• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
6-01-2021, 04:47

İsmayıllıda tender müəmması... - İLGİNC FAKTLAR

İsmayıllıda tender müəmması... - İLGİNC FAKTLAR


2020-cu ildə İsmayıllı rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 3 milyon 347 min 206 manat məbləğində 39 tender keçirilib.

Dia.az-ın məlumatına görə, İcra hakimiyyəti 13 tenderə 2 milyon 074 min 172 manat xərcləyib. İsmayıllı Rayonun İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi "İSMAYILLI TİKİNTİ-27" ASC olmuşdur.

Mədəniyyət Nazirliyinin İsmayıllı Regional Mədəniyyət İdarəsi ı ümumi məbləği 774 min 126 manat olan 12 tender müsabiqəsi keçirib. Ən böyük tenderin qalibi "PROMOSTAR" MMC (155 min 570 manat) olmuşdur.

Dia.az 2020-cu ildə İsmayıllı Rayonunda keçirilən tenderləri təqdim edir.





DİA.AZ bildirir ki, “İsmayıllı Tikinti-27” ilə bağlı yetərincə müəmmalı olaylar baş verib. Araşdırma apardlıqda ortaya ilginc faktlar çıxır. Belə ki, İsmayıllı rayonunda Azərbaycanın “tender tarixində” bəlkə də tayı-bərabəri olmayan hadisə baş verib. Belə ki, İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən şəhərdaxili avtomobil yollarının əsaslı təmiri məqsədilə keçirilən tenderin qalibi olan “İsmayıllı Tikinti-27” ASC qazandığı işi reallaşdırmaqdan imtina edib və müqavilənin ləğv olunmasını istəyib.

İcra hakmiyyətindən verilən məlumata görə, podratçı təşkilatla 05 may 2020-ci il tarixli 01/2020 nömrəli satınalma müqaviləsi imzalanıb, lakin “İsmayıllı Tikinti-27” ASC-nin sədri 08 may 2020-ci il tarixli 62 nömrəli məktubla RİH başçısına müraciət ünvanlayaraq səhhətində yaranmış problemlərlə əlaqədar müqavilə şərtlərini yerinə yetirə bilməyəcəyini bildirərək müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edilməsini xahiş edib.

Rəsmi məlumatda deyilir: “Qeyd olunanları nəzərə alaraq, RİH başçısının 22 may 2020-ci il tarixli 68 nömrəli sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyəti və “İsmayıllı Tikinti-27” ASC arasında bağlanmış müqaviləyə xitam verilmişdir”. Məlumatda müqavilənin dəyəri göstərilməsə də, söhbətin 1 milyon manat civarında, bəlkə də daha böyük məbləğdən getdiyini ehtimal etmək olar.

Adətən belə tenderlər istənilən tikinti şirkəti üçün “göydəndüşmə”dir. Və indiyə qədər icra hakimiyyətləri bu cür şirkətlərlə əlbir olaraq, tender adı altında büdcə vəsaitlərini talan etmək üçün əllərindən gələni ediblər. Lakin bütün bunların fonunda İsmayıllının sabiq icra başçısı Mirdamət Seyidovun dövründə bütün iri məbləğli tenderlərin əvəzedilməz qaliblərindən olan bir şirkətin birdən-birə qazandığı tenderdən imtina etməsi kifayət qədər şübhəli görünür. Sual yaranır ki, nədən mayın 5-də tenderi qazanıb, müqavilə imzalayan “İsmayıllı Tikinti-27” ASC cəmi 3 gün sonra tenderdən imtina edib? 3 gün ərzində nə baş verib? Əlbəttə ki, rəsmi məlumatda göstərilən səbəb, yəni şirkət rəhbərinin səhhətində yaranmış problemlərlə əlaqədar müqavilədən imtina etməsi, yumşaq desək, inandırıcı görünmür. 3 gün ərzində bir şəxsin səhhətində hansı kəskin dəyişiklik baş verə bilər ki, milyonluq layihədən imtina etsin?

Yeri gəlmişkən qeyd edək ki, 2018-ci ildə həmin bu şirkət və onun rəsmi sahibi barədə qalmaqallı hadisə baş vermişdi. Belə ki, həmin vaxt İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş şikayət əsasında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı F.Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün iyulun 14-də İsmayıllı Rayon Prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən A.Əliyevdən almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağla Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. 25 iyul 2018-ci ildə Faiq Quliyev prokurorluq orqanlarından xaric edilib, rayon prokuroru Ülvi Abbasov vəzifədən azad olunub. Sonradan 9 il müddətinə azadlıqdan məhrum edilən Ülvi Abbasovun barəsində çıxarılan hökm “möcüzəli şəkildə” dəyişdirilərək, 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza ilə əvəz edilib və o, azadlığa buraxılıb. F. Quliyevin cəzası isə 8 ildən 6 ilə endirilib.

Bununla yanaşı, həmin şirkət 2018-ci ilin dekabrında İsmayıllıda 48 mənzilli yaşayış binasının tikinti işlərinin satınalınmasına dair 3 milyon manatlıq tender qazanıb. Ümumiyyətlə, mətbuatda bu şirkətin Mirdamət Seyidova və iri məmur-oliqarxların tikinti biznesinə yaxın şirkət olduğuna dair iddialar yer alıb. Mətbuatda həmçinin qeyd olunur ki, Nizami Ələkbərovun İsmayıllıya başçılıq etdiyi vaxtlarda əksər dövlət sifarişlərini icra edən, ənənəvi «tender qalibi» kimi tanınan, eyni zamanda sabiq icra başçısının oğlu Vüqar Ələkbərovun şirkəti olaraq bilinən «VAFİ-Region» MMC şirkətinin yerini, başçı dəyişən kimi, «İsmayıllı Tikinti – 27» ASC tutub. Bundan sonra həmin şirkət icra hakimiyyətinin bir çox iri tenderlərinin qalibi olub. Yəni bir növ, hər yeni icra başçısının öz “favorit şirkəti” olub.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az