• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
6-01-2021, 08:48

Şuşanın azad olunması əməliyyatında qəhrəmanlığı ilə seçilən şəhidimiz: Cəsur kəşfiyyatçı Rəfael Hüseynov

Şuşanın azad olunması əməliyyatında qəhrəmanlığı ilə seçilən şəhidimiz: Cəsur kəşfiyyatçı Rəfael Hüseynov


Ötən il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı və mülki əhalini hədəfə alması Azərbaycan Ordusunun səbrini daşıran son damla oldu. Elə həmin andan etibarən damarlarında qisas qanı coşan aslan pəncəli oğullarımız bir ağızdan Vətənin harayına səs verdilər. Belə qəhrəman ailələrdən biri də Hüseynovlar ailəsidir. Ailənin iki övladı haqq savaşımızda mübarizəyə qoşularaq digər qəhrəmanlarımızla birlikdə Qarabağımızı düşmən tapdağından azad etdilər. Əldə etdiyimiz Qələbədən sonra Rəfael şəhid kimi, Elmir isə qazi olaraq evinə qayıtdı.

Nyus.Az xəbər verir ki, Rəfael Hüseynov 2000-ci il yanvarın 1-i Masallının Qarğalıq kəndində dünyaya göz açıb.

Rəfael 2018-2019-cu illərdə həqiqi hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrin təlimlərinə qatılır. 398 əsgərdən Rəfael də daxil olmaqla, 28-i kursdan keçməklə xüsusi təyinatlı kimi seçilir. Elə həmin ildən gizir kimi hərbi xidmətini davam etdirir. Bir çox hərbi təlimlərdə iştirak edən qəhrəmanımız tez bir zamanda cəsur kəşfiyyatçı kimi yetişir. Onun evlərinə sonuncu gəlişi avqust ayında olur.

Şəhidin atası oğlunun müharibə başlayanda onlara heç bir məlumat vermədiyini, səhərisi gün cəbhəyə yollandığını bildirir. Səfərbərlik elan olunanda isə Teymur Hüseynov böyük oğlu Elmirlə birlikdə hərbi komissarlığa gəlir və ikinci oğlunu da cəbhəyə yollayır:

"Sonuncu dəfə Rəfaellə danışanda dedi ki, ata, telefonlarımıza zəng çatmayacaq, biz kəşfiyyata gedirik, nigaran qalmayın. Dedim, bala, yolun açıq olsun! Vətəni qorumaq hər birimizin borcudur. Əgər bu torpağın suyunu içiriksə, çörəyini yeyiriksə, ona borcluyuq."

Rəfael Vətən müharibəsi başlayan gündən yoldaşları ilə Kəlbəcər istiqamətində, Murov yüksəkliyi uğrunda ən şiddətli döyüşlərdə işğalçı düşmənə qarşı rəşadətlə vuruşur. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin aslanları Füzulinin, Hadrutun düşmən işğalından azad olunmasında böyük qəhrəmanlıqlar göstərirlər. Bu zaman Vətən müharibəsində şərəflə döyüşən qardaşı Elmir üçün telefonunda kiçik bir video lentə alır və müharibə bitdikdən sonra birlikdə baxacaqları ümidi ilə saxlayır...

Vətən müharibəsinin qazisi Elmir Hüseynov deyir ki, qardaşı çətin idarə olunan ağır texnikaları sürməyi də bacarırdı. Hətta döyüşlərin birində yaralı döyüş yoldaşlarını erməni fermasından tapdığı traktorun arxasına qoşqu qoşaraq təxliyə etmişdi.

"Tabor komandiri ağır döyüşlərdən şərəflə çıxan qəhrəmanımıza geri çəkilərək, bir müddət dincəlməyi məsləhət görsə də, "Mən geri qayıtmıram! Siz mənə dəstək yollayın, mən yoluma davam edəcəyəm", deyə ona cavab verib. Sonra Şuşanın azad olunması uğrunda döyüşlərə qoşulub və orada da qəhrəmancasına şəhid olub", - deyə qardaşı söyləyir.

Rəfael Şuşaya kimi qəhrəmanlıqla vuruşan, burada düşmən müdafiəsini qıraraq alınmaz qalamızı fəth edən igidlərimizdən biri olur. Aşılmaz və sıldırım qayaları qalxıb düşmən üstünə şığıyan xüsusi təyinatlı kimi döyüş meydanında böyük qəhrəmanlıq göstərir.

"İnanmırdım ki, Rəfael şəhid olar. Ona o qədər güvənirdim, o qədər insana güvən verirdi. Özünü çox ehtiyatlı aparırdı. Bilirdim ki, yaşı az olsa da, ürəyi böyük idi. Mən oğlumla fəxr edirəm. Onun şəhidliyi ilə qürur duyuram. Bir ana olaraq Allaha "çox sağ ol" deyirəm ki, mənə Rəfael kimi övlad vermişdi. Ona görə Allahımdan razıyam", - deyə şəhidin anası Şəlalə Hüseynova bildirir.

Rəfael Hüseynov ölümündən sonra Ali Baş Komandanın Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. Hüseynovlar ailəsi fəxr edirlər ki, qazandığımız böyük Qələbədə onların övladlarının da payı var. (ölkə.az)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az