• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-12-2020, 08:57

Murov zirvələrini fəth edən şəhid kəşfiyyatçı İlham Rəşidov - FOTO

Murov zirvələrini fəth edən şəhid kəşfiyyatçı İlham Rəşidov - FOTO


Vətən müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı İlham Rəşidov Murovdağ silsiləsindəki yüksəkliklərin düşməndən azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, İlham Rəşidov 1983-cü ildə Türkmənistanın Marı vilayətində doğulub. Sonradan ailəsi ilə Azərbaycana qayıdan İlham orta təhsilini Xudat şəhərində alıb.

2001-ci ildə hərbi xidməti başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin xüsusi kursunu uğurla bitirərək kəşfiyyatçı kimi fəaliyyətə başlayıb.

İyirmi ilə yaxındır Vətənə xidmət edən baş gizir xarici ölkələrdə təlimlərə cəlb olunub. Dörd dildə danışmağı bacaran İlham 2016-cı ildə Aprel döyüşlərində də fəal iştirak edib. Xidməti ərzində göstərdiyi nailiyyətlərə görə medallar və fəxri fərmanlarla təltif olunub.

Vətən müharibəsi başlayan gündən xüsusi əhəmiyyətli tapşırıqların icrasına cəlb olunan İlham Rəşidov Murovdağ silsiləsindəki Camışdağı zirvəsi, Sərsəng su anbarı istiqamətindəki vacib yüksəkliklərin düşməndən azad olunmasında fəal iştirak edib.

Döyüşlərin birində yaralı yoldaşlarını atəş altından çıxararkən minaatan mərmisi yaxınlığında partlayıb. Ağır xəsarətlər alsa da, İlham döyüş tapşırığını axıradək yerinə yetirərək, yaralı döyüş yoldaşlarını kömək üçün gələn avtomobilə çatdırıb.

Amma təəssüf ki, İlhamın özünün yaraları çox ağır olduğundan avtomobil dağlıq ərazidə, çətin şəraitdə ən yaxın tibb məntəqəsinə çatanadək şəhid olub.

"Şəhid olmamışdan bir həftə əvvəl görüşdük. Ağır əməliyyata gedəcəyini bildirib ailəsini mənə tapşırdı. Dedi ki, "dövlətimizin dəstəyindən arxayınam, amma sən də bir qardaş kimi ailəmin yanında olmalısan. Ola bilər qayıtmayım". Sonra cəbhədən vatsapla mənə səs atdı. Deyirdi ki, çoxdan gözlədiyimiz gün gəlib çatdı. Bir azdan telefonumu söndürüb təhvil verəcəyəm. Əməliyyatların çoxu məxfi olduğundan bizə heç nə demirdi. Aprel döyüşlərində olduğunu da sonradan öyrənmişdik. Bu döyüşlərdə də qəhrəmanlıqla döyüşüb. Döyüş yoldaşını ərazidən çıxararkən ayağından və qabırğasından mərmi yaraları alıb. Buna baxmayaraq oradan çıxmağı bacarıblar. Amma hospitala çatanadək şəhidlik zirvəsinə ucalıb. Mən qardaşımla fəxr edirəm", - şəhidin qardaşı Tərlan söyləyib.

Həyat yoldaşı Samirə Rəşidova İlhamın ən çətin döyüş əməliyyatlarda iştirak etdiyini bilirdi. O deyib: "Həyat yoldaşı, ata kimi çox yaxşı insan idi. Düzdür, həyatımda böyük itki oldu. İlham şəhidlik zirvəsinə ucaldı. Fəxr edirəm onunla. Həmişə də fəxr edəcəyəm. Aprel döyüşlərində də iştirak etmişdi. Vətən müharibəsindən əvvəl evə gəldi, mənimlə, uşaqları ilə görüşüb getdi. Son mesajında yazdı ki, təlimə gedirəm, uşaqlardan və özündən muğayat ol. Onun üçün ailəsi, balaları ən böyük dəyər idi. Mən Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirəm ki, müharibəni sonadək davam etdirdi. Şəhidlərimizin qisası alındı. Qələbə qazandıq".

Döyüşçü İlham Rəşidovun 10 yaşında Dərya və 8 yaşında İlhan adında övladları yadigar qalıb.

Qəhrəman döyüşçü ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Nyus.Az


















Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az