı azad etmək əzminin qarşısı heç bir sədlə alına bilməz. Sadəcə olaraq, Azərbaycan münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında həll olunmasının tərəfdarıdır və bunun mümkünlüyünə inanır. Ancaq məsələ sülh yolu ilə həll edilməzsə, Azərbaycan istənilən güc və vasitə ilə ərazi bütövlüyünün təmin edilməsi hüququndan mütləq istifadə edəcək. O zaman Azərbaycan ordusunun başlayacağı hərbi əməliyyat Ermənistan silahlı qüvvələrinin tam darmadağın olmasına və erməni xalqının qaçılmaz faciəsinə səbəb olacaq”, - deyə general düşmən tərəfə xəbərdarlıq edib.

Buna şübhə yox. Ən əsası, aprel qələbəsindən böyük stimul alan və məğlubiyyət kompleksindən qurtulan Azərbaycan xalqı öz ordusunun arxasındadır, savaşa hazırdır...

“Yeni Müsavat”ın siyasət şöbəsi

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az